Bəxtiyar Allahverdiyev Haqqinda Melumat - Vikipedia

Bəxtiyar Allahverdiyev Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Bəxtiyar Allahverdiyev

Bəxtiyar Allahverdiyev (10 iyun 1974, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı.

Bəxtiyar Allahverdiyev
Bəxtiyar Əzizulla oğlu Allahverdiyev
Şəxsi məlumatlar
Doğum tarixi (49 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Döyüşlər
Təltifləri "Qızıl Ulduz" medalı

Həyatı redaktə

Allahverdiyev Bəxtiyar Əzizulla oğlu 10 iyun 1974-cü ildə Bakı şəhərində dünyaya göz açıb. 1991-ci ildə Bakıda 199 saylı məktəbi bitirib. 1992-ci ildə Milli Orduya çağırılır. "N" saylı hərbi hissədə xidmətə başlayır.[1]

Döyüşlərdə iştirakı redaktə

Bəxtiyar tez bir zamanda özünü doğrulda bilir. Silahlardan istifadə etməyi və hərbin sirlərini öyrənən Bəxtiyar 1992-ci il cəbhəyə göndərilir. Qubadlı rayonunda əsl qəhrəmanlıq səhifələri yazır. Gənc əsgər olmasına baxmayaraq o, peşəkar döyüşçülərdən geri qalmırdı. Füzuli, Murovdağ əməliyyatlarında xeyli erməni quldurunu məhv edir. Sonra onu 1994-cü ildə Ağdərə, Tərtər cəbhələrinə göndərirlər. Xidməti vaxtı bitməsinə baxmayaraq o, Vətənimizi dar gündə qoymur. Yenidən əməliyyatlara atılır və öz döyüşçü gücünü göstərir. Müharibədə göstərdiyi əfsanəvi qəhrəmanlığı rəhbərliyin gözündən yayınmadı.

1995-ci il Müdafiə Nazirliyi onu Türkiyə Respublikasına göndərdi. Burada hərbi kurs alan Bəxtiyar 1996-cı il Vətənə döndü. 1997-ci il gizir rütbəsi aldı və "N" saylı hərbi hissəyə taqım komandiri təyin edildi. 2000-ci ildə ordudan tərxis olunur. 2001-ci ildə işləyə-işləyə Polis Akademiyasında təhsil alır.

Hazırda İsmayıllı rayonunda sahə müvəkkili vəzifəsində çalışır.

Ailəsi redaktə

Ailəlidir.[1]

Milli Qəhrəman redaktə

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Allahverdiyev Bəxtiyar Əzizulla oğlu "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Ədəbiyyat redaktə

  • Baş çavuş Bəxtiyar Əzizulla oğlu Allahverdiyev //Azərbaycan.-1993.- 23 iyun.- S.2.
  • Əsgərov V. Allahverdiyev Bəxtiyar Əzizulla oğlu //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları.- B., 2005.- S.225.
  • Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 31–32.

Xarici keçidlər redaktə

İstinadlar redaktə

  1. 1,0 1,1 "ALLAHVERDİYEV Bəxtiyar Əzizulla oğlu". 2021-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-13.

Saytda 187 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024