Balyand Haqqinda Melumat - Vikipedia

Balyand Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Balyand

Cəbrayıl rayonunda kənd

BalyandAzərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 21 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[1]

Balyand
39°28′07″ şm. e. 47°06′17″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 780 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Balyand xəritədə
Balyand
Balyand

Tarixi redaktə

Əhalinin sayına görə Cəbrayılın 4-cü böyük kəndinin tarixi XVII əsrə gedib çıxır. Kiçik Qafqazın cənub-şərq ətəklərində meşədə salınmış bu kəndin sakinləri yerli və Cənubi Azərbaycandan gələnlər olub. Əlverişli coğrafi mövqedə yerləşməsi sonradan bura köçən tayfaların sayının artmasına səbəb olub.

Toponimikası redaktə

Balyand oyk, sadə. Cəbrayıl r-nunun eyniadlı (keçmiş Qarakəlli) i.ə.v.- də kənd. Yerli əhalinin dilində bələn sözünün təhrif olunmuş formasıdır. Qozluçayın sağ sahilində, dağ ətəyində yerləşən kəndin adı "hündür yer, təpə" mənasını ifadə edir. Xalq etimologiyasına görə, əvvəllər burada balı yandıraraq alinan şəkərdən çay hazırlanarmış. Buradan da Balyand adı yaranmışdır. Başqa bir məlumata görə, kənd vaxtilə Cənubi Azərbaycanın Balyand kəndindən çıxmış ailələr tərəfindən salınmışdır. Cənubi Azərb.-da Baland adlı kənd mövcuddur.[2]

Əhalisi redaktə

Tanınmış şəxsləri redaktə

İqtisadiyyatı redaktə

Kənd əhalisi əsasən kənd təsərrüfatı ilə məşğul olub. Üzümçülük, taxılçılıq, baramaçılıq, heyvandarlıq əsas məşğuliyyət sahələri olub.

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə

Mənbə redaktə

İstinadlar redaktə

  1. "Cəbrayılın daha 5 kəndi işğaldan azad edildi". qafqazinfo.az (az.). 21 oktyabr 2020. 2020-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 oktyabr 2020.
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Saytda 107 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024