Balık Bişməse rayonu Haqqinda Melumat - Vikipedia

Balık Bişməse rayonu Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Balık Bişməse rayonu

Balık Bişməse rayonu (tatar. Балык Бистәсе районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon respublikanın mərkəzində yerləşir. Kama çayının sağ sahilində yerləşir. Rayonun inzibati mərkəzi Balık Bişməse şəhər tipli qəsəbəsidir.

Balık Bişməse rayonu
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]

55°32′ şm. e. 50°20′ ş. u.


Ölkə
Tarixi və coğrafiyası
Yaradılıb 14 fevral 1927, 12 yanvar 1965
Ləğv edilib 4 yanvar 1963
Sahəsi
  • 2.052 km²
Əhalisi
Əhalisi
  • 25.052 nəf. (2019)[1]
Rəsmi sayt
Balık Bişməse rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiyası redaktə

Rayon Layiş, Pitrəç, Teləçe, Mamadış rayonları ilə, Kuybışev su anbarı boyunca isə Çistopol və Alekseyevsk rayonları ilə həmsərhəddir.

Tarixi redaktə

Rayon 14 fevral 1927-ci ildə qurulmuşdur. 1920-ci ilə qədər olan ərazi Layiş qəzasına, 1920-1927-ci illərdə Layiş kantonuna daxil idi. 26 mart 1959-cu ildə ləğv edilmiş Kzıl-Yulduz rayonu ərazisinin bir hissəsi (rayon mərkəzi Kutlu-Bukaş kəndində olmuşdur) Balık Bişməse rayonunun bir hissəsi olur. 4 yanvar 1963-cü ildə rayon ləğv edilir, ərazisinin bir hissəsi Mamadış rayonunun, bir hissəsi isə Pitrəç rayonunun tərkibinə keçir. 12 yanvar 1965-ci ildə Balık Bişməse rayonu yenidən qurulur.

Əhali redaktə

Urbanizasiya

Şəhər şəraitində (Balık Bişməs şəhəri) rayon əhalisinin 30,62% -i yaşayır.

Yerli özünü idarəetmə redaktə

Balık Bişməse rayonu ərazisinə 1 şəhər və 26 kənd inzibati vahidliyi daxildir. Rayon ərazisinə ümumilikdə 78 yaşayış məntəqəsi daxildir[2].

İqtisadiyyat redaktə

Ərazidə yazlıq buğda, qışlıq çovdar, arpa, yulaf, kartof becərilir. Heyvandarlığın əsas sahələri ətlik və südlük heyvandarlıq, qoyunçuluq, arıçılıqdır.

Tanınmış şəxsləri redaktə

Minulla Sunqatoviç Qizatulin (1925-1993) - Sovet İttifaqı Qəhrəmanı.

Alexandr Timofeeviç Serqeyev (1916-1979) - Sovet İttifaqı Qəhrəmanı.

Zakiy Şaymardanoviç Şaymardanov (1923-1967) - Sovet İttifaqı Qəhrəmanı.

Rüstəm Nurqaliyeviç Minnixanov - Tatarıstan Respublikasının ikinci prezidenti.

Fanis Sahibutdinoviç Musin – 10 sentyabr 1959-cu ildə, Kazan Vaxitovski rayon məhkəməsinin keçmiş sədri

Rinnat Qaleyeviç Nurullin (1954) - şair, Tatarıstan Respublikasının əməkdar ixtiraçısı, texnika elmləri namizədi.

Ravil Qabdraxmanoviç Fayzullin (1943) - şair və peşəkar yazıçı, Tatarıstanın xalq şairi, Rusiya Sovet Sosialist respublikasının əməkdar artisti, Q. Tukay adına Dövlət Mükafatı laureatı. M. Cəlil adına mükafatın sahibi.

Damir Hasanoviç Fəthutdinov (1923-1991) - geoloq, SSRİ Dövlət Mükafatı laureatı.

İstinadlar redaktə

  1. http://tatstat.gks.ru/wps/wcm/connect/rosstat_ts/tatstat/resources/64ec280049620f14a900ff3fbd401489/МОчисл2019.pdf.
  2. "Закон Республики Татарстан от 31 января 2005 года № 37-ЗРТ «Об установлении границ территорий и статусе муниципального образования "Рыбно-Слободский муниципальный район" и муниципальных образований в его составе»". 2016-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-16.

Saytda 245 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024