BTR-80 Haqqinda Melumat - Vikipedia

BTR-80 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

BTR-80 Sovet istehsalı zirehli döyüş maşınıdır. 1986-cı ildə BTR-60 və BTR-70 kimi köhnə modellərin yerini alması üçün istehsala başlamışdır. Azərbaycan Silahlı Qüvvələrində təxminən 110 ədəd BTR-80 var.

BTR-80
DİN Daxili Qoşunların silahlanmasında olan BTR-80 hərbi parad zamanı. 2011-ci il.
DİN Daxili Qoşunların silahlanmasında olan BTR-80 hərbi parad zamanı. 2011-ci il.
Tipi Zirehli transportyor
Ölkə
İstismar tarixçəsi
İstismar illəri 1986-davam edir
İstismara başlanması 1986
İstismar edənlər İstifadəçilər bölməsinə bax
İstifadə edilən döyüşlər
İstehsal tarixçəsi
İstehsalçı Arzamas zavodu, Nijni Novqorod[1]
İstehsal illəri 1984-davam edir
Xüsusiyyətləri
Ağırlığı 13.6 ton
Sürət

80-90 km/s (quruda)

10 km/s (suda)
Güc nisbəti 19 AG/ton
Əsas silah 30 mm 2A72 avtomatik top, 14.5 mm KPVT pulemyotu
Köməkçi silah 7.62 mm PKT pulemyotu
Uzunluğu 7.7 m
Eni 2.9 m
Hündürlüyü 2.41 m
Ekipaj 3(+7 sərnişin)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rusiya istehsalı olan BTR-82A zirehli transportyoru redaktə

 
Rusiya Quru Qoşunlarına məxsus BTR-82A zirehli transportyoru

BTR-82A zirehli transportyorları 2013-cü ildən Azərbaycan Ordusunun silahlanmasına daxildir. BTR-82A zirehli transportyorları Qarabağda döyüşlərə ən uyğun nəqliyyat sayılır: “Təkərli olduğu üçün manevr imkanları daha çevikdir. Qarabağda döyüşlərdə iştirak edən zabitlər bu texnikanın həmin ərazilərdə döyüşə uyğun olduğunu deyirlər. Bu zirehli maşınlar ayrı-ayrı vaxtlarda keçirilən təlimlərdə, o cümlədən 2016-cı ilin aprel ayında cəbhədə baş vermiş döyüşlərdə istifadə olunub.

BTR-82A zirehli transportyorlarında əvvəlki partiyalarını istifadə edən Azərbaycan hərbçilərinin tələbi və təklifi ilə maşınlarda istehsalçı müəssisə tərəfindən bəzi təkmilləşdirmələr aparılıb. Nəticədə zirehli transportyorun döyüş imkanları yüksəldilib.

Rusiyanın “Hərbi Sənaye Kompleksi” (VPK) müəssisə tərəfindən istehsal olunan BTR-82A zirehli transpotyoru 1986-cı ildən silahlanmada yer alan BTR-80 və BTR-80A tipli zirehli transportyorların dərin müasirləşdirilmiş versiyasıdır. Lakin BTR-82A öz sələflərini döyüş və texniki xüsusiyyətlərinə görə praktik olaraq iki dəfədən çox üstələyir.

BTR-82A-nı özündən əvvəlki zirehli transportyorlardan fərqləndirən cəhətlərdən ən əsası isə onun daha güclü mühərriklə təmin olunması və zirehinin gücləndirilməsidir. Maşının qəlpələrə qarşı müdafiəsi korpusun daxili səthlərinə əlavə edilmiş müasir sintetik materiallar vasitəsi ilə yüksəldilib.

“Zirehli transportyorun məsafədən idarə olunan döyüş modulunda əsas silah kimi 30 mm-lik 2A72 avtomat top (istifadəçinin istəyindən asılı olaraq 14.5 mm-lik KPVT-də olur) və ikinci silah kimi 7.62 mm-lik PKTM pulemyotu daxildir. Unifikasiya edilmiş modulda yerli və xarici istehsal olan digər artilleriya silahları da qurula bilər. Döyüş modulunda müasir müşahidə və nişangah sistemləri tətbiq olunub.

Əvvəlki nəsil zirehli transportyorlardan fərqli olaraq BTR-82A-a kondisioner, beşinci nəsil müasir rabitə vasitələri, “Trona-1” topoqrafiya səmt sistemi, GLONASS/NAVSTAR peyk naviqasiya sistemi (ərazinin elektron xəritəsi daxil olmaqla), müasir gecə-gündüz görüntüsünə malik optik lazer-nişangah ilə təchiz edilib. Bundan əlavə transportyorda 5 kVt-lık generatoruda quraşdırılıb. Buda transportyorun mühərriki işlək olmadıqda belə bütün sistemləri enerji ilə təmin edə bilir. Bütün bunlar sayəsində transpartyorun səmərəliliyi 2,5 dəfə artıb və gecə-gündüz rahat döyüş aparılmasına imkan yaranıb.

İstehsalçı ölkə: Rusiya

İstehsalçı firma: Arzamas Maşınqayırma Zavodu

Tip: Zirehli transportyor

İstehsal tarixi: 2011 – davam edir

İstismar tarixi: 2013 – günümüzə

Döyüş çəkisi: 15.4 ton

Heyət: 3 nəfər (sürücü-mexanik, tuşlayıcı, komandir)

Desant: 7 nəfər

Ölçüləri redaktə

Uzunluğu: 7.58 m

Lülənin uzunluğu: 3 m

Eni: 2.98 m

Hündürlüyü: 2.72 m

Klirens: 0.475 m

Təkər formulu: 8x8/4

Şinlərin ölçüsü: 1150/400/R457 Kİ-126

Müdafiə redaktə

Zireh tipi: tökmə homogen polad

81 mm tüstü bombaları

Zirehli şinlər

Hərəkət qabilliyəti redaktə

Dalış dərinliyi: 9 km/saat sürət ilə üzən

Xəndək keçmə: 2 m

Maneə keçmə: 0.5 m

Keçə bildiyi yoxuş bucağı : 30º

Mühərrikin növü: Kamaz-740.13-300 dizel

Mühərrikin gücü: 300 at gücü

Sürətlər qutusu: 5 pilləli mexanika

Maksimal sürət: 100 km/saat (Şossedə), 40 km/saat (Yolsuzluqda)

Gediş məsafəsi: 600 km (Şossedə), 200/500 km (Yolsuzluqda)

Asqı tipi: müstəqil burulma bar və 12 ədəd hidravlik amartizator

Optik sistemlər redaktə

Komandirin optik və idarəetmə sistemi: ТКН-АИ

Panoramik baxış sistemi: ТКН-4ГА-02

Silahlanma redaktə

– 1 ədəd 30 mm-lik “2A72” avtomatik top qurğusu

Kalibr: 30 mm

Mərmi: 30x165 mm

Atış tezliyi: 330 atış/dəqiqədə

Mərminin başlanğıc sürəti: 960-1120 metr/saniyə

Lülənin qalxma bucağı: –7º... +70º

Üfüqi tuşlama bucağı: 360º

Atəş məsafəsi:2.6 km (Texnikalara qarşı); 3.6 km (Piyadalara qarşı), 2 km (Hava hədəflərinə qarşı); 4 km (Maksimal atəş məsafəsi)

Mərmi sayı: 300 ədəd (150 ədəd qəlpəli-fuqaslı və 150 ədəd zirehdələn-yandırıcı)

– 1 ədəd 7.62 mm “PKTM” pulemyotu Kalibr: 7.62 mm

Mərmi: 7.62×54mm R

Atış tezliyi: 800 atış/dəqiqədə

Güllənin başlanğıc sürəti: 855 metr/saniyə

Atəş məsafəsi: 1.5 km

Maksimal atəş məsafəsi: 4 km

Mərmi sayı: 2000 ədəd

BTR-82 istifadə edən ölkələr redaktə

Variantları redaktə

Rusiya Federasiyası redaktə

  • BTR-80 (GAZ-5903) - zirehli döyüş maşını.
  • BTR-80M - 240 at gücü olan DMZ-238M2 mühərrikə, yeni təkərlərə sahibdir. 1993-cü ildən etibarən istehsal olunur. Original mühərriki hazır olana qədər az sayda istehsal olunmuşdur.
  • BTR-82 - Son istehsal variantıdır. İnkişaf etdirilmiş zirehə, daha müasir gecəgörmə vasitəsi olan TKN-4GA, GLONASS naviqasiya sisteminə və 300 at gücü olan daha güclü mühərrikə sahibdir. İlk prototipi 2009-cu ilin noyabrında təqdim olunub.
  • BTR-80K - Teleskopik antenna, TNA-4 naviqasiyası və R-163-50U radio aparatları ilə təchiz olunmuş komanda-nəzarət maşını.
  • BTR-80A - Qülləsi BPPU adlanır. 1PZ-9 gündüz və TPN-3 gecəgörmə cihazları ilə təchiz olunmuş bu variant 1994-cü ildən bəri istehsal olunur.
  • BTR-80S - BTR-80A-nın Rusiya DİN-in Daxili Qoşunları üçün hazırlanıb. 14.5 mm KPVT və 7.62 mm PKT pulemyotu ilə təchiz olunmuşdur.
  • BTR-80AK - BTR-80A-nın komanda-nəzarət variantı.
  • BRDM-3 - BTR-80AK variantının əsasında yaradılmış zirehli kəşfiyyat maşını. Ekipajı 6 nəfərdən ibarətdir.
  • BTR-82A - Ən son istehsal variantı olan bu texnika inkişaf etdirilmiş zirehə, müasir gecə-görmə və naviqasiya vasitələrinə sahibdir. Suriya dövlət telekanalının məlumatına görə, bu texnika 2015-ci ilin sentyabrında gedən döyüşlər zamanı görülüb. Həmin video göstərir ki, BTR-in ekipaj üzvləri rus dilində danışırlar. Bu da Rusiya Ordusuna məxsus zirehli maşınların Suriyada əks qüvvələrə qarşı birbaşa döyüş əməliyyatlarında iştirak etdiyini göstərir.
  • BTR-82AM - Dəniz piyadaları tərəfindən istifadə olunur. Rusiya HDQ-nə ilk dəfə 2013-cü ildə çatdırılıb.
  • 2S23 "Nona-SVK" - Atəş dəstəyi maşını. 120 mm-lik topla təchiz olunub. Ekipajı 4 nəfərdən ibarətdir. 1990-cı ildən xidmətə qəbul olunub. Donbass müharibəsində rusyönümlü separatçılar tərəfindən istifadə edilib.
  • BREM-K - Təmir və evakuasiya maşını.
  • İnfauna - Radioelektron mübarizə (REM) maşını. Düşmənin taktiki kommunikasiya sistemlərini pozmaq üçün istifadə olunur. 2012-ci ilin iyun ayında ilk 4 belə maşın Rusiya Ordusu tərəfindən xidmətə qəbul edilib. 2016-cı ilin sentyabrında, Rusiya ilə Ermənistan arasında imzalan müqaviləyə əsasən Ermənistana çatdırılıb.
  • BTR-90

Kolumbiya redaktə

  • BTR-80 "Caribe" - Kolumbiya dəniz piyadaları üçün hazırlanmışdır. 100 ədəd sifariş edilib.[2]

Estoniya

  • BTR-80UNsh - 1991-ci ildə Estoniya müstəqillik əldə etdikdən sonra Rusiyadan 20 ədəd BTR-80 alındı və 2005-ci ilə qədər orduda xidmətini davam etdirdi. Sonradan Finlandiya istehsalı olan XA-180-lər bu maşınları əvəz etdi.

Macarıstan redaktə

  • BTR-80M - Passiv gündüz/gecə görünüş sistemi olan KM-1M, inkişaf etdirilmiş NBC müdafiə sistemi kimi bir sıra yenilikləri var.[3]
  • BTR-80 MPAEJ - Qülləsi olmayan bu variant silahsız mühəndis maşını kimi fəaliyyət göstərir.[4]
  • BTR-80 MPFJ - Qülləsi və silahlanması olmayan bu variant maneə aşmaq üçün istifadə edilir.
  • BTR-80 MVJ - Təmir və bərpa maşını. Qüllə yerinə qaldırıcı kran quraşdırılıb.
  • BTR-80 SKJ - Tibbi yardım (ambulans) maşını.
  • BTR-80 VSF - Kəşfiyyat maşını.

Şimali Koreya redaktə

  • M2010 8x8 - Rusiyadan 32 ədəd BTR-80A alındıqdan sonra yerli imkanlar hesabına istehsal olunmuşdur. Qeyri-rəsmi olaraq M-2010 və ya Chunma-D adlanır. İlk dəfə 2010-cu ildə keçirilən hərbi parad zamanı nümayiş olunub.[5]
  • M2010 6x6 - Şimali Koreya həmçinin BTR-80A-nın 6x6 versiyasını da modernizasiya edib. Ekipajı 3 nəfərdən ibarət olan bu maşın əlavə 6 nəfər daşımaq qabiliyyətinə sahibdir. TƏİR və hava hücumuna qarşı ZRK-larla silahlanmışdır.[6]

Rumıniya redaktə

  • TAB Zimbru (B-33) - BTR-80-nin Rumıniya tərəfindən modernizasiya olunmuş variantı.

Ukrayna redaktə

  • BTR-80UP - Polşa ilə birlikdə Ukraynada istehsal olunmuşdur. Yeni 300 at gücü olan mühərrik, əlavə zireh kimi yenilikləri var.[7]
  • BTR-94
  • BTR-3U "Hunter" - Modernizasiya variantı deyil. Lakin, Sovet dizaynına oxşardır.[8]
  • BTR-4 "Bucephalus"
  • KShM "Kushetka-B" - Komanda-idarəetmə maşını.[9]

Ölkələrə görə ordularında olan BTR-80 ədədləri redaktə

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə

  1. "Arxivlənmiş surət". 2014-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-26.
  2. "Arxivlənmiş surət". 2011-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-27.
  3. "Arxivlənmiş surət". 2008-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-27.
  4. "Arxivlənmiş surət". 2008-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-27.
  5. "Arxivlənmiş surət". 2017-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-27.
  6. "Arxivlənmiş surət". 2016-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-27.
  7. "Arxivlənmiş surət". 2022-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-27.
  8. "Arxivlənmiş surət". 2011-06-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-27.
  9. "Arxivlənmiş surət". 2008-03-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-27.

Saytda 106 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023