Bakı platosu Haqqinda Melumat - Vikipedia

Bakı platosu Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Bakı platosuAbşeron yarımadasının cənubunda sinklinal plato.

Ərazisi redaktə

Bakı platosu Bakı mildasını əhatə edir. Plato cənub-şərqdən Bakı buxtası, qərbdən Yasamal dərəsi -Xocasən gölü, şimaldan Böyükşor gölü, şərqdən Bülbülə və Zığ gölləri ilə sərhədlənir. Bakı platosunun sahəsi təqribən 180 kvadrat kilometr, hündürlüyü 236 metrədəkdir (Badamdar dağında).

Tektonik quruluşu redaktə

Tektonik cəhətdən Qərbi Abşeron sinklinal zonasının törəmə Bakı muldasına uyğundur; əsasən Abşeron yaşlı gilli əhəngdaşlarından təşkil olunmuşdur. Plato Bakı buxtasına tərəf yönəlmiş amfiteatr formasındadır. Kənar yamacları sıldırım və qismən terraslı, daxili yamacları isə maili və daha yaxşı terraslaşmışdır. Bibiheybət, Bayıl, Badamdar, Yasamal, Alatava, 1–9-cu mikrorayonlar, 8-ci kilometr, Əhmədli, Günəşli, Zığ yaşayış massivləri Bakı platosu üzərində salınmışdır.

Mənbə redaktə


Saytda 92 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024