Belçika qadın milli voleybol komandası Haqqinda Melumat - Vikipedia

Belçika qadın milli voleybol komandası Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Belçika qadın milli voleybol komandası

Belçika
Reytinqdə sırası 22 (2014 yanvar ayı üçün)[1]
Konfederasiya CEV
Federasiya FRBV
Məşqçi Belçika Gert Vande Broek
İnternet Saytı Belçika Voleybol Federasiyası Arxivləşdirilib 2011-03-04 at the Wayback Machine
Olimpiya oyunları
İştirakı -
Ən yaxşı nəticəsi -
Dünya çempionatı
İştirakı 2 dəfə (debütü 1956-cı il)
Ən yaxşı nəticəsi 12-ci yer : 1956
Avropa çempionatı
İştirakı 7 dəfə (debütü 1967-ci il)
Ən yaxşı nəticəsi 3-cü yer : 2013

Belçika qadın milli voleybol komandası — son illərdə dünya voleybolunda formalaşan ən güclü komandalardan sonuncusu hesab olunur. Belə ki, bu milli 2013-cü ildəki möhtəşəm yüksəlişi sayəsində kəşf edilmişdir.

Tarixi redaktə

Belçika millisi 1956-cı ildə ilk dəfə olaraq mundiala vəsiqə qazanmışdır. Həmin turnirdə on üçüncü yeri tutan milli doqquz il sonra da Avropa çempionatına vəsiqə qazanmış, bu turnirdə də ilk onluqda yer tuta bilməmişdir.

Milli komandanın 2013-cü ilə qədər hər hansı böyük bir uğuru olmamışdır. Bu ildə keçirilən Avropa çempionatında göstərilən möhtəşəm oyun və qazanılan bürünc medal voleybol mediasını çaşbaş salmışdır. Həmin turnirdə milli ilk olaraq İtaliya, Fransa və otuz üç il sonra bu turnirə qatılan İsveçrə ilə bir qrupa düşmüşdü.[2] Qrupda hər üç milli komandanı məğlub edən Belçikanın uğuru çoxları tərəfindən təsadüf sayılırdı. Ancaq komanda bunun süpriz olmamasını növbəti turlarda bütün voleybolsevərlərə nümayiş etdirdi. Onlar pley-offda da Fransanı 3–2 yenərək yarımfinala yüksəlmişdi. Bu mərhələyə qədər böyük sensassiyaya imza atan Belçika qadın millisin yolunu təşkilatçı ölkələrdən Almaniya kəsdi. Bu matçda 2–0 öndə olmasına rəğmən 3–2 uduzan millinin üçüncülük matçındakı rəqibi digər yarımfinal görüşünün məğlubu Serbiya oldu. Həmin görüşdə da qalib gələn Belçika milli voleybol komandası tarixinin ən böyük uğuruna imza ataraq bürünc medalllara yiyələndi.[3]

Avropa çempionatından öncə isə 2013-cü ilin iyununda milli komanda başqa bir uğura da imza atmışdı. Komanda bu zaman mini turnirlərin ən önəmlilərindən sayılan Avropa Liqasında iştirak etmişdi. Qruplarda qazandığı 29 xalla birinci yeri tutan Belçika yarımfinala yüksəlmişdi. Bu mərhələdə Rumıniya millisinə heç bir set verməyərək adını finala yazdırmışdı. Finalda daha sonra Avropa çempionatında da qarşısını kəsəcək Almaniya millisinə uduzan Belçika Avropa miqyaslı tunirlərdə ilk medalını qazanmışdı. Həmin vaxt turnirin Ən Dəyərli Oyunçusu da məhz Belçika komandasının kapitanı Çarlotte Leys olmuşdu.[4]

Millinin 2014-cü ilin ilk yarısı üçün ən sonuncu uğuru isə 36 il sonra dünya çempionatının final mərhələsinə vəsiqə qazanması idi. Bu turnirin seçmə mərhələsinin K qrupunda Polşa kimi nəhəng voleybol ölkəsi sayılan, 2009 Avropa çempionatının qalibi olan bir millini geridə qoyaraq mundialın final mərhələsindən kənarda qoymuşdu. Həmin turnirin final mərhələsinin püşkatmasına əsasən Belçika millimizlə eyni qrupa düşmüşdü.[5]

Heyəti redaktə

2013-cü il Avropa çempionatı üçün rəsmi heyət[6]

  • Baş məşqçi : Belçika  Gert Vande Broek
Nömrə Oyunçunun adı Mövqeyi Çıxış etdiyi klub
1 Nina Kulman Hücumçu Belçika  Asterix Kieldrext
2 Britt Ruysschaert Libero Belçika  Asterix Kieldrext
3 Frauke Dirickx Toppaylayıcı Polşa  Dabrova Gornicza
4 Valeri Kurtua Libero Belçika  Oudegem
5 Laura Heyrman Blokçu Almaniya  Dresdner
6 Çarlotte Leys   Hücumçu Polşa  Dabrova Gornicza
9 Freya Aelbrecht Blokçu Fransa  Kann
10 Lise Van Hecke Diaqonal İtaliya  Tiboni Urbino
11 Els Vandestini Hücumçu Almaniya  Amburgo
12 Angie Bland Blokçu Almaniya  Alemannia
14 Helene Rousseaux Hücumçu Polşa  Muszinianka
16 Casmin Biebauv Toppaylayıcı Belçika  Oudegem
17 İlka Van de Vyver Toppaylayıcı Fransa  Kann
19 Lore Gillis Diaqonal Belçika  Oudegem

Əsas turnirlərdə qazandığı nəticələr redaktə

Dünya Çempionatı redaktə

İl Təşkilatçı ölkə Nəticəsi
1952 SSRİ  SSRİ təsnifat keçilmədi
1956 Fransa  Fransa 13-cü
yer
1960 Braziliya  Braziliya təsnifat keçilmədi
1962 SSRİ  SSRİ təsnifat keçilmədi
1967 Yaponiya  Yaponiya təsnifat keçilmədi
1970 Bolqarıstan  Bolqarıstan təsnifat keçilmədi
1974 Meksika  Meksika təsnifat keçilmədi
1978 SSRİ  SSRİ 22-ci
yer
1982 Peru  Peru təsnifat keçilmədi
1986 Çexoslovakiya  Çexoslovakiya təsnifat keçilmədi
1990 Çin  ÇXR təsnifat keçilmədi
1994 Braziliya  Braziliya təsnifat keçilmədi
1998 Yaponiya  Yaponiya təsnifat keçilmədi
2002 Almaniya  Almaniya təsnifat keçilmədi
2006 Yaponiya  Yaponiya təsnifat keçilmədi
2010 Yaponiya  Yaponiya təsnifat keçilmədi
2014 İtaliya  İtaliya təsnifat keçilmədi

Avropa Çempionatı redaktə

İl Təşkilatçı ölkə Nəticəsi
1949 Çexoslovakiya  Çexoslovakiya təsnifat keçilmədi
1950 Bolqarıstan  Bolqarıstan təsnifat keçilmədi
1951 Fransa  Fransa təsnifat keçilmədi
1955 Rumıniya  Rumıniya təsnifat keçilmədi
1958 Çexoslovakiya  Çexoslovakiya təsnifat keçilmədi
1963 Rumıniya  Rumıniya təsnifat keçilmədi
1967 Türkiyə  Türkiyə 14-cü
yer
1971 İtaliya  İtaliya təsnifat keçilmədi
1975 Yuqoslaviya  Yuqoslaviya 12-ci
yer
1977 Finlandiya  Finlandiya təsnifat keçilmədi
1979 Fransa  Fransa 12-ci
yer
1981 Bolqarıstan  Bolqarıstan təsnifat keçilmədi
1983 Şərqi Almaniya  Şərqi Almaniya təsnifat keçilmədi
1985 Niderland  Niderland təsnifat keçilmədi
1987 Belçika  Belçika təsnifat keçilmədi
1989 Almaniya  Almaniya təsnifat keçilmədi
1991 İtaliya  İtaliya təsnifat keçilmədi
1993 Çexiya  Çexiya təsnifat keçilmədi
1995 Niderland  Niderland təsnifat keçilmədi
1997 Çexiya  Çexiya təsnifat keçilmədi
1999 İtaliya  İtaliya təsnifat keçilmədi
2001 Bolqarıstan  Bolqarıstan təsnifat keçilmədi
2003 Türkiyə  Türkiyə təsnifat keçilmədi
2005 Xorvatiya  Xorvatiya təsnifat keçilmədi
2007 Belçika  Belçika/Lüksemburq  Lüksemburq 7-ci
yer
2009 Polşa  Polşa 11-ci
yer
2011 Serbiya  Serbiya/İtaliya  İtaliya təsnifat keçilmədi
2013 Almaniya  Almaniya/İsveçrə  İsveçrə  
Bürünc medal

Digər turnirlərdə qazandığı nəticələr redaktə

Avropa Liqası redaktə

İl Təşkilatçı şəhər Nəticəsi
2009 Türkiyə  Kayseri dəvət göndərilmədi
2010 Türkiyə  Ankara dəvət göndərilmədi
2011 Türkiyə  İstanbul dəvət göndərilmədi
2012 Çexiya  Karlovı Varı dəvət göndərilmədi
2013 Bolqarıstan  Varna  
Gümüş medal

İstinadlar redaktə

Xarici keçidlər redaktə


Saytda 148 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024