Bakı aşağı texniki məktəbi Haqqinda Melumat - Vikipedia

Bakı aşağı texniki məktəbi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Bakı aşağı texniki məktəbi

Bakı aşağı texniki məktəbi[1] — 1897-cı ilin 1 sentyabr tarixində fəaliyyətə başlamışdır. Bakı Sənət məktəbinin əsasında təşkil edilmişdir. Hacı Zeynalabdin Tağıyevin maliyyə dəstəyi ilə məktəb üçün Avropa memarlığı üslubunda tədris binası tikilmişdi. Mexanika və inşaat şöbələri vardı. Məktəbin nəzdində 4 sinifli ibtidai sənət məktəbi, yaşlılar üçün kurslar, 5 emalatxana fəaliyyət göstərirdi. Ümumtəhsil və texniki fənlər (hesab, rus dili, rəsmxət və texnologiya) tədris olunurdu. Məşğələlərin üçdə iki hissəsi təcrübə dərslərindən ibarət idi. 1905-ci ildən etibarən "Bakı orta texniki məktəbi" adı ilə fəaliyyətini davam etdirmişdir.

Bakı aşağı texniki məktəbi
Əsası qoyulub 1 sentyabr 1897
Şəhər Bakı
Ünvan Bakı şəhəri

İstinadlar redaktə

  1. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2011. səh. 66. ISBN 978-9952-441-07-9.

Saytda 89 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024