Bankə Haqqinda Melumat - Vikipedia

Bankə Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Bankə

Neftçala rayonunda qəsəbə

BankəAzərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində Bankə inzibati ərazi dairəsində şəhər tipli qəsəbə.

Bankə
39°24′50″ şm. e. 49°14′56″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Neftçala rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 7911 (2020) nəfər
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ 4713[1]
Bankə xəritədə
Bankə
Bankə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
H.Z.Tağıyev adına Bankə Balıq Kombinatının tarixi inzibati binası

Bankə özünəməxsus zəngin tarixi olan yaşayış məntəqəsi və keçmiş balıq sənaye mərkəzidir.

Kür çayının sol sahilində, Cənub-Şərqi Şirvan düzündədir.

Neftçalanın ən məşhur qəsəbəsi qara kürüsü ilə məşhurdur. Deyilənlərə görə, vaxtilə Bankə qəsəbəsindən xüsusi olaraq qablaşdırılmış kürülər özəl hədiyyə kimi Stalin, Tetçer, Qandi kimi dünya liderlərinə yollanıb.

Tarixi redaktə

Bankənin tarixi XIX əsrin I yarısından başlanır. XIX əsrdə qəsəbədə balıqçılığın inkişafına təkan verən amil yaxınlığındakı Tatar məhəllə kəndində əsası 1842-ci ildə qoyulan "Boji Promısel"-in yaranması olub.

1870-ci ildə Tiflisdə nəşr olunmuş “Cписки населенных мест Российской империи, 1859-1864 гг. Бакинская губерния, Тифлис, 1870” məcmuəsində Neftçalanın yaşayış məntəqələri haqqında verilmiş qeydlərə əsasən 1859-cu ildə Şimali Şərqi Bankədə (əvvəlki adı) 1 ev mövcud olub. Bu evin sakinləri də 12-si kişi, 7-si də qadın olmaqla, ümumilikdə 19 nəfər olub.[2]

XIX əsr rus mənbələri içərisində Nikolay Kalaşevin 1884-cü ildə yazdığı “Местечко Саляны Джеватского уезда» əsərində tarixi mənbələr içində Bankənin də adı çəkilir. Kalaşev yazır ki, Şimal-şərqi Bankənin sağ sahilində Qobu çalaNeft çala adlı istismar olunmayan duz gölləri var.[2]

1918-ci il soyqırımı zamanı Kür çayına daxil olan erməni hərbi birləşmələri Bankədən ... – Qaraqaşlıya qədər hərəkət etmişdilər... Aşağı Surra-Qarabucaq məğlubiyyətindən sonra Qafqaz İslam Ordusundan bura əlavə qüvvələr cəlb edildi. Avqustun əvvəlində Bankəni tərk edən türklər burada silahlı bir bölüyün saxlanılması məqsədəmüvafiq bilinmişdi. Türk-Azərbaycan hərbi birləşmələri Bankədəki döyüşdə 11 nəfər itki vermişdi.[2]

1935-ci ildən şəhər tipli qəsəbədir: I Mayak, Yenikənd, Qırmızı Şəfəq, Sübh, Uzunbabalı, Müşfiq, Nord-Ost Qoltuq, II Mayak kəndləri kimi ətrafdakı yaşayış məntəqələri Sovet dövründə Bankə İƏD-ə daxil olub.[2]

Neftçalalı tarix elmləri namizədi, etnoqraf Əlisəfa Məmmədov 1968-ci il iyun ayında bir qrup alimlə Bankə qəsəbəsindən 6–8 km aralı Nord-Ost Qoltuq kəndi yaxınlığında şirli qırmızı rəngli gil qablar, anqoblanmış bədii-saxsı məmulatının irili-xırdalı qırıqları aşkar etmişdir.[2]

Rus molokanlar 1990-cı illərə qədər Neftçala şəhərində, o cümlədən Bankədə və Qoltuqda, Kür dili adasında kompakt şəkildə yaşayırdılar.[2]

Toponimikası redaktə

border=none  Əsas məqalə: Bankə (coğrafiya)

Bankə suyun içərisində yüksək yer deməkdir. Eyni zamanda dənizin nisbətən dayaz yerlərinə də bankə deyirlər. Bu cür yerlər dənizdə gəmiçilik üçün çox təhlükəlidir. Vaxtilə qəsəbənin yerləşdiyi ərazi tamamilə su ilə əhatəli olub. Sonra dəniz tədricən geri çəkilməyə başlayıb. Su aşağıya endikcə torpaq sahə üzdə qalıb. Bankə Neftçalanın içində adaya bənzəyir.[3]

Bank/banka "sahil", "dayaz yer", "kicik boğaz" və ya dənizin dayaz yerlərindən ibarət olan sahəsi (Xəzər dənizində Kür bankəsi)[4] mənası bildirən Hind-Avropa mənşəli sözdür. Geniş Avrasiya arealında rast gəlinir. Bankə həmin sözün yerli tələffüzə uyğunlaşdırılmış variantıdır. 1933-cü ildə Banq-mədən variantında qeydə alınmışdır.[5]

Coğrafiyası və iqlimi redaktə

Bankə qəsəbəsinin iqlimi quru səhra və yarım səhra iqlimidir.Kür çayı və ona yaxın ərazilərdə geniş əkinçilik tarlaları və otlaqlar var. Xəzər dənizinə yaxın ərazilərin torpaqları şorandır.Ümumiyyətlə qəsəbə dəniz səviyyəsindən 26 və ya 28 metr aşağıdır. Burada yağış ildə 250–400 mm düşür. Qışı mülayim və çoxda soyuq olmur.

Əhalisi redaktə

Neftçala Rayon İcra Hakimiyyətinin məlumatlarına əsasan 2022-ci ildə Bankə qəsəbə əhalisinin sayı 7918 nəfər olmuşdur.[6]

1959[7] 1970[8] 1979[9] 1989[10] 2011
7260 6198 6398 6003 7300

İqtisadiyyatı redaktə

Bankə qəsəbəsində vaxtı ilə SSRİ dövründə fəaliyyət göstərən və o dövrün böyük kombinatlarından biri olan Bankə Balıq Kombinatı fəaliyyət göstərib. Kombinat hal-hazırda fəaliyyət göstərmir.

Əhali əsasən bağçılıq, heyvandarlıq və fərdi balıqçılıqla, qismən isə mikro sahibkarlıqla (ticarət) məşğul olur.

Din redaktə

Qəsəbədə "İmam Həsən" məscidi dini icması fəaliyyət göstərir.[11][12]

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
  2. 2,0 2,1 2,2 2,3 2,4 2,5 "Tarixi". 2022-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-22.
  3. "QARA KÜRÜ 17-ci ƏSRƏDƏK KASIB YEMƏYİ OLUB". musavat.com (Azerbaijani). 10 November 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 November 2014.
  4. Azərbaycan dilinin izahlı lüğəti, 1-ci cild, səh. 219. 2006; bankə[ölü keçid] sözü
  5. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
  6. "01 yanvar 2022-ci il tarixə Neftçala rayonun əhalisi haqqında məlumat". 2022-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-22.
  7. "Перепись-1959". 2012-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-19.
  8. "Перепись-1970". 2013-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-19.
  9. "Перепись-1979". 2013-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-19.
  10. "Перепись-1989". 2012-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-19.
  11. MÜSƏLMAN DİNİ İCMALAR - 2016-cı ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-21 at the Wayback Machine. scwra.gov.az  (az.)
  12. "İcra Hakimiyyəti məscidin tikintisinə mane olur? - AÇIQLAMA". 2023-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-22.

Həmçinin oxu redaktə

Xarici keçidlər redaktə


Saytda 52 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023