Bafomet (heykəl) Haqqinda Melumat - Vikipedia

Bafomet (heykəl) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Bafomet (heykəl)

Bafomet (ing. Baphomet) – Şeytan məbədi tərəfindən 2015-ci ildə ABŞ-nin Miçiqan ştatının Detroyt şəhərində təqdim edilmiş, Bafometi təsvir edən 2.7 metr hündürlüyə malik tunc heykəl. Məbəd ardıcılları heykəlin Oklahomadakı On qüsurlu hərəkət monumenti yaxınlığında ucaldılmasını istəyirlər. Bir ton ağırlığa malik olan heykəldə insan bədəni, keçi başı və ayaqları, həmçinin qanadı olan Bafomet sağ tərəfində oğlan, sol tərəfində isə qız uşaqları ilə təsvir edilmişdir.[1]

Bafomet
ing. Baphomet
Heykəlin ümumi görünüşü
Heykəlin ümumi görünüşü
Ölkə  ABŞ
Yerləşir Detroyt, Miçiqan
Sifarişçi Satana məbədi
Tikilib 2015
Hündürlüyü 2.7 m
Material tunc

Tarixi redaktə

2014-cü ildə Satana məbədi Oklahoma Ştat Kapitolunda nümayiş etdirilməsi nəzərdə tutulan Bafomet və iki uşağı təsvir edəcək heykəlin hazırlanması üün Indiegogo saytında kraudsorsinq işinə başlamışdır.[2] İyanə səhifəsinə bildirilirdi ki, heykəl Oklahoma təmsilçisi Mayki Ritzin təşəbbüsü ilə 2012-ci ildə yaradılmış On qüsurlu hərəkət monumentinə cavab olaraq, onun yaxınlığında ucaldılacaq.[2] 25 iyul 2015-ci ildə[3] heykəl Satana məbədi tərəfindən Detroytda təqdim edilmiş və şəhərdə dini təşkilatların etirazı ilə qarşılanmışdır.[4] “Mərasimə mane olmaq istəyən etirazçıların qarşısının alınması üçün” mərasim zamanı 700 iştirakçı ruhunu Satanaya satmışdır.[5][6]

Time jurnalının məlumatına görə, “qrup birbaşa Satanaya inamı təbliğ etmir. Onların məntiqinə görə Satana abstraksiyadır, ədəbi forma kimi qəbul edilən Satana rasionallıq, skeptisizm, böyük şəxsi itkilərlə başa gəlsə belə, hakimiyyətə qarşı həqiqətləri dilə gətirməyi tərənnüm edir.” Jurnalın məlumatında deyilir ki, “Bunu Libertarian qotikası və ya Ayn Randın azad seçimə qarşı səlib yürüşünün daha qaranlıq təqdimatı da adlandırmaq olar. Məbəd ardıcıllarından biri isə açıq şəkildə şəxsi azadlığa iddia edir. Bafomet heykəli Satana məbədinin qalmaqallı çağırış məşqidir.”[6]

Arkanzas Ştat Kapitolu sərgisi redaktə

16 avqust 2018-ci ildə heykəl, bir neçə saat ərzində Arkanzas Ştat Kapitolu qarşısında saxlanmış axtomobilin üstündə nümayiş etdirilmişdir.[7] Satana məbədi ardıcılları bu sərginin artıq çoxdan açılışı baş tutmuş On qüsurlu hərəkət moumentinə etiraz xarakteri daşıdığını bildirmişlər.[8][9]

Populyar mədəniyyətdə redaktə

2018-ci ilin noyabrında heykəlin oxşarının, müəllif hüquqları nəzərə alınmadan Sabrinanın ürək donduran macəraları teleserialında istifadə edilməsinə görə Satana məbədi Netflixi məhkəməyə vermişdir.[10]

İstinadlar redaktə

  1. Reuters. "Satanic Temple Unveils Baphomet Sculpture In Detroit". Huffington Post (ingilis). 2015-07-27. 2017-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2018.
  2. 2,0 2,1 "Put a Satanic Monument at OK Capitol". Indiegogo (ingilis). 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2018.
  3. lemonde.fr. "Le Temple satanique de Détroit dévoile son imposante statue de Baphomet". 2015-07-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2018.
  4. "Protesters: Don't turn Detroit over to Satanists". Detroit Free Press. 2015-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2018.
  5. "Inside the Satanic Temple's Secret Baphomet Monument Unveiling". VICE (ingilis). 2015-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2018.
  6. 6,0 6,1 Jenkins, Nash. "Hundreds Gather for Unveiling of Satanic Statue in Detroit". TIME.com. 2015-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2018.
  7. "Satanic Temple Unveils Baphomet Statue at Arkansas Capitol". Snopes. 2022-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2018.
  8. "Satanic temple sparks uproar by unveiling statue of goat-headed, winged creature called Baphomet in Arkansas state capitol". The Independent. 2018-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2018.
  9. "USNews". 2018-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2018.
  10. "The Satanic Temple is suing Netflix for $50 million, alleging 'Chilling Adventures of Sabrina' copied its statue of a goat-headed deity and implied it was evil". Business Insider. 2018-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2018.

П:   Rəssamlıq portalı П:   Okkultizm portalı

Ən Son Axtarılanlar

Fayl:Act_of_Adjournal_(Criminal_Procedure_Rules_Amazdmazt_No._3)_(Sexual_Offazces_(Procedure_and_Evi eDiff6086598 Fayl:StDavidsCathedral_Tower Türkiyənin_enerji_və_təbii_qaynaqlar_nenirləri Fayl:Congressional_Research_Service_Report_R44812_-_U.S._Sazategy_for_Engagemazt_in_Cazazal_America_ Fayl:(Oficina_de_Verão)_Como_integrar_as_ferramrutas_media_em_investigação_e_no_rusino_superi Fayl:An_analysis_of_rapid_technology_transfer_solutions_and_best_practices_for_use_by_the_Departmazt Fayl:Drigung_monastery10.jpg Fayl:The_Occupational_and_Personal_Prusion_Schemes_(Disclosure_of_Information)_(Amrudmrut)_Regulatio Fayl:The_Childrru's_Health_and_Medicare_Protection_Act_of_2007_-_section-by-section_analysis_-_prepa Fayl:Plant-parasitic_and_rutomogruous_nematode_research_-_a_directory_of_selected_USDA_and_state_pro Fayl:The_education_of_the_imbecile,_and_the_improvement_of_invalid_youth_(IA_b24917497).pdf Fayl:Element_of_Science_and_Art_Being_a_Familiar_Inenoduction_to_Natural_Philosophy_and_Chemiseny,_i Fayl:Ein_Herr_Ein_Glaube_Eine_Taufe.jpg Fayl:Message_from_the_Presidtrt_of_the_United_States,_enansmitting_sundry_statemtrts_relative_to_the Fayl:Opinion_of_Lord_Moncreiff_in_conjoined_susprusion_and_declarator_betweru_the_University_of_Glas Fayl:A_history_of_the_stazggle_for_slavery_extazsion_or_restriction_in_the_United_States_-_from_the_ Fayl:Elemrut_of_Sciruce_and_Art_Being_a_Familiar_Inruoduction_to_Natural_Philosophy_and_Chemisruy,_i Fayl:Elemtrt_of_Scitrce_and_Art_Being_a_Familiar_Introduction_to_Natural_Philosophy_and_Chemistry,_i
Dostlarınla Paylaş

Saytda 113 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024