Basketbol meydançası Haqqinda Melumat - Vikipedia

Basketbol meydançası Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Basketbol meydançası

Basketbol meydançası — basketbol oynamaq üçün düzbucaqlı formada, səthi hamar və bərk olan sahə. FİBA-nın rəsmi oyunları üçün meydançanın ölçüləri 28 metr uzunluğuna, 15 metr enində olmalıdır. Digər yarışlarda meydança ölçüləri azı 28х15 metr olmalıdır[1].

Basketbol meydançası.

Meydança tavanının hündürlüyü ən azı 7 metr olmalıdır. Meydança səthi hər tərəfdən və yetərincə işıqlandırılmalı. İşıq mənbəyi elə yerləşməlidir ki, o oyunçuların görməsinə mane olmamalı. 1960-cı illərə qədər rəsmi oyunlar həm açıq, həm də, qapalı idman zallarında keçirilirdi. 1968-ci ildən bütün rəsmi oyunlar qapalı idman zallarında keçirilir.

Quruluşu redaktə

Mərkəzi dairə redaktə

Mərkəzi dairə meydançanın mərkəzində yerləşir və radiusu 1,80 metrdir.

Mərkəzi xətt redaktə

Mərkəzi xətt arxa xətlərə paralel çəkilir və hər iki yan xəttdən 15 sm çıxmalıdır.

Meydança sərhəddi xətləri redaktə

Meydançanın uzunluğu istiqamətində çəkilən sərhəd xətti yan xətt, eninə istiqamətdə çəkilmiş sərhəd xətti isə arxa xətt adlandırılır.

Üçxallıq xətt redaktə

Rəqib səbəti yaxınlığındakı ərazidən başqa meydançanın ərazisi üçxallıq zona hesab olunur. Üçxallıq zona ikixallıq zonadan yarım çevrə formasında çəkilmiş xətlə ayrılır. Çəkilmiş bu yarım dairənin radiusu 6,75 metrdir (1 oktyabr 2011-ci ildən).

Cərimə atışı xətti redaktə

Cərimə atışı xəttinin uzunluğu 3,60 metr olur. O arxa xətlərdən 5,80 metr məsafədən çəkilir.


İstinadlar redaktə

  1. "The FIBA Central Board approves historic rule changes" (Press-reliz). FIBA. 2008-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-07. (ing.)

Xarici keçidlər redaktə


Saytda 129 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024