Bağlayıcı Haqqinda Melumat - Vikipedia

Bağlayıcı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Bağlayıcı

köməkçi nitq hissəsi

Bağlayıcı — sözləri, cümlələri, mətinləri, abzasları bir-birinə bağlayan, onlar arasında qramatik əlaqə yaradan köməkçi nitq hissəsi. Bağlayıcılar sintaktik funksiyasına görə 2 yerə bölünür: Tabelilik bağlayıcısı və tabesizlik bağlayıcısı. Tabesizlik bağlayıcıları həmcins üzvləri və mürəkkəb tabesiz cümlələrin tərkib hissələrini bir-birinə bağlayır, tabelilik bağlayıcılar isə yalnız tabeli mürəkkəb cümlələrin tərkib hissələrini bir-birinə bağlayır.

Tabesizlik bağlayıcıları redaktə

Tabesizlik bağlayıcıları tabesiz mürəkkəb cümlənin tərkib hissələrini və həmcins sözləri bir-birinə bağlayır.

Mənaca növləri

  1. Birləşdirmə bağlayıcıları: və, ilə,(-la²). Və, ilə bağlayıcıları vergüllə işlədilmir. Və həm tabesiz cümləni, həm də həmcins sözləridə bir-birinə bağlayır. Məsələn: O gəldi və yemək hazırladı.(tabesiz cümlə). O qələm və dəftər aldı.(həmcins sözləri bağladı), lakin ilə isə yalnız həmcins sözləri bir-birinə bağlayır. Məsələn:O qələm ilə dəftər aldı. Həsən və Akif kəndə gedəcəklər. Onun getməyi ilə qayıtmağı bir oldu. Vergül işlənmir
  2. Qarşılaşdırma bağlayıcıları: amma ancaq, lakin halbuki isə, fəqət. Mən danışırdım, o isə qulaq asmırdı. Məlik bunu bildi, amma özünü bilməməzliyə vurdu.
  3. Bölüşdürmə bağlayıcıları: ya, ya da, ya da ki, və ya, və yaxud, yaxud da, gah, gah da, gah da ki, istər, istərsə də. Gah danışır, gah gülür. İstər bəstəkar ol, istər rəssam ol.
  4. İştirak bağlayıcıları:həm, həm də, həm də ki, o cümlədən, o sıradan, nəinki, hətta, habelə, həmçinin, -da², eləcə. Meşələrdə ağcaqayın ağacları da əkmişdilər. Hamı, hətta Cahan xala da məclisə gəlmişdi.
  5. İnkarlıq bağlayıcıları: nə, nə də, nə də ki. Nə yardan doyur, nə əldən qoyur. İnkar bağlayıcıları feilləri bir-birinə bağlayanda -ma² inkar şəkilçisini, başqa nitq hissələrini bağlayarkən deyil, yox sözlərini əvəz edir. İnkarlıq bağlayıcılarının işləndiyi cümlədə xəbər, əsasən, təsdiqdə olur.
  6. Aydınlaşdırma bağlayıcıları: yəni,yəni ki, məsələn. Bunların bizə, yəni Alim oğullarına heç bir aidiyyəti yoxdur. Burada xeyli ziyalı, məsələn: H. Zərdabi, M. F. Axundzadə, N. Vəzirov cəmlənmişdi.

Tabelilik bağlayıcıları redaktə

Tabelilik bağlayıcıları isə tabeli mürəkkəb cümlənin tərəflərini əlaqələndirir.

  1. Aydınlaşdırma bağlayıcıları: ki, belə ki və s. Məs.: Evə gəlib çatmışdıq ki, işıqlar söndü. Hamı narazı idi belə ki, müdirlə dil tapa bilmirdilər.
  2. Səbəb bağlayıcıları: çünki, ona görə ki, buna görə də, ona görə də, onun üçün ki, ondan ötrü ki və s. Məs.: Oxumadım, çünki vaxtım yox idi. Ondan ötrü getdim ki, bunları gözləmirdim.
  3. Güzəşt bağlayıcıları: hərçənd, hərçənd ki və s. Məs.: Hərçənd dünyanı qadınlar idarə edirlər, lakin tarixçilər ancaq kişilərin adını bilirlər (H. Heyne).
  4. Şərt bağlayıcıları: əgər, hərgah, madam ki, indi ki, yoxsa, bir halda ki və s. Məs.: Əgər sinəmizlə cəbhə yarmasaq… Madam ki gəlmir, demək bizi saymır. Tez getməliyik, yoxsa gecikərik.
  5. Müqayisə bağlayıcıları: guya, sanki və s. Məs.: Elə həvəslə danışırdı ki, guya bunları heç kəs bilmirdi. Səs-səmir gəlmirdi, sanki bütün kənd yatmışdı.

İlə köməkçi nitq hissəsi redaktə

İlə sözü həm qoşma, həm də bağlayıcı kimi işlənə bilər. Onları bir-birindən fərqləndirmək üçün bunları bilmək lazımdır.

  1. İlə köməkçi sözü bağlayıcı kimi işləndikdə onu "vergül işarəsi" ilə, yaxud "və" bağlayıcısı ilə əvəz etmək olur; Məs.: Akif ilə Malik qonşudur — Akif, Malik qonşudur — Akif və Malik qonşudur.
  2. İlə köməkçi sözü qoşma kimi işlənərkən, qoşulduğu sözlərlə birlikdə bir suala cavab verir və bir cümlə üzvü olur; Məs.: Akif ilə (kim ilə?) gedirəm, amma ilə köməkçi sözü bağlayıcı kimi işləndikdə bu xüsusiyyətə malik olmur.

Bağlayıcıların quruluşu redaktə

Bağlayıcılar quruluşca sadə və mürəkkəb olur.

  1. Sadə bağlayıcılar bir tərkib hissədən ibarət olur: amma yəni, məsələn, ilə, əgər, hərçənd, məgər və s.
  2. Mürəkkəb bağlayıcılar iki və ya üç müxtəlif nitq hissəsinə aid sözlərdən yaranır və bitişik yazılır: hərgah, halbuki habelə, nəinki. Bəzən tərkibi bağlayıcılar da fərqləndirilir. Bu bağlayıcılar ayrı yazılan tərkib hissələrindən ibarət olur: yəni ki, belə ki, həm də və s.

Bağlayıcılarda vergülün işlənməsi qaydaları redaktə

  1. Və, ilə bağlayıcıları vergüllə işlədilmir.
  2. Amma, ancaq, lakin, hətta, fəqət, halbuki, ona görə ki, ondan ötrü ki, həmçinin, habelə, o cümlədən, məsələn, yəni və s. bu kimi tək işlənən bağlayıcılarından əvvəl vergül qoyulur. Məs.: Mən istəyirdim, amma onlar razı qalmadılar. Mən gələnləri, yəni təzə tələbələri tanımırdım. Məhəmməd demədi, ona görə ki buna ehtiyac duymadı.
  3. Ki, belə ki bağlayıcılarından sonra vergül qoyulur. Məs.: Evə çatdırdım ki, Akif məni səslədi. O da bizə aydındır ki, əhali bunu bilməli idi.
  4. Təkrarlanan -da² bağlayıcısından sonra (sonuncusundan başqa) vergül qoyulur, lakin -da² bağlayıcısı tək işləndikdə ondan əvvəl və sonra vergül qoyulmur. Lalə də, Gülnar da dərsə gəlmədi.
  5. Gah, həm, nə, ya, istər bağlayıcılarında birincidən başqa, qalanlarından əvvəl vergül qoyulur. Məs.: Gah yağış yağırdı, gah külək əsirdi. Nə yardan doyur, nə əldən qoyur.

Həmçinin bax redaktə


Saytda 55 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023