Bəstəkar Qara Qarayevin portreti Haqqinda Melumat - Vikipedia

Bəstəkar Qara Qarayevin portreti Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Bəstəkar Qara Qarayevin portreti

"Bəstəkar Qara Qarayevin portreti"Azərbaycan-sovet rəssamı, SSRİ xalq rəssamı Tahir Salahov tərəfindən 1960-cı ildə çəkilmişdir. Moskva Dövlət Tretyakov Qalereyasında saxlanılır. Rəsm əsərində məşhur sovet-azərbaycan bəstəkarı, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayev təsvir olunmuşdur.

Bəstəkar Qara Qarayevin portreti
Rəssam Tahir Salahov
Tarixi 1960
Üslubu portret
Texnikası Yağlı boya
Ölçüləri 121 sm × 203 sm
Materialı yağlı boya[d]
Saxlanıldığı yer Tretyakov qalereyası

1962-ci ildə Tahir Salahov, bu rəsm əsərinə görə SSRİ Rəssamlıq Akademiyasının gümüş medalı ilə təltif edilmiş, 1968-ci ildə isə SSRİ Dövlət Mükafatına layiq görülmüşdür.

Xarici ölkə jurnalistlərinə verdiyi müsahibələrin birində Tahir Salahov demişdir: "Mən bu əsərin üzərində işləyərkən tez-tez Opera və Balet Teatrına gedib, Qara Qarayevin baletlərinə tamaşa edirdim. Hər gün onun musiqisini dinləyirdim. İstəyirdim ki, Qaranın musiqi dünyasını tamamilə mənimsəyə bilim. Bax, bundan sonra portreti başa çatdırdım".[1]

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. "Arxivlənmiş surət". 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-06.



Saytda 57 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024