Bazardüzü Haqqinda Melumat - Vikipedia

Bazardüzü Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Bazardüzü zirvəsi — Baş Qafqaz silsiləsində, Azərbaycan Respublikası ilə Dağıstan sərhədində dağ. Ən yüksək zirvəsi 4466 metrdir. Azərbaycanın ən yüksək zirvəsidir və Qəbələ rayonu ərazisində yerləşir.

Bazardüzü
Ümumi məlumatlar
Dağ silsiləsi Baş Qafqaz silsiləsi
Mütləq hündürlüyü 4466 m
Nisbi hündürlüyü 2.454 m[1]
İlk fəthi A. Aleksandrov, 1847
Yerləşməsi
41°13′16″ şm. e. 47°51′29″ ş. u.
Ölkələr
Rayon
Bazardüzü xəritədə
Bazardüzü
Bazardüzü
Bazardüzü xəritədə
Bazardüzü
Bazardüzü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bazardüzü.

Haqqında redaktə

Böyük Qafqaz dağlarının Baş Qafqaz silsiləsində, Rusiya Federasiyası ilə sərhəddə, Qusar rayonu ərazisində yerləşir. Rusiya Federasiyasının ən cənub nöqtəsidir. Üç zirvədən ibarətdir. Türyan və Qusar çayları buradan başlanır. Dağ öz adını ətəyində yerləşmiş və keçmişdə maldar ellərin yaylağı olmuş Şahnabadçay dərəsində yerləşən Bazardüzü adlı düzənin adından almışdır. Etnotoponim hesab olunur.

Zirvə yürüşləri üçün marşrutlar redaktə

Kuruş aşırımının şimal-qərb silsiləsi ilə yürüş. redaktə

1B çətinlik dərəcəsində, buzlu-qarlı yolla gedilən marşrutdur. Marşrutu reallaşdıran 1847-ci ildə А. Aleksandrov olub.[2]

Maşrutun qısa təsviri

Bazardüzü 
Kuruş aşırımının şimal-qərb silsiləsi ilə yürüş

Kuzun kəndindən torpaq yol ilə Laza kəndinə qədər təxminən 7 km-dir. Əvvəlcə Laza kəndindən daha yaxşı cığırla Qusarçayın sol sahili ilə, ardınca da Şahnabadçay boynuca irəliləyərək Şahyaylağına çatmaq, Şahnabadçayı körpü ilə keçmək, Körpüdən Kuzun kəndinə qədər getmək lazımdır. Sərf edilən müddət 9–12 saatdır. Daha sonra Şahnabadçayın sağ tərəfi ilə hərəkət istiqamətində yuxarıya doğru irəliləmək, körpüdən 2 saat aralıqda yerləşən iki çayın birləşdiyi geniş çəmənlik sahəyə — Yatuxdərə massivinə qədər çatmaq lazımdır. Daha sonra hərəkət istiqamətində sağ tərəflə, çayın Kuruş aşırımından töküldüyü yerə qədər yuxarıya doğru hərəkət edilir. Çayın digər tərəfinə keçməklə Bazardüzü ilə Yarudağ massivi arasındakı aşağı nöqtəyə çatmaq (əlavə oriyentir qara şistli qayalardır) lazımdır. Çayların birləşdiyi yerdən Kuruş (Qaranlıq) aşırımına qədər 30–40 dəqiqədir. Daha sonra Kuruş aşırımından daş yığını olan yerlə Bazardüzünün Şimal-şərq silsiləsinə çıxılır. Geniş dağlı silsilə ilə hərəkət edərək Şərqi Bazardüzünün yüksəkliyinə qədər düşərgədən 3–5 saatlıq yoldur. Burada sığortalanmaq lazımdır. Şərqi Bazardüzü zirvəsinə silsilə ilə, yaxud da yamacla qövs üzrə travers etməklə çıxmaq mümkündür: sola-yuxarı-sağa (sığorta!). Daha sonra aşağı dar yerə enmək və zirvənin buz gümbəzinə çıxmaq (qramponların olması mütləqdir!). Buz gümbəzlə zirvəyə çıxmaq. (dəhliz!) Şərqi zirvədən 2 saatdır. Zirvədən 30 metr aralıda buz gümbəz üzərində nəzarət turları və çıxışda isə şistlər var.

Çıxdığımız yolla da enirik. 4–6 saat çəkir.[2]

Cənub silsilə ilə yürüş. redaktə

Kombinəedilmiş,1B çətinlik dərəcəsində maşrutdur. Bu yürüşə Elman Mübariz oğlu Rəhimov rəhbərlik etmişdir. Yürüş 1993-cü il avqust ayının 29-da reallaşdırlıb.

Bazardüzü −1 
Cənub silsilə ilə yürüş

 Maşrutun qısa təsviri

Kuzun kəndindən torpaq yol ilə Laza kəndinə qədər təxminən 7 km yol qət edilir. Laza kəndindən daha yaxşı cığırla Qusarçayın sol sahili ilə, ardınca da Şahnabadçay boyunca irəliləyərək Şahyaylağına çatmaq, daha sonra Şahnabadçayı körpü ilə keçmək lazımdır.

Körpüdən Kuzun kəndinə qədər 9–12 saatdır. Daha sonra yuxarıya doğru Şahnabadçayın sağ tərəfi ilə axın istiqamətində hərəkət edilir. Çayın Kuruş aşırımından töküldüyü yerə qədər yuxarıya doğru, daha sonra isə Yatuxdərə çayının sağ tərəfi ilə axın istiqamətində yuxarıya doğru hərəkət edilir. Yatux aşırımına çatmamış 200–300 metr otluq sahə ilə irəliləmək, qayalıq təpələrə çatmamış əlverişli düşərgə yerləri var. Körpüdən düşərgə yerinə qədər 6–8 saatdır. Yatuxdərənin yuxarı hissəsində sol tərəf keçmək üçün mümkün keçid var. (çayı qar yığın ilə keçmək üçün). Yatuxdərə aşırmınıdan körpüyə qədər əlverişli cığır var. Düşərgədən yuxarıya doğru çayın sağ tərəfi ilə kluarın başlanğıcına qədər Cənub sirkə aparan yol var. Qar yığın olan yerlə çayı keçmək lazımdır.

Maşrutun başlanğıcı

Düşərgə yerindən 30–40 dəqiqədir. Cənub silsiləninin xırda daş yığın olan yamacı ilə qalxmaq, ardınca yuxarıya doğru silsilənin sol tərəfi ilə getmək (yamacın meylliyi təxminən 15°-dir, məsafə isə təxminən 400 m), daha sonra güclü şəkildə dağıntıya məruz qalmış qayalarla (yamacın meylliyi təxminən 30–35°, məsafə isə təxminən 150 m) hərəkət etmək lazımdır. Daha sonra Cənub silsilənin xırda daş yığını olan hissəsi ilə bir qayalıq adadan digərinə qədər gedilir. Təxminən 2000 metr. (meyllik isə təxminən 25°). Silsilənin yuxarı hissəsindəki qaya ilə Cənub-qərb sirkinin yuxarısına çıxmaq. Burdan isə Bazardüzü zirvəsinin təpə nöqtəsinə çatmaq. (300 m, meyllik isə təxminən 25°) Zirvəyə çıxmaq.

Çıxdığımız yolla da enirik.[2]

Cənub Qərbi sirkdən yürüş. redaktə

2A çətinlik dərəcəsində, buzlu-qarlı yolla gedilən marşrutdur.

Maşrutun qısa təsviri

Kuzun kəndindən torpaq yol ilə Laza kəndinə qədər təxminən 7 km-dir. Laza kəndindən daha yaxşı cığırla Qusarçayın sol sahili ilə, ardınca da Şahnabadçay boyunca irəliləyərək Şahyaylağına çatmaq, Şahnabadçayı körpü ilə keçmək, Körpüdən Kuzun kəndinə qədər 9–12 saatdır. Daha sonra yuxarıya doğru Şahnabadçayın sağ tərəfi ilə axın istiqamətində irəliləmək, çayın Kuruş aşırımından töküldüyü yerə qədər yuxarıya doğru hərəkət edilir. Daha sonra Yatuxdərə çayının sağ tərəfi ilə axın istiqamətində yuxarıya doğru hərəkət edilir. Yatux aşırımına çatmamış 200–300 metr otluq sahə ilə irəliləmək, qayalıq təpələrə çatmamış əlverişli düşərgə yerləri var. Körpüdən düşərgə yerinə qədər 6–8 saatdır. Yatuxdərənin yuxarı hissəsində sol tərəf keçmək üçün mümkün keçid var. (çayı qar yığın ilə keçmək üçün). Yatuxdərə aşırmınıdan körpüyə qədər əlverişli cığır var. Düşərgə yerindən hərəkət istiqamətində qayalıq təpələri sağa doğru keçmək lazımdır. Daha sonra çay üzərindəki qarlı-buzlu körpünü keçmək, çayın sağ tərəfi ilə irəliləmək, uzaqdan görünən Bazardüzü sirki istiqamətində hərəkət etmək. Buzlaq dilinə yaxınlaşmaq, düşərgə yerindən 60–80 dəqiqəlik yoldur.[2]

 Maşrutun başlanğıcı

Daha sonra buzlağın dili ilə 160 metr 2-ci çətinlik dərəcəsində irəliləyərək 35°meyllikdə sirkə çıxmaq lazımdır. Sirklə gediş üzrə hərəkət istiqamətində silsilənin sağa doğru ayrılan və aydın görünən qara qolu ilə getmək, 500 m 15° meyllikdə, 1-ci çətinlik dərəcəsindədir. Hərəkət istiqamətində sola doğru keçərək, silsilənin qolu ilə yuxarıya doğru 1200 metr, 25° meylliklə 2-ci çətinlik dərəcəsində buzlaqla getmək lazımdır. (Marşrutun yuxarı hissəsində bəzi yerlərdə daş yığın olan yamaca çıxış) Bazardüzünün əsas zirvəsinin gümbəz hissəsinə çıxmaq, Gümbəz hissədən zirvəyə 300 m, 25° meyllikdə 1-ci çətinlik dərəcəsində qarla getmək tələb olunur.

Çıxdığımız yolla da enirik.[2]

Bazardüzünün Şimal-Şərq sirkindən və Şərq silsiləsi ilə yürüş. redaktə

 
Bazardüzü, Cənub 3860 m, Şimal-Şərqi sirkindən və Şərq silsiləsi ilə

1B çətinlik dərəcəsində, qayalıqla gedilən marşrutdur.

Maşrutun qısa təsviri

Xınalıq kəndindən torpaq yol ilə Xınalıq aşırımına qədər 2–4 saatdır. Daha sonra Şahnabad vadisinə eniş edilir. Ardınca Şahnabadçay boyunca hərəkət istiqaməti üzrə sol tərəflə Yatuxdərə çayına qədər irəliləmək, Yatuxdərə çayının sağ sahili ilə irəliləmək lazımdır. Daha sonra gediş üzrə çayın sağ tərəfi ilə hərəkət etmək lazımdır. Yatuxdərə çayının yuxarı hissəsində çayı qar yığını olan yer ilə keçmək və hərəkət istiqamətində sol tərəflə irəliləyərək aşırımın aşağısındakı düşərgə yerinə, Bazaryurd zirvəsinin Şimal-Qərb silsiləsinin başlanğıcına çatmaq. Aşırımdan düşərgə yerinə qədər 8–12 saatdır. Düşərgə yerindən qayalıq təpədən sağa tərəf hərəkət istiqaməti üzrə irəliləmək. Cənubi Bazardüzünün Şimal Şərqi sirkinə daxil olmaq. Daha sonra Şərq silsiləsində enişə tərəf 300 metr 25–35 dərəcə meylliklə I çətinlik dərəcəsində hərəkət etmək. Silsiləyə Çıxış. Silsilə ilə 10–30° meyllikdə I çətinlik dərəcəsi ilə 500–600 m hərəkət etmək. Zirvəyə çıxış. Çıxdığımız yolla da enirik.[2]

Şimal-Şərqi sirkin kluarı ilə yürüş. redaktə

Şimal-Şərqi sirkin kluarı ilə Bazardüzünə yürüş 
Şimal-Şərqi sirkin kluarı ilə Bazardüzünə yürüş

1B çətinlik dərəcəsində kombinəedilmiş marşrutdur.

Maşrutun qısa təsviri

Xınalıq kəndindən torpaq yol ilə Xınalıq aşırımına qədər (2–4 saatdır.) Daha sonra Şahnabad vadisinə eniş. Ardınca Şahnabadçay boyunca hərəkət istiqaməti üzrə sol tərəflə Yatuxdərə çayına qədər irəliləmək, Yatuxdərə çayının sağ sahili ilə irəliləmək. Daha sonra gediş üzrə çayın sağ tərəfi ilə hərəkət etmək. Yatuxdərə çayının yuxarı hissəsində çayı qar yığını olan yer ilə keçmək və hərəkət istiqamətində sol tərəflə irəliləyərək aşırımın aşağısındakı düşərgə yerinə, Bazaryurd zirvəsinin Şimal Qərb silsiləsinin başlanğıcına çatmaq. Aşırımdan düşərgə yerinə qədər 8–12 saatdır.

Düşərgə yerindən qayalıq təpədən sağa tərəf hərəkət istiqaməti üzrə irəliləmək. Bazardüzünün Şimal-Şərqi sirkindən Cənubi Şərq sirkinə daxil olaraq yaxşı görünən qarlı kluarla hərəkət etmək. İri daş yığın olan kluarla 100 metr 35° dərəcə meylliklə I çətinlik dərəcəsində getmək. Daha sonra kluar ilə 160 m 35–40 dərəcə meylliklə II çətinlik dərəcəsində qarla gedərək silsiləyə çıxmaq. Geniş daşlı silsilə ilə 100 metr 10–20° I çətinlik dərəcəsində irəliləyərək zirvəyə çıxmaq. Düşərgədən 3–4 saatdır. Zirvədən Şərq silsiləsi dar hissəsinə enmək və oradan da sirkə enmək lazımdır.[2]

Azərbaycan tərəfdən qışda ilk dəfə cənubu -Şərq marşrutu ilə 7 – 8 fevral 2017-ci ildə İsgəndərov Babək Ağabala oğlu(Orabanlı) solo (tək) dırmanmışdır.

İstinadlar redaktə

  1. https://www.peakbagger.com/peak.aspx?pid=10428.
  2. 1 2 3 4 5 6 7 "Маршруты на вершину Базардюзи (Восточный Кавказ), 4466 м". 2009-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-07.

Xarici keçidlər redaktə

Həmçinin bax redaktə


Saytda 129 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024