Barxan Haqqinda Melumat - Vikipedia

Barxan Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Barxan — səhralarda küləyin təsiri altında sovrulan qum təpəsi.

Barxanlar

Haqqında redaktə

Barxan təpəsi planda oraq və ya nal şəklində göstərilir. Küləktutan yamacı az meyilli, küləktutmayan yamacı isə dik və qısa olur. Barxan küləyin rejimindən asılı olaraq tirə, təpə formasında olur və öz yerini dəyişir. Böyük Səhrada, Liviya və Nubiya səhralarında hündürlüyü 100 metrdən çox olan barxanlar var.[1]

Ədəbiyyata gətirilməsi redaktə

Barxan, adını aldığı Türküstan kimi daxili hissələrdəki açıq çöl rayonlarının səciyyəvi xüsusiyyətini təşkil edir. Bu sözü 1881-ci ildə Rus təbiətşünas Alexander von Middendorun elmi ədəbiyyata gətirdiyi qəbul edilir.[2]

Barxan ehramlar redaktə

Barxan ehramlar piramidal dyunlar, ulduzvari dyunlardır. Piramidal formalı qum yığınları. Barxan ehramları sadə-bir mərkəzdə birləşən eyni ölçülü, dik yamaclı tirələrdən və kompleks (mürəkkəb) — bir neçə zirvəsi olan, bir çox müxtəlif ölçülü tirələrdən ibarət formaları olur. Yüksəkliyi 300 m-dək, eni 3 km-ə qədər çatır.[3]

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. Məktəblinin coğrafiya lüğəti. Bakı,2006.
  2. Britannika Ensiklopediyası
  3. Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı, "Elm", 2012. s.26.  (az.)

Saytda 83 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024