Badımcan Haqqinda Melumat - Vikipedia

Badımcan Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Badımcan

bitki növü

Badımcan (lat. Solanum melongena) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü.

Badımcan
Elmi təsnifat
Beynəlxalq elmi adı

Tərkibində karotin, A vitamini, B qrupu vitaminlər, C vitamini, şəkər [3,2 %] olmaqla yanaşı, xeyli miqdarda kalium, fosfor, kalsium və dəmir duzları da vardır.

Badımcan istisevən birillik bitkidir. Əsasən Moldaviyada, Orta Asiya və Zaqafqaziya respublikalarında becərilir. Badımcan quruluşuna görə iri meyvə olub, qabıqla örtülmüşdür. Daxilində qalın ətli hissəsi və çoxlu toxumu vardır.

Badımcanın tərkibində 4,2% şəkər, 1,3% sellüloza, 0,2% üzvi turşu, 0,5% kül, 0,6% zülal, 0,5–0,7% pektin maddəsi, 0,0044–0,093%-ə qədər solanin qlükozidi vardır. Yetişib ötmüş badımcanın tərkibində solanin qlükozidi nisbətən çoxdur. Kal badımcanın tərkibində 0,8–3,7% nişasta olur.

Badımcan ölçüsünə və formasına görə qruplaşdırılır. Xırdameyvəli armudaoxşar badımcanların uzunluğu 8–10 sm, diametri 5–7 sm, irimeyvəli armudaoxşar badımcanda isə uyğun olaraq 10–18 və 8–13 sm, silindrformalı orta və iri ölçülü badımcanların uzunluğu 10–25 sm, diametri isə 5–8 sm-dir. Çəkisi 50 qr-dan 100 qr-a qədər (bəzən 2000 qr-a qədər) olur, lakin çox vaxt 100–300 qr irilikdə dərilir.

Yetişməsinə görə tezyetişən (120 günə), ortayetişən (120–140 günə) və gecyetişən (140 gündən çox) sortları olur. Açıq bənövşəyi və ya tünd bənövşəyi rəngdə olur. Ətli hissəsi zərif və toxum hissəsi daha cavan olanlar yüksək keyfiyyətli sayılır. Saxlanılacaq badımcan növlərini yetişməmiş dərirlər.

Həddindən artıq yetişmiş badımcanın lifləri kobudlaşdığından dadı pisləşir. Geniş yayılmış sortlarından Universal-6, Simferopol-105, Uzun bənövşəyi- 239, Konservlik-10, Don-14, Delikates, tezyetişən, Pekin, Silindr formalı misal göstərilə bilər. Bunlardan başqa Bolqar 0–14, Krım-714 və Şavqremani-9 sortları da vardır.

Azərbaycanda becərilən badımcan sortlarından Uzun bənövşəyi-239 və Yerli Abşeron sortunu göstərmək olar.

Badımcanın keyfiyyətinə aşağıdakı tələblər verilir. Meyvəsi tam yetişməmiş, təmiz, təzə, sağlam, forması və rəngi botaniki sortuna müvafiq, forması eybəcər və qabığı isə kobud olmamalıdır. Ətli hissəsi elastiki, toxum kamerası boşluqsuz və natamam yetişmiş ağ toxumları olmalıdır. Meyvəsinin uzunluğu 10 sm-dən, diametri 5 sm-dən az olmamalıdır.

Tam yetişmiş, içərisi boşluqlu və toxumu tam yetişmiş badımcanların miqdarı 5%-dən, qabığı büzüşmüşlərin miqdarı 15%-dən, əzilmiş və çatlamışların miqdarı 8%-dən çox olmamalıdır. Kənarlaşmanın ümumi miqdarı hər göstərici üzrə norma daxilində 15%-dən çox olmamalıdır. Badımcanın rəngi bənövşəyi rəngdə, müxtəlif çalarlı və saplaqlı olmalıdır.

Kulinariyada istifadəsi redaktə

Badımcandan kulinariyada geniş şəkildə istifadə olunur. Azərbaycan mətbəxində salatlar, mürəbbələr, turşular və müxtəlif yeməklər hazırlanır.

Səhiyyə redaktə

Şərq ölkələrində badımcanı "uzunömürlülük bitkisi" adlandırırlar. Badımcanın tərkibi kalium duzları ilə zəngin olduğundan ondan hazırlanan yeməklər yaşlı adamlarda duz balansının tənzimlənməsinə, qan-damar xəstəliklərinin aradan qaldırılmasına, həzm sisteminin yaxşılaşdırılmasına, mədə-bağırsaq xəstəlilərinin aradan qaldırılmasına müsbət təsir göstərir.

İstinadlar redaktə

  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 186.
  2. https://inpn.mnhn.fr/espece/cd_nom/124075/tab/taxo.

Həmçinin bax redaktə


Saytda 93 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023