BMT Təhlükəsizlik Şurasının 955 saylı qətnaməsi Haqqinda Melumat - Vikipedia

BMT Təhlükəsizlik Şurasının 955 saylı qətnaməsi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

BMT Təhlükəsizlik Şurasının 955 saylı qətnaməsi

BMT Təhlükəsizlik Şurasının 955 saylı qətnaməsi — 1994-cü il noyabrın 8-də Ruanda ilə bağlı bütün qətnamələrin bir daha təsdiq edilməsi ilə ölkədə baş vermiş beynəlxalq humanitar hüququn ciddi dərəcədə pozulması barədə narahatlığın ifadə olunduğu, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin VII Fəslinə əsasən Ruanda Beynəlxalq Cinayət Tribunalının (RBCT-nin) yaradıldığı, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qurumun 3453-cü iclasında qəbul edilmiş qərar.[1]

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası
955 saylı qətnamə
Ruandanın paytaxtı Kiqalidə yerləşən RBCT-nin binası
Ruandanın paytaxtı Kiqalidə yerləşən RBCT-nin binası
Tarixi 8 noyabr 1994
Sessiya № 3453
Kod S/RES/955
Səsvermə
  • Lehinə: 13
  • Əleyhinə: 1
  • Bitərəf: 1
Mövzu Ruanda soyqırımı
Nəticə Qəbul edildi
Təhlükəsizlik Şurasının tərkibi 1994-cü ildə
Daimi üzvlər
Qeyri-daimi üzvlər
Sənəd

Təhlükəsizlik Şurası 935 (1994) saylı qətnamə əsasında yaradılmış Ekspertlər Komissiyasının işini yüksək qiymətləndirmiş və Ruandada baş vermiş soyqırım və beynəlxalq humanitar hüququn digər geniş şəkildə pozulması xəbərlərindən narahatlığını bildirmişdi. Qurum bu vəziyyətin beynəlxalq sülhə və təhlükəsizliyə təhdid təşkil etdiyini və sülhün bərqərar olması üçün bu cür cinayətlərə son qoymaq və təqsirkarları məsuliyyətə cəlb etmək əzmində olduğunu qeyd etmişdi. Şura hesab edirdi ki, beynəlxalq tribunalın yaradılması bu cür pozuntuların dayandırılmasını və aradan qaldırılmasını təmin edəcək. Bu baxımdan Ruandada məhkəmə sisteminin gücləndirilməsi üçün beynəlxalq əməkdaşlığa ehtiyac olduğu vurğulanmışdı.

RBCT və onun Nizamnaməsi Ruanda hökumətinin 1994-cü il yanvarın 1-dən dekabrın 31-dək Ruandada beynəlxalq humanitar hüququn ciddi pozuntularının təqibi üçün beynəlxalq tribunal yaratmaqla bağlı tələb irəli sürməsindən sonra yaradılmışdı. Bütün ölkələr RBCT və onun orqanları ilə əməkdaşlığa və hazırkı qətnamənin həyata keçirilməsi üçün daxili qanunvericiliyə uyğun tədbirlər görməyə çağırılmışdı. Prosesi dəstəkləmək üçün tribunalın vəsait, avadanlıq və xidmətlərlə təminatı da istənilmişdi. RBCT-nin Nizamnaməsinin 26 və 27-ci maddələrinə əsasən cəzaların icrası və ya yüngülləşdirilməsi ilə bağlı qərarlar qəbul edilməzdən əvvəl Ruanda hökuməti məlumatlandırılacaqdı.[2]

Baş katib Butros Butros-Qalidən cari qətnamənin dərhal həyata keçirilməsini təmin etmək və RBCT-nin yeri ilə bağlı tövsiyələr də daxil olmaqla, tribunalın fəaliyyəti üçün tədbirlər görmək tələb olunmuşdu. Bu cür tədbirlər haqq-ədalət prinsipləri, eləcə də inzibati səmərəlilik, şahidlərə çatımlılıq və iqtisadi səmərəlilik baxımından müəyyən ediləcəkdi. Qətnamədə həmçinin qeyd olunur ki, RBCT öz funksiyalarını müzakirə etmək üçün qərargahından kənarda toplaşa bilər. Şura zərurət yarandıqda hakimlərin və məhkəmə palatalarının sayının artırıla biləcəyini bildirərək qətnaməni yekunlaşdırır.

955 saylı qətnamə 13 lehinə səslə qəbul olunmuşdur; Ruanda əleyhinə səs vermiş, Çin isə soyqırımı Ruandanın daxili məsələsi kimi qiymətləndirərək[3] səsvermədə bitərəf qalmışdır.[4]

Ruandanın etirazları redaktə

Ruanda rəsmi olaraq Təhlükəsizlik Şurasından beynəlxalq tribunal yaratmağı xahiş etsə də,[5] Ruanda hökuməti 955 saylı qətnaməyə qarşı çıxmışdı. Bununla bağlı Ruanda nümayəndə heyəti bir neçə səbəb göstərirdi:[6][7]

  1. Tribunalın 1 yanvar 1994-cü ildən 31 dekabr 1994-cü ilə qədərki müddəti əhatə edən zaman yurisdiksiyası qeyri-adekvat idi və hökumətin yanaşmasına görə 1 oktyabr 1990-cı ildən 17 iyul 1994-cü ilə qədər davam etmiş Ruanda vətəndaş müharibəsi dövrünə dəyişdirilməli idi. Hökumət hesab edirdi ki, bu, soyqırımın iddia olunan planlanma dövrünü daxil etmək üçün zəruridir.
  2. Məhkəmə Palatasının hakimlərinin sayı çox az idi və tribunal Apellyasiya Palatasını və Prokurorluğu Keçmiş Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalı ilə bölüşmək əvəzinə özünün müstəqil belə qurumlarını yaratmalı idi.
  3. Tribunal "daxili tribunalların yurisdiksiyasına daxil olan cinayətləri təqib etməklə enerjisini sərf etmək" əvəzinə, soyqırım cinayətinə diqqət yetirməlidir.
  4. "Adlarının burada çəkilməsinə ehtiyac olmayan" və "vətəndaş müharibəsində çox fəal iştirak edən" bəzi ölkələrə "hakimliyə namizədlər irəli sürməyə və onların seçilməsində iştirak etməyə" icazə verilməməlidir.
  5. Tribunal tərəfindən mühakimə olunanlar "məhbuslar haqqında qərar qəbul etmək səlahiyyəti veriləcək" üçüncü ölkələrdə azadlıqdan məhrum edilə bilərdi; lakin bu, "Beynəlxalq Tribunalın və ya ən azından Ruanda xalqının qərar verməli olduğu" bir məsələ olmalıdır.
  6. RBCT Ruanda cinayət məcəlləsində nəzərdə tutulan ölüm cəzasını istisna edir və bununla da "cəzalarda uyğunsuzluq" yaradır.
  7. Tribunalın qərargahı Ruandada yerləşməli idi. Ruanda nümayəndə heyəti "qətnamə layihəsinin müəlliflərinin hələ də tribunalın gələcək yerinin harada olacağını göstərməkdən çəkinmələrini görüb təəccüblənirdi".

Bütün bu etirazlara baxmayaraq, Ruanda nümayəndə heyəti "ölkənin Ruanda üçün beynəlxalq tribunal istədiyini və buna inandığını" qeyd etmişdi.[6]

İstinadlar redaktə

  1. Heyns, Christof. Human rights law in Africa. Martinus Nijhoff Publishers. 1999. səh. 8. ISBN 978-90-411-1849-3.
  2. Klip, André; Sluiter, Göran. Annotated leading cases of International Criminal Tribunals: The International Criminal Tribunal for Rwanda. Intersentia nv. 2003. səh. 239. ISBN 978-90-5095-319-1.
  3. Schabas, William. The UN international criminal tribunals: the former Yugoslavia, Rwanda and Sierra Leone. Cambridge University Press. 2006. səh. 29. ISBN 978-0-521-84657-8.
  4. Boot, Machteld. Genocide, crimes against humanity, war crimes: nullum crimen sine lege and the subject matter jurisdiction of the International Criminal Court. Intersentia nv. 2002. səh. 227. ISBN 978-90-5095-216-3.
  5. Bakuramutsa, Manzi. "LETTER DATED 28 SEPTEMBER 1994 FROM THE PERMANENT REPRESENTATIVE OF RWANDA TO THE UNITED NATIONS ADDRESSED TO THE PRESIDENT OF THE SECURITY COUNCIL". United Nations. 29 September 1994. S/1994/1115. 17 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 June 2023. We request the international community to reinforce government efforts by [...] Setting up as soon as possible an international tribunal to try the criminals;
  6. 1 2 "3453rd Meeting, 8 November 1994". United Nations Security Council (ingilis). 8 November 1994. 13–16. S/PV.3453. 14 November 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 June 2023.
  7. T.M.C. Asser Instituut. Yearbook of international humanitarian law, Volume 1. Cambridge University Press. 1998. 163–164. ISBN 978-90-6704-107-2.

Saytda 76 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024