Bakının inzibati bölgüsü Haqqinda Melumat - Vikipedia

Bakının inzibati bölgüsü Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Bakının inzibati bölgüsü

Bakının inzibati bölgüsü - Bakı şəhərinin inzibati bölgüsü hal-hazırda şəhər rayonlarından ibarətdir. Bakı şəhərinin 12 rayonu vardır.

Bakının inzibati bölgüsü

Tarixi redaktə

Bakı şəhərinin 1 iyun 1940-cı il tarixli məlumata görə rayonlarının sayı 17, 1 yanvar 1953-cü il tarixli məlumata görə rayonlarının sayı 13, 1 yanvar 1965-ci il tarixli məlumata görə rayonlarının sayı 13 olmuşdur.

Mövcud rayonlar redaktə

Rayonun adı Təşkil olunma tarixi Ərazi (kv.km) Əhalinin sayı (2020) [1] [2] Əhalinin sıxlığı [2]
Binəqədi rayonu 28 aprel 1920 170 268.400 1579
Qaradağ rayonu 7 may 1923 1.080 127.900 118
Nərimanov rayonu 24 noyabr 1941 20 179.800 8990
Nəsimi rayonu 13 iyun 1969 10 222.600 22260
Nizami rayonu 21 noyabr 1980 20 201.800 10090
Sabunçu rayonu 11 noyabr 1920[3] 240 247.200 1030
Səbail rayonu 1920 30 102.600 3420
Suraxanı rayonu 1920 120 222.000 1850
Pirallahı rayonu 21 dekabr 2012 30 20.600 687
Xətai rayonu 1904 30 289.900 9663
Xəzər rayonu 3 noyabr 1934 370 168.400 455
Yasamal rayonu 1932 10 249.300 12465

Ləğv edilmiş rayonlar redaktə

Rayonun adı Təşkil olunma tarixi Ləğv olunma tarixi Birləşdirilmiş rayon
Caparidze rayonu 24 yanvar 1939 4 dekabr 1956 Yasamal rayonu
Duvannı rayonu 5 aprel 1951 4 dekabr 1956 Qaradağ rayonu
Dzerjinski rayonu 24 noyabr 1931 3 dekabr 1959 Nərimanov rayonu
Ələt rayonu 24 noyabr 1931 11 fevral 1940 Qaradağ rayonu
Kaqanoviç rayonu 24 noyabr 1931 26 sentyabr 1955 Suraxanı rayonu
Korgöz rayonu 11 fevral 1940 26 aprel 1945 Qaradağ rayonu
Maştağa rayonu[a] 24 noyabr 1931 3 dekabr 1959 Xəzər rayonu
Sumqayıt rayonu[b] Bilinmir. 22 noyabr 1949 Yoxdur.
Şəhər rayonu 24 noyabr 1931 4 dekabr 1956 Nizami rayonu
Voroşilov rayonu 24 noyabr 1931 3 dekabr 1959 Səbail rayonu

Binəqədi rayonu redaktə

border=none  Əsas məqalə: Binəqədi rayonu

Əvvəlki Kirov rayonu adlanan Binəqədi rayonu, 29 aprel 1992-ci ildə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının Qərarı ilə "Binəqədi rayonu" adlandırılmışdır.[4]

Rayon ərazisində Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə dövlət tərəfindən qorunan, Binəqədi qəsəbəsi ərazisində yerləşən, 1915-ci ildə inşa edilmiş hamam, 1908-ci ildə inşa edilmiş, məscid və minarə, Xocəsən qəsəbəsi ərazisində yerləşən XVIII əsrə aid ovdan, IX–XVII əsrlərə aid yaşayış yeri, XVII əsrə aid karvansara, Biləcəri qəsəbəsi ərazisində yerləşən 1658-ci ildə inşa edilmiş məscid, arxeoloji abidələr sırasına daxil edilmiş Binəqədi qəsəbəsi ərazisində yerləşən neft mədənləri ərazisində Tunc dövrü "Nekropol"u, neft mədənləri ərazisində XV–XVIII əsrə aid yaşayış yeri, eyni zamanda, Azərbaycan SSR Nazirlər Sovetinin 16 mart, 1982-ci il tarixli, 167 saylı Qərarına əsasən "Dövlət Qoruğu" elan edilmiş Binəqədi dördüncü dövr fauna və flora qəbiristanlığıKeyrəki palçıq vulkanı mövcuddur.[4] Bundan əlavə, rayon ərazisində son illər və eyni zamanda, əvvəllər yaradılmış, lakin dövlət tərəfindən qorunan abidələr sırasına daxil edilməmiş mədəniyyət abidələrindən Binəqədi qəsəbəsində mövcud olan ilk neft quyusu da mövcuddur.[4]

Binəqədi rayonunda yerləşən mühüm məkanlardan Bakı Tennis Akademiyasını qeyd etmək olar.[4]

Nizami rayonu redaktə

border=none  Əsas məqalə: Nizami rayonu (Bakı)
 
Nərimanov rayonunda yerləşən Heydər Əliyev Mərkəzində "Arşın mal alan" filminin rəngli formatda premyerası

Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan rayonu 1980-ci ilin noyabr ayında yaradılmışdır.[5] Bakının qədim yaşayış məntəqələrindən sayılan Keşlə qəsəbəsi rayonun inzibati ərazi bölgüsünə daxildir.[5] Nizami rayonu Heydər Əliyev, Qara Qarayev və Babək prospektləri ilə yanaşı, "Koroğlu", "Qara Qarayev", "Neftçilər" və "Xalqlar Dostluğu" metro stansiyaları Bakı şəhərinin yol-nəqliyyat infrastrukturunda xüsusi əhəmiyyətə malikdir.[5] Rayonda 22 orta ümumtəhsil məktəbi, 9 xəstəxana və 13 poliklinika fəaliyyət göstərir.[5]

Nərimanov rayonu redaktə

border=none  Əsas məqalə: Nərimanov rayonu

Nərimanov rayonunun yaradılmasının əsası 1941-ci ildə qoyulmuşdur.[6] 1941-ci ilin yanvar ayında Keşlə rayonu Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi yaradılmış, 1957-ci ilin avqust ayında isə Keşlə rayonunun adı dəyişdirilərək Nərimanov rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi adlandırılmışdır.[6] 1959-cu ilin dekabr ayında Dzerjinski rayonu ləğv edilmiş və onun ərazisi 1960-cı ilin yanvar ayından Nərimanov rayonuna daxil edilmişdir.[6] 27 avqust 1957-ci ildən 6 oktyabr 1977-ci ilədək Nərimanov rayonu Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi, 7 oktyabr 1977-ci ildən 17 oktyabr 1991-ci ilədək Nərimanov rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsi kimi fəaliyyət göstərmişdir.[6] Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il tarixli Fərmanına əsasən Nərimanov rayon Xalq Deputatları Soveti ləğv edilmiş, onun əvəzində Nərimanov Rayon İcra Hakimiyyəti yaradılmış və bu adla 20 noyabr 1991-ci ildən fəaliyyət göstərir.[6]

Nərimanov rayonu ərazisində qəsəbə, kənd və digər inzibati ərazi dairələri mövcud deyildir.[6] Rayon ərazisində 22 iri sənaye müəssisəsi, 6 Elmi Tədqiqat və Layihə İnstitutu, 10 bank və onların filialları, 9 rabitə müəssisəsi, 4 mehmanxana fəaliyyət göstərir.[6] Rayonda 8 ali məktəb, 22 orta məktəb, 3 lisey, 34 uşaq bağçası, 27 səhiyyə müəssisəsi, 9 xəstəxana, 4 tarixi abidə yerləşir.[6] Nərimanov rayonunda yerləşən mühüm məkanlardan Heydər Əliyev Mərkəzi[7], Bakı Zooloji ParkıTofiq Bəhramov adına Respublika Stadionunu qeyd etmək olar.[6]

Nəsimi rayonu redaktə

border=none  Əsas məqalə: Nəsimi rayonu

Nəsimi rayonu 1969-cu il iyunun 13-də yaradılmışdır.[8] Nəsimi rayonu ərazisində qəsəbə, kənd və digər inzibati ərazi dairələri mövcud deyildir.[8] Rayon ərazisində 8 ali məktəb, 33 orta məktəb, 4 orta ixtisas və peşə məktəbi, 8 məktəbdənkənar tərbiyə müəssisəsi, 2 musiqi məktəbi, 47 körpələr evi-uşaq bağçası, 11 xəstəxana, 11 poliklinika, 13 memarliq abidəsi yerləşir.[8] Rayonda 12 istirahət parkı, 1 mədəniyyət evi, 3 kinoteatr, 6 kitabxana fəaliyyət göstərir.[8]

Nəsimi rayonunda yerləşən mühüm məkanlardan Heydər Əliyev Sarayı, Bakı Dəmir Yolu Vağzalı, Bakı Dövlət SirkiBakı Beynəlxalq Dəniz Ticarət Limanını qeyd etmək olar.[8] Bakı metropoliteninin "28 May", "Memar Əcəmi", "Cəfər Cabbarlı" və "20 Yanvar" stansiyaları da rayon ərazisində yerləşir.[8]

Pirallahı rayonu redaktə

border=none  Əsas məqalə: Pirallahı rayonu
 
Pirallahı rayonunda yerləşən Neft Daşları qəsəbəsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 dekabr 2012-ci il tarixli qərarı ilə Pirallahı, ÇilovNeft Daşları qəsəbələrinin inzibati ərazi dairələrindən ibarət Pirallahı rayonu yaradıldı.[9] 3 fevral 2014-cü il tarixli "Bakı şəhərinin Xəzər və Pirallahı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən Gürgən qəsəbəsi inzibati ərazi dairəsi Bakı şəhəri Xəzər rayonunun tabeliyindən çıxarılaraq Bakı şəhəri Pirallahı rayonunun tabeliyinə verilmişdir.[9]

Rayonda 4 mədəniyyət evi, 1 musiqi məktəbi, 2 kitabxana, 1 muzey, 1 uşaq yaradıcılıq mərkəzi və 4 istirahət parkı vardır.[10]

Qaradağ rayonu redaktə

border=none  Əsas məqalə: Qaradağ rayonu

Qaradağ rayonu inzibati ərazi vahidi kimi Puta-Şubanı mədəninin kəşfi ilə əlaqədar yaradılmışdır.[11] 1923-cü ilin mayın 7-də Puta qəsəbəsindəki klubda ilk partiya konfransı keçirilmiş və rayonun əsası qoyulmuşdur.[11] Rayon 1937-ci ilədək Mikoyan rayonu, 1956-cı ilədək Molotov rayonu, 1956–63-cü illərdə Qaradağ rayonu, 1963–66-cı illərdə Əzizbəyov rayonu, 1966-cı ildən isə yenidən Qaradağ rayonu adlandırılmışdır.[11] Rayonun adı Zaqafqaziyada ilk dəmiryol stansiyalarından olan Qaradağ stansiyasının adı ilə bağlıdır.[11]

Qaradağ rayonunun mərkəzi şəhərtipli Lökbatan qəsəbəsidir.[11] Rayonun ikinci böyük şəhərtipli qəsəbəsi Sahil qəsəbəsidir.[11]

Sabunçu rayonu redaktə

Sabunçu rayonunun əsası 1920-ci ildə qoyulmuşdur.[12] 1958-ci ildə rayonun adı Lenin rayonu olaraq dəyişdirildi.[12] 29 aprel 1992-ci ildən Lenin rayonunun adı dəyişdirilərək Sabunçu rayonu adlandırılmışdır.[12] Sabunçu rayonu 10 inzibati qəsəbədən ibarətdir.[12] Rayonda 47 məktəb, 3 internat və 24 səhiyyə müəssisələri fəaliyyət göstərir. Həmçinin rayonun ərazisində müxtəlif mülkiyyət hüququna məxsus 85 sənaye, 51 tikinti, 16 nəqliyyat, 6 kənd təsərrüfatı və 359 ticarət obyekti və sair fəaliyyət göstərir.[12]

Suraxanı rayonu redaktə

border=none  Əsas məqalə: Suraxanı rayonu

Suraxanı rayonu 3 noyabr 1934-cü ildə yaradılıb.[13] Rayon 18 aprel 1990-cı ilədək Orconikidze rayonu adlanırdı.[13] Rayonda neft sənayesinə aid müxtəlif müəssisələr fəaliyyət göstərir.[13] Suraxanı rayonunda yerləşən mühüm məkanlardan Atəşgah məbədini qeyd etmək olar.[13]

Səbail rayonu redaktə

border=none  Əsas məqalə: Səbail rayonu
 
Səbail rayonunda yerləşən İsmailiyyə Sarayı

Səbail — Bakı buxtasında, sahildən təqribən 350 m cənub-qərbdə yerləşmiş tarixi-memarlıq abidəsinin adıdır.[14] Uzunluğu 140, eni 35 m-dir. 3 dairəvi və 12 yarımdairəvi bürcü olan daş divarla (eni 1,2–2 m) əhatələnmişdir.[14] Arxeoloji tədqiqatlar zamanı Səbaildən üzərində ərəb dilində kitabə, insan, quş və heyvan təsviri olan 700-dək daş, habelə Şirvanşah Gerşasbın I Güştasp adından kəsilmiş mis pul, bina qalıqları, gil qablar, dəndaşı, daş pərsəng, bıçaq tiyəsi, mismar və s. tapılmışdır.[14] Kitabələrdə Quran ayələri, 1234–35-ci il tarixi, müxtəlif şəhərlərin, sənətkarların və Şirvanşahların adları yazılmışdır.[14]

Xalq arasında "Sualtı şəhər", "Bayıl daşları", "Şəhri-i Yunan", "Karvansara", "Bayıl qəsri" və s. adlanan Səbail təqribən XIII əsrin əvvəllərində tikilmiş, XIV əsrin əvvəllərində isə tektonik dəyişikliklər nəticəsində Xəzərin suları altında qalmışdır.[14] Sonralar suyun səviyyəsi tədricən aşağı enmiş və 1723-cü ildə abidə yenidən görünməyə başlamışdır.[14] Ehtimal olunur ki, Səbail müdafiə qalası və gömrükxana, bəzi alimlərin fikrincə isə ibadətxana olmuşdur.[14]

Səbail rayonunun ərazisində antik dövrə və orta əsrlərə aid abidələr mövcuddur. Rayonda yerləşən abidələdən İçəri şəhər, Şirvanşahlar saray kompleksiQız qalasını qeyd etmək olar.[15] Bakı şəhərinin və eləcə də respublikanın əsas mədəniyyət mərkəzləri, o cümlədən 7 teatr, filarmoniya, 5 kitabxana, 16 muzey, 4 mədəniyyət evi, 3 musiqi məktəbi, 47 mehmanxana Səbail rayonunda fəaliyyət göstərir.[15] Ərazidə müxtəlif elm, incəsənət korifeyləri, müharibə və ədəbi qəhrəmanların şərəfinə ucaldılmış heykəl və büstlər, 4 park və 18 istirahət bağı vardır.[15]

Səbail rayonu Bakı şəhərinin ən qədim rayonu olaraq, ötən əsrin 20-ci illərindən inzibati ərazi vahidi kimi formalaşmışdır.[14] Rayon əvvəlcə "Bayıl — Bibi-Heybət", 1931-ci ildən "Stalin", 1960-cı ildən isə "26 Bakı Komissarları" adını daşımış və 29 aprel 1992-ci ildən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 112 saylı qərarına əsasən Səbail rayonu adlandırılmışdır.[14] Bakı məntəqələrindən biri Badamdar və qədim tarixi olan Bibiheybət qəsəbələri Səbail rayonunun inzibati ərazisindədir.[14] Rayonda 3 bələdiyyə — Səbail, Badamdar və Bibiheybət bələdiyyələri fəaliyyət göstərir.[14]

Xətai rayonu redaktə

border=none  Əsas məqalə: Xətai rayonu
 
Xətai rayonunda yerləşən Villa Petrolea

Xətai rayonu 1904-cü ildə Zavodskaya, 1920-ci ildən Fabrik zavodu rayonu, 1932-ci ildən Şaumyan rayonu adlandırılmışdır.[16] 1981-ci ildə ayrılaraq bir hissəsinə Nizami rayonu adı verilmişdir.[16] 5 yanvar 1990-cı ildən isə rayon Xətai adlanır.[16] Xətai rayonu Bakı şəhərinin Nizami, Nərimanov, Suraxanı, Nəsimi rayonları ilə həmsərhəddir.[16] Şəhər əhəmiyyətli Nobel, Babək prospektləri, Zığ şossesinin bir hissəsi, Afiyəddin Cəlilov küçəsi, müasir yolötürücü komplekslərlə yanaşı Bakı metropoliteninin Şah İsmayıl Xətai, Əhmədli, Həzi Aslanov stansiyaları da rayon ərazisində yerləşir.[16]

Xətai rayon ərazisində bir sıra Respublika əhəmiyyətli təşkilatların inzibati binaları da yerləşir. Bunlardan Azərbaycan Respublikası Ali Məhkəməsi, AFFA, Cəmşid Naxçıvanski adına hərbi liseyBakı şəhər Baş Polis İdarəsini qeyd etmək olar.[17]

Xəzər rayonu redaktə

border=none  Əsas məqalə: Xəzər rayonu

Abşeron yarımadasının şimal-şərqində yerləşən Xəzər rayonunun ərazisi qədim yaşayış məskənlərindən hesab olunur.[18] Dövrümüzə gəlib çatan qayaüstü rəsmlər, yaşı eramızdan əvvəl hesablanan kurqanlar, qəbirstanlıqlar, tarixi-memarlıq abidələri, qalalar, tikililər, türbə və məscidlər ərazinin qədim mədəniyyətə malik olduğunu təsdiq edir.[18] Təkcə "Qala" Dövlət Tarix-Etnoqrafya Qoruğunun ərazisində 234-ə yaxın həyət, məscid və hamam vardır. Xəzər rayonu neft rayonu kimi də tanınır.[18]

2010-cu il may ayının 24-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə və əhalinin çoxsaylı xahişləri nəzərə alınaraq Əzizbəyov rayonu Xəzər rayonu adlandırılmışdır.[18] Rayonda 7 mədəniyyət evi və 2 klub, 3 musiqi məktəbi, 7 kitabxana, 3 muzey və 11 istirahət parkı mövcuddur.[19] Rayonda 4 otel vardır.[19]

Yasamal rayonu redaktə

border=none  Əsas məqalə: Yasamal rayonu
 
Yasamal rayonunun Zərgərpalan küçəsində Mixail Arxangel kilsəsi

1932-ci ildə yaradılmış Yasamal rayonunun adı əvvələr Oktyabr rayonu adlanırdı.[20] Azərbaycan öz müstəqilliyinə qovuşandan sonra Azərbaycan Respublikası Ali Sovetinin 29 aprel 1992-ci il tarixli qərarına əsasən Oktyabr rayonun adı Yasamal rayonu adlandırılmışdır.[20] Bakı metropolitenin "Nizami", "Elmlər Akademiyası", "İnşaatçılar" və "20 Yanvar" metro stansiyaları rayon ərazisindədir.[21]

Yasamal rayonunda yerləşən mühüm məkanlardan Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Cəlil Məmmədquluzadənin ev-muzeyi, Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyiAzərbaycanfilm kinostudiyasını qeyd etmək olar.[22]

Qeydlər redaktə

  1. 10 dekabr 1932-ci il tarixinədək Qala-Maştağa rayonu adlanmışdır.
  2. Sumqayıt təşkil edilərkən Bakı şəhərinin rayonu kimi təşkil edilmişdir. 22 noyabr 1949-cu il tarixində isə respublika tabeli şəhərə çevrilmişdir.

İstinadlar redaktə

  1. "Arxivlənmiş surət". 2016-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-24.
  2. 2,0 2,1 "Bakı şəhəri və onun rayonları üzrə əhalinin sayı". 2020-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-02.
  3. "Arxivlənmiş surət". 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-24.
  4. 4,0 4,1 4,2 4,3 "Rayon haqqında". binegedi-ih.gov.az. 2017-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2017.
  5. 5,0 5,1 5,2 5,3 "Nizami rayonu". nizami-ih.gov.az. 2017-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2017.
  6. 6,0 6,1 6,2 6,3 6,4 6,5 6,6 6,7 6,8 "Rayon haqqında". narimanov-ih.gov.az. 2017-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2017.
  7. "BAKIDA HEYDƏR ƏLİYEV MƏRKƏZİNİN TƏMƏLİ QOYULUB". 2018-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 oktyabr 2019.
  8. 8,0 8,1 8,2 8,3 8,4 8,5 "Rayon haqqında". nesimi-ih.gov.az. 2017-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2017.
  9. 9,0 9,1 "Pirallahi rayonu: History". pirallahi-ih.gov.az. 2017-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2017.
  10. "Mədəniyyət". pirallahi-ih.gov.az. 2017-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2017.
  11. 11,0 11,1 11,2 11,3 11,4 11,5 "Qaradagh rayonu: History". qaradagh.gov.az. 2017-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2017.
  12. 12,0 12,1 12,2 12,3 12,4 "Tarixi". sabunchu-ih.gov.az. 2017-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2017.
  13. 13,0 13,1 13,2 13,3 "Tarixi". surakhani-ih.gov.az. 2017-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2017.
  14. 14,00 14,01 14,02 14,03 14,04 14,05 14,06 14,07 14,08 14,09 14,10 "Sabail rayonu". sabail-ih.gov.az. 2017-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2017.
  15. 15,0 15,1 15,2 "Sabail rayonu: Mədəniyyət". sabail-ih.gov.az. 2017-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2017.
  16. 16,0 16,1 16,2 16,3 16,4 "Khatai rayonu: History". khatai-ih.gov.az. 2017-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2017.
  17. "FEDERASİYA, İDMAN KOMPLEKSLƏRİ HAQQINDA MƏLUMAT". khatai-ih.gov.az. 2017-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2017.
  18. 18,0 18,1 18,2 18,3 "Khazar rayonu: History". xazar-ih.gov.az. 2017-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2017.
  19. 19,0 19,1 "Mədəniyyət". xazar-ih.gov.az. 2017-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2017.
  20. 20,0 20,1 "Yasamal rayonu: History". yasamal-ih.gov.az. 2017-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2017.
  21. "Rayon haqqında". yasamal-ih.gov.az. 2017-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2017.
  22. "Yasamal rayonu: Culture". yasamal-ih.gov.az. 2017-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2017.

Saytda 35 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023