Bakcell Haqqinda Melumat - Vikipedia

Bakcell Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Bakcell

Mobil rabitə operatoru

Bakcell — Azərbaycanda mobil rabitə xidmətlərini göstərən ilk şirkətdir. Şirkət müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərən şaxələnmiş şirkətlər qrupu olan NEQSOL Holding-ə daxildir.[1] Qrupun əsas fəaliyyət istiqamətlərinə neft və qaz, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələri daxildir.[2] Qrup daxilində şirkətlərin əməliyyatları və göstərdiyi xidmətlər Birləşmiş Krallıq, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Qazaxıstan və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələri əhatə edir.

"Bakcell" MMC
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi Mobil rabitə operatoru
Sənaye Mobil rabitə
Təsis tarixi mart 1994
Baş qərargahın yeri
bakcell.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Bakcell" şəbəkəsi 9 minə yaxın baza stansiya sayəsində Azərbaycan əhalisinin 99,9%-ni, ölkə ərazisinin isə 92,6%-ni əhatə edir.

Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun investorlarından biri olan Bakcell 3 milyondan artıq abunəçini telekommunikasiya xidmətləri (zəng və mobil internet) ilə təmin edir.

4G şəbəkəsi sayəsində, bu gün Azərbaycanın əksər şəhər və rayonlarında (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) yaşayan Bakcell abunəçiləri şirkətin təqdim etdiyi mobil internet xidmətlərindən yararlanmaq imkanına malikdirlər. Bakı metrosunda 4G internet xidmətlərini göstərən ilk mobil operatordur.

Tarixi redaktə

"Bakcell" şirkəti 1994-cü ildə təsis edilib və Azərbaycanda mobil rabitə xidmətləri göstərən ilk şirkətdir.[3]

Xronologiya redaktə

  • 1994 – şirkət təsis olunub və Analoq Tipli Sistem Operatoru (ETACS) kimi fəaliyyətə başlayıb.
  • 2009 – "Bakcell Stars" adlı Korporativ Sosial Məsuliyyət proqramına start verilib.
  • 2013 – "Ulduzum" loyallıq proqramı təqdim olunub.
  • 2015 – Azərbaycanda ilk dəfə olaraq 4G LTE texnologiyası əsasında kommersiya xidmətləri təqdim edilib.
  • 2018 – Ölkənin telekommunikasiya bazarında ilk dəfə olaraq ən innovativ və unikal müştəri xidməti aləti – "Mənim Bakcellim" applikasiyası təqdim olunub.
  • 2020 – Bakcell yeni "099" prefiksini istifadəyə verib.
  • 2022 – Bakcell şirkəti Azərbaycanda ilk dəfə olaraq VoLTE texnologiyasını istifadəyə verib.
  • 2022 – Bakcell Azərbaycanda ilk dəfə olaraq eSIM istifadəyə verdi.

Mükafatlar redaktə

  • 2010 – Uğur Mükafatı: “Ən tez inkişaf edən şirkət”.
  • 2012 – “Asiyanın ən Uğurlu İşəgötürən Brendi” nominasiyasında ”Asiyanın ən uğurlu işəgötürən şirkəti”.
  • 2015 – Bakcell şəbəkəsi 2015-ci ilin “Ən Yaxşı Mobil Şəbəkəsi” adına layiq görülüb və “Business Time” jurnalının təsis etdiyi “Azeri Business Award” Milli Mükafatı ilə təltif olunub.[4]
  • 2015 – AMCHAM tərəfindən 3 nominasiyada “CSR Excellence” mükafatına layiq görülüb.
  • 2017 – Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda “sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə” adına layiq görülüb (“Best in Test”).
  • 2019 – “Gənc sahibkarlara dəstək üzrə ilin layihəsi” nominasiyasında “Ən uğurlu KSM layihəsi” mükafatı alıb.
  • 2021 – Bakcell Qarabağ Dirçəliş Fondunun “Qızıl” İanə sertifikatı ilə təltif edilib.
  • 2018, 2019, 2021 və 2022-ci ildə Bakcell “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat Şirkətə “Speedtest” xidmətinə görə bütün dünyada tanınan “Ookla” şirkəti tərəfindən təqdim edilib.

İstinadlar redaktə

  1. "Bakcell eSIM istifadəyə verdi – Azərbaycanda ilk". 2022-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-08.
  2. ""Bakcell"dən Azərbaycanda növbəti İLK". 2022-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-08.
  3. "Bakcell Azərbaycanın ən sürətli mobil şəbəkəsidir". 2022-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-08.
  4. "Bakcell 5G". 5G nədir?. 2023-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-06.

Xarici keçidlər redaktə

Rəhbərlik redaktə

Şəxs Vəzifə
Klaus Müller Baş icraçı direktor (CEO)
Elçin Gülməmmədov Marketinq direktoru
Həmid İmanov Satış direktoru

Saytda 139 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024