Bayatılar Haqqinda Melumat - Vikipedia

Bayatılar Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Bayatılar — musiqisi Eldar Mansurov tərəfindən 1988-ci ildə yazılmış, sözləri Vahid Əzizin olan mahnıdır. Vahid Əzizin bu şeiri 1985-ci ildə "Əllərimin kölgəsi" kitabında çap olunub. Şair Vahid Əziz bəstəkar Eldar Mansurovun xahişi ilə şeirə mahnı üçün yeni bənd əlavə edib. Mahnı ilk dəfə 1989-cu ildə Brilliant Dadaşova tərəfindən ifa edilərək lentə alınmışdır.

Mahnı
Bayatılar
İfaçı Brilliant Dadaşova
Yayımlanıb 1989
Janr pop
Dil Azərbaycan dili
Müddət 05:33
Bəstəkar Eldar Mansurov
Sözlərin müəllifi Vahid Əziz
Videoklip
 Bayatılar

Digər versiyaları redaktə

Mahnı Brilliant Dadaşovadan sonra dünyanın bir çox dillərində və ən müxtəlif ölkələrdən olan ifaçılar tərəfindən müxtəlif adlarla ifa edilmişdir. Həmin ifaçılar (Aşqabad qrupu istisna olmaqla) mahnının musiqisini saxlasalar da adını və sözlərini dəyişərək ifa etmişlər. Azərbaycanda isə bu mahnını müxtəlif illərdə müğənnilərdən İlqar Muradov (1989) və Faiq Ağayev (1996), skripkada isə Natiq Nuriyev (1989) və Kazbek Əliyev (1995) ifa ediblər.

Mahnının ifaçılarından bəziləri:

  1. Azərbaycan  Brilliant Dadaşova – "Bayatılar" – 1989-2008
  2. Türkmənistan  Aşqabad qrupu – "Bayatılar" – 1990
  3. Rusiya  Reno – "Zdrastvuy" – 1990
  4. Türkiyə  Sezen Aksu – "Zalim" 1995
  5. Türkiyə  Levent Yüksel – "Zalim" – 1995
  6. Yunanıstan  Petros Dourdoumpakis – "Taxidiariko Pouli" – 1995
  7. Yunanıstan  Dimitra Galani – "Oses Foties" – 1997
  8. Almaniya  Grinsteins Mischpoche – "Bayatı" – 2002
  9. Braziliya  Mônica Salmaso – "Bayatı" – 2003
  10. Yunanıstan  Vasilis Lekkas – "Taxidiariko Pouli" – 2003
  11. Yunanıstan  Keti Garbi – "Esena Mono" – 2003-2005
  12. Bosniya və Herseqovina  Dino Merlin – "Subota" – 2004
  13. Türkiyə  Seray Sever – "İçim yanıyor" – 2005
  14. Türkiyə  Dilek Budak – "Adını Yıldızlara" – 2006
  15. Özbəkistan  Ziyoda – "Yollarim" – 2006
  16. Türkmənistan  Lachyn Mammedowa – "Yalnyz yuregim" – 2006
  17. Azərbaycan  Aygün Kazımova – "Bayatılar" – 2006
  18. Türkiyə  Hüseyin Karadayı və DJ. Funky – "Miracles" – 2006
  19. Yunanıstan  DJ Pantelis– "I Have A Dream" – 2006
  20. Monteneqro  Srecko Savovic – "Godina Nova" – 2007
  21. Türkiyə  Çalar Saat – "Zalim" – 2007
  22. İran  Milad və Mohammad – "Are Faghat To" – 2008
  23. Rumıniya  Edvard Maya – "Stereo Love" – 2009
  24. Kanada  Mia Martina – "Stereo Love" – 2010
  25. İsveç  PJ feat Velvet – "Stereo Love" – 2010
  26. Xorvatiya  İvan Zak – "Dečko sa Balkana" (Stereo Love) – 2010
  27. İtaliya  Cantodiscanto – "Bayatı" – 2009
  28. İngiltərə  The Guzek Trio – "Bayatı" – 2010
  29. Braziliya  Benjamim Taubkin – "Bayaty" – 2010
  30. Türkiyə  Saltanath qrupu– "Zalim" – 2012
  31. Türkiyə  Aydan Kaya – "Zalim" – 2012
  32. Yunanıstan  Matthaios Tsahouridis – "Zalim / Bayatilar" – 2012
  33. İsrail  Babbe Rabbe – "Bayatilar" – 2013
  34. Türkiyə  Bengü – "Zalim" – 2013
  35. Rusiya  Dobranotch qrupu – "Bayatılar" – 2014
  36. İtaliya  Abash Energia Mediterranea – "Bayatı" – 2014
  37. İsveç  Flat Earth – "Syanide" – 2018
  38. İsrail  Mark Eliyahu – "Alegria" – 2019
  39. Almaniya  Drenchill – "Never, never" – 2019
  40. Almaniya  Why So Sad – "Out Of Time" – 2019
  41. Türkiyə  Bergüzar Korel – "Zalim" – 2020
  42. Türkiyə  Tuğba Yurt – "Zalim" – 2021

Sözlər redaktə

Ürəyimdə ayaz var,
Nə qış gedib, nə yaz var.
Oyatma bənövşəni,
Kol dibində ayaz var.

Kədərli baxmayaydın,
Göz yaşım axmayaydı.
Yad baxmağı bir yana,
Yar yada baxmayaydı.

Bu dünya çətin qala,
Yolları çətin qala.
Yaxşı yarı yazda gəz,
Payıza çətin qala.

Qalanın daşı oldum,
Gözümün yaşı oldun.
Dünyada gün görmədim,
Sevəndə naşı oldum.

Yanımda qal bir az da,
Göz yaşı var arazda.
Yar yuxusun danışıb,
Şəkli qalıb arazda.

Yenə də axşam oldu,
Gün keçdi, axşam oldu.
Gecələr mən alışdım,
Əriyən şam oldu.

Xarici keçidlər redaktə

Həmçinin bax redaktə


Saytda 225 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024