Bəhram xan Naxçıvanski Haqqinda Melumat - Vikipedia

Bəhram xan Naxçıvanski Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Bəhram xan Naxçıvanski

Bəhram xan Əmənulla xan oğlu Naxçıvanski (1872[1]1941[2],Naxçıvan) — Araz-Türk Cümhuriyyətinin dövlət xadimlərindən biri, könüllü xalq dəstələrinin tərkibində tabor komandiri; Araz-Türk Cümhuriyyətinin Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti ilə danışıqlar aparmaq üçün Bakıya ezam etdiyi nümayəndə heyətinin başçısı.

Bəhram xan Naxçıvanski
Öndə duran Bəhram xan Naxçıvanski
Öndə duran Bəhram xan Naxçıvanski
16 mart 1919 – avqust 1918
General-qubernatorƏliyar bəy Haşımbəyov
ƏvvəlkiHacı Mehdi Bağırov
28 fevral 1919 – 16 mart 1919
ƏvvəlkiVəzifə təsis olundu
SonrakıƏliyar bəy Haşımbəyov
Şəxsi məlumatlar
Doğum tarixi 1872
Doğum yeri
Vəfat tarixi
Vəfat yeri Maku,İran
Atası Əmanulla xan Naxçıvanski
Anası Xanbikə xanım

Həyatı redaktə

Bəhram xan Aman xan oğlu Naxçıvanski 1872-ci ildə Naxçıvanda anadan olmuşdur. Uşaqlığı Şuşa şəhərində, ana tərəfdən nənəsi şairə Xurşidbanu Natəvanın malikanəsində keçmişdir. Sonralar Tiflisdə realnı məktəbdə təhsil almışdır. Təxminən 1886-cı ildə valideynləri onu Naxçıvana gətirmişlər. 1899–1904-cü illərdə Naxçıvan Qəza Polis İdarəsində şəhər polis pristavının köməkçisi olmuş, 1898–1903-cü illərdə həm də Naxçıvan Müsəlman Məktəbinin fəxri nəzarətçisi işləmişdir. "Kavkazskiy kalendar"da (1899–1904) yazılan məlumata görə, o, kollej katibi, kollej assessoru, titulyar müşaviri, saray müşaviri kimi rütbələri daşımışdır. 1906–1909-cu illərdə Naxçıvan şəhərinin başçısı, yəni general-qubernatoru vəzifəsində işləmişdir. 1912–1916-cı illərdə fəxri barışdırıcı məhkəmənin münsiflər heyətinin üzvü olmuşdur. 1919-cu ilin yanvarından Naxçıvan Araz-Türk Respublikasının xarici işlər naziri, həmin ilin avqustundan isə Naxçıvan şəhərində general-qubernatorun köməkçisi vəzifəsində çalışmışdır. 1919-cu ilin sonlarında Azərbaycan Xalq Cümhuriyyəti Daxili İşlər Nazirliyinin Lənkərandakı nümayəndəsi olmuşdur lakin həmçinin həmin ilin sonunda "Bakı-Sabunçu" polismeystri vəzifəsinə təyin edilmişdir.

Sonraki illər redaktə

Naxçıvanda sovet hakimiyyəti qurulandan sonra Bəhram xan həbsdən və güllələnməkdən qurturmaq üçün bir çok ziyalılarımız kimi Parisə qaçmışdır.Qeyd etmək lazımdır ki Kəngərlilər ağır reppesiyaya məruz qalmışdır.1926-cı ildə Parisdən Təbrizə köçmüşdür.Həmin ildə Kəngərli Naxçivanskilərin böyük bir qismi Makuya qaça bilmişdi.Mühəndis  Məlik-Aslanovun  köməyi  ilə  Təbriz-Culfa dəmir  yolunda  nəzarətçi  vəzifəsinə  düzəlmişdi.Oğlu Əziz (Süleyman xan) xan Urmiyanın şimal-qərbində xəstəxana feldşer işləyirdi.Tarixi ədəbiyyatda Əziz xanın 1928-ci ildə vəfat etməsi haqqında məlumat vardır[3].1941 ci ildə Makuda vəfat etmişdir[2]

Qeyd redaktə

B.Naxçıvanski Qarabağ xanı Mehdiqulu xanın qızı, məşhur şairə Xurşudbanu Natəvanın nəvəsi, hazırda Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili Aqiyə Naxçıvanskinin əmisi oğludur[2].

Ailəsi redaktə

 
Bəhram xan Naxçıvanski və ailəsi

Bəhram xan Naxçıvanski 1898-ci ildə Abbasqulu xan İrəvanskinin qızı Gövhərtac xanımla ailə qurmuşdur. 1899-cu ilin 12 aprel tarixində onların bu nikahından oğulları dünyaya gəlmişdir. Bəhram xanın formulyar siyahısında onun oğlunun adı Süleyman xan yazılıb. Amma bəzi sənədlərdə Əziz xan kimi qeyd olunub. Hətta Cəmşid xan Naxçıvanskiyə məxsus foto-albomda da bir fotonun arxasında o özü "xalası oğlu Əziz" olduğunu yazıb. 1920-ci ildən sonra Əziz (Süleyman xan) xan da atası ilə birgə İrana mühacirət edib. Gimnaziya təhsili aldığından Səlmas şəhərində işləməsi haqqında məlumat vardır. Bəhram xanın həyat yoldaşı Göhərtac xanım vəfat etdikdən sonra o, ikinci dəfə leytenant  Əlibəy Novruzovun qızı Sevər xanımla ailə qurub. İkinci nikahından 3 qızı dünyaya gəlib. Bunlardan Fatiməbikə xanım 1906-cı il tarixdə, Gövhərtac xanım 1908-ci ildə, İşrət xanım 1914-cü ildə Naxçıvanda anadan olmuşlar. Onlar da 1920-ci ildə ataları ilə birgə İrana mühacirətə getmişlər.[4]

Mənbə redaktə

Ədəbiyyat redaktə

  • Азербайджанская Демократическая Республика: 1918–1920: законодательные акты. Azərbaycan Nəşriyyatı. 1998. 560.

İstinadlar redaktə


Saytda 132 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024