Bakı Kamera Orkestrı Haqqinda Melumat - Vikipedia

Bakı Kamera Orkestrı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Bakı Kamera Orkestrı

Bakı Kamera Orkestri 2011-ci ildə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının tələbələrinin təşəbbüsü ilə yaradılmışdır.[1] Dirijor isə Kamera Ansamblı Kafedrasının və İfaçılıq Fakültəsinin viola ixtisası üzrə müəllimi Tofiq Aslanov olmuşdur. Orkestrin bədii rəhbəri SSRİ və Azərbaycanın xalq artisti, BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli, dirijor - Respublikanın əməkdar artisti Fuad İbrahimovdur.

Bakı Kamera Orkestrı
Əsas məlumatlar
Üslub klassik musiqi
Fəaliyyət illəri 2011-ci ildən
Ölkə Azərbaycan
Şəhər Bakı
Heyət

Bədii rəhbər:
Fərhad Bədəlbəyli
Baş dirijor:
Fuad İbrahimov

Direktor:
Yeganə Axundova

Haqqında redaktə

Azərbaycanın bir çox tanınmış dirijorları və solistləri ilə paytaxt və respublikanın rayonlarının bir çox konsert məkanlarında [2] çıxış edən orkestr, həmçinin bir çox beynəlxalq festivallarda, Azərbaycanın müxtəlif səfirliklərinin tədbirlərində, dünya musiqi mədəniyyətinin əsərlərindən ibarət konsert proqramları ilə qastrol səfərində olub. ABŞ, Almaniya, İtaliya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan, Yunanıstan, Fransa, Belçika [3] və digər ölkələrdəki beynəlxalq təşkilatlarda, eləcə də Gidon Kremer, Dmitri Sitkovetski kimi görkəmli musiqiçilərlə çıxış etmişdirlər. Heydər Əliyev Fondunun Azərbaycan musiqi mədəniyyətinin təbliği layihələri çərçivəsində Bordo şəhərində və Müluz şəhərində keçirilən “İpək və Alov” beynəlxalq festivalında, Neue Philharmonie München (NPhM) beynəlxalq orkestrin tərkibində Wolfratshausen, Münhen, Fürstenfeldbruck (Almaniya) kimi şəhərlərdə konsert proqramı ilə çıxış edib.[4]

Hazırda Mədəniyyət Nazirliyi yanında Mədəniyyət Baş İdarəsinin nəzdində fəaliyyət göstərir.

Mükafatlar redaktə

Dirijorlar redaktə

İstinadlar redaktə

  1. "Bakı Musiqi Akademiyası - Kamera Orkestri". www.musicacademy.edu.az (az.). 2023-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-14.
  2. "Bakı Kamera Orkestri Milli İncəsənət Muzeyində konsert verib". azertag.az (az.). 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-14.
  3. "MUSİQİ AXŞAMI BAKI KAMERA ORKESTRİ - YARAT". www.yarat.az. 2023-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-14.
  4. "Bakı Musiqi Akademiyasının kamera orkestri Almaniyada konsert proqramı ilə çıxış edib". azertag.az (az.). 2016-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-14.

Saytda 175 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024