Bakı gəvəni Haqqinda Melumat - Vikipedia

Bakı gəvəni Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Bakı gəvəni

bitki növü

Bakı gəvəni (lat. Astragalus bakuensis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" CR B1ab (i, ii, iii, iv, v). Regional IUCN Statusu - CR B1ab (i, ii, iii, iv, v).

Bakı gəvəni
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Astragalus bakuensis Bunge

Botaniki xarakteristikası redaktə

Gövdəsiz, cüzi tüklü qabarmış, 5-15 sm hündürlükdə, otvari çoxillik bitkidir. Yarpaqları 4-22 sm uzunluğunda, 12-20 cüt, yumurtavari, dəyirmi-yumurtavari və ya uzunsov-ellipsşəkillidir. Salxım çiçək qrupu 4-6 çiçəklidir. Kasacıq borucuqlu, xətti-bizvari dişlidir, borucuğa nisbətən 4 dəfə kiçikdir. Tac 30 mm uzunluğunda; Lövhə bayraqvari, oval şəklindədir və ya tərs yumurtavari, uzunsov ellipsşəkillidir, tünd-qırmızı, qəhvəyidir. Yumurtalıq 8 sm uzunluğunda, tüklü, uzun ayaqcıqlıdır. Paxlameyvələri dairəvari, 2,5 sm-dək, yumurtavari, uzunsov-ellipsşəkilli, şişkin, hər iki ucu sivrilənmiş, təpə hissədə 2 mm-dək çıxıntılı və ikiyuvalıdır.

Ekologiyası redaktə

Çiçəkləmə, meyvə əmələgətirmə dövrü may-iyun aylarına təsadüf edir. Quralığa və duzlaşmaya nisbətən davamlı, işıqsevən, toxumla çoxalan, taxıl müxtəlifotlu qruplaşmalarda rast gəlinir. Populyasiyanın sayı azdır və azalmaqda davam edir. Məhdudlaşdırıcı amillər antropogen amillər (bağ tikintiləri), yayıldığı ərazilərin texnogen təsirlərə məruz qalmasıdır. Hazırda növün mühafizəsi üçün xüsusi tədbirlər aparılmır. Yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədi ilə yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarının toxum bankında saxlanılması, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin axtarılması təklif olunur.

Azərbaycanda yayılması redaktə

Azərbaycanın nadir, prioritet endemik növüdür. Abşeronda (Mərdəkan, Şüvəlan, Buzovna, Novxanı qəsəbələri, Xırdalan şəhəri ətrafında) yayılmışdır.

Sinonimləri redaktə

Homotipik sinonimləri redaktə

  • Tragacantha bakuensis (Bunge) Kuntze

İstinadlar redaktə

Həmçinin bax redaktə


Saytda 137 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024