Belarus etirazları (2020) Haqqinda Melumat - Vikipedia

Belarus etirazları (2020) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Belarus etirazları (2020)

2020-ci il Belarus etirazları — 2020-ci il mayın 20-dən başlayan, avqustun 8-dən isə geniş vüsət alan etirazlar.[1]

2020-ci il Belarus etirazları
Tarix 9 avqust—
Yeri Belarus Belarus
Səbəbi  • Aleksandr Lukaşenkonun 26 il Belarus Prezident olması
 • Belarusda sosial vəziyyətin ağır olması
 • Belarusda sosial sahədə islahatların olmaması
 • Belarusda iqtisadi vəziyyətin ağır olması
 • Belarusda iqtisadi sahədə islahatların olmaması
 • Sergey Tixanovski və Viktor Babarikonun həsb edilməsi
Münaqişə tərəfləri

Belarus Belarus müxalifəti

Belarus Belarus iqtidarı

Komandan(lar)

Belarus Svetlana Tixanovskaya
Belarus Sergey Tixanovski
Belarus Viktor Babariko
Belarus Veronika Tsepkalo
Belarus Valeri Tsepkalo

Belarus Aleksandr Lukaşenko
Belarus Roman Qolovçenko
Belarus Yuri Karayev
Belarus Valeri Vakulçik

İtkilər

Ölənlər: 2 nəfər
Xəsarət alanlar:: 200+ nəfər
Saxlanılanlar: 6000+ nəfər

Xəsarət alanlar: 40 nəfər

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xronologiya redaktə

Seçimdən əvvəl redaktə

Seçim günü redaktə

Prezident seçkilərinin ilkin nəticələrinin açıqlanmasından sonra avqustun 9-dan 10-na ötən gecə minlərlə insan mitinqlərə başladı. Mitinqlərin dağıdılması zamanı gözyaşardıcı qazlardan, flash qumbaralardan, rezin güllələrdən istifadə edən polislər və vətəndaşlar arasında toqquşmalar oldu. 2011-ci ildə Çexiyanın Belarusa silah-sursat verilməsinə embarqo qoyulmasına baxmayaq, flash qumbaralarının Çexiya istehsalı olduğu məlum olub. Mitinqlərin nəticəsində 100-dən çox insan xəsərat aldı, onlardan dörd nəfəri reanimasiyaya yerləşdirildi.

Prezidentliyə namizəd Svetlana Tixanovskaya Daxili İşlər Nazirliyini, XTMD nəfərlərini dinc etirazçılara qarşı zorakılığı dayandırmağa çağırdı.

Həmin gün Belarusun Telegram kanallarından vətəndaşların avqustun 10-u saat 19:00-da meydanlara gəlmələri ilə bağlı çağırışlar göndərildi.

Seçimdən sonra redaktə

10 avqust redaktə

Avqustun 10-da etirazlarla bağlı birinci açıqlamanı Aleksandr Lukaşenko verdi. O, Belarusun arçalanmasına icazə verməyəcəyini və etirazçıların "adekvat cavab" alacağını bildirdi. O, etirazçıların şərxoş olduğlarını və onların Birləşmiş Krallıq, Çexiya və Polşa tərəfindən idarə olunduğunu bildirdi.

11 avqust redaktə

Belarus ərazisində vətəndaşların internetə çıxa bilməməsi avqustun 11-də də davam etdi.

Səhər saatlarında Svetlana Tixanovskayanın səlahiyyətli nümayəndəsi Olqa Kovalkova, onun DTK tərəfindən Belarus ərazisindən çıxarıldığını bildirdi. Az sonra isə Litvanın xarici işlər naziri Linas Linkyaviçus rəsmi twitter hesabına "Svetlana Tixanovskaya təhlükəsizlikdədir, o hal-hazırda Litvadadır" yazdı.

Bir müddət sonra Svetlana Tixanovskayanın YouTube hesabında video müraciəti yayıldı. Video müraciətdə onun, "Allah heç kəsi mənim kimi seçim qarşısında qoymasın" və "Heç bir həyat hazırda baş verənlərə dəymir, həyatımıza ən vacib uşaqlardır" deməsi, bir gün əvvəl MSK-nın binasında ona təyzirlərin edilməsi və məcburən bu qərarı verməsinə əsas yaratdı.

12 avqust redaktə

13 avqust redaktə

Avqustun 12-dən 13-nə ötən gecə Bodruysk şəhərinin 2 №-li İstintaq Təcridxanasında saxlanılanlar "Rədd ol!" şüarları səsləndiriblər və Lukaşenkonun istfasını tələb ediblər.

Minsk şəhərinin müxtəlif yerlərində səhər saatlarından etibarən əllərində ağ və qırmızı qızılgüllər olan qadınlar həmrəylik zəncirləri çəkməyə başlayıblar.

Minsk şəhərində 6 №-li şəhər xəstəxananın tibb işçiləri etiraz aksiyası keçiriblər.

14 avqust redaktə

Avqustun 14-də Mogilyov şəhərində saxlanılanların bir hissəsi sərbəst buraxıldı. Sərbəst buraxılanlar Lenin Rayon Polis İdarəsində işgəncələrə məruz qaldığlarını bildirdilər. Onların bədənlərində olan xəsarətlərin fotoları ictimaiyyət arasında rezonansa və hiddətə səbəb oldu.

Həmin gün müəllimlər və təhsil sahəsində çalışanlar Yakub Kolas meydanında toplaşdılar və etirazçılarla həmrəyliyini göstərdilər. MSK-nın inzibati binasınında qarşısında isə bir qrup qızlar qara geyimdə "Səsləri dəfn etdik" aksiyasını keçirdilər.

Avqustun 14-də Minsk metropolitenin işçiləri, "Нафтан" ASC işçiləridə tətil elan etdilər.

Səhər saatlarında 2 gün əvvəl Litvaya getməyə məcbur olan Svetlana Tixanovskaya YouTube hesabından müraciət yayımladı. O, Belarusda zorakılığını dayandırmağa, şəhər merlərini avqustun 15-də və 16-da eitrazçılarla həmrəyliyə səslədi.

Beynəlxalq rəylər redaktə

Mövcud rejimin yanında olanlar redaktə

  • Çin  Çin dövlətinin başçısı Si Tsinpin avqustun 10-da Lukaşenkonu qazandığı qələbə münasibətilə təbrik etdi, ona uğurlar arzuladı.
  • Rusiya  Rusiya Prezidenti Vladimir Putin avqustun 10-da Lukaşenkonu qazandığı qələbə münasibətilə təbrik etdi, ona uğurlar arzuladı.
  • Qazaxıstan  Qazaxıstan Prezidenti Kasım Jomart-Tokayev avqustun 10-da Lukaşenkonu qazandığı qələbə münasibətilə təbrik etdi, ona uğurlar arzuladı.
  • Azərbaycan  Azərbaycan Prezidenti İlham Əliyev avqustun 10-da Lukaşenkonu qazandığı qələbə münasibətilə təbrik etdi, ona uğurlar arzuladı.
  • Tacikistan  Tacikistan Prezidenti Emoməli Rəhmon avqustun 10-da Lukaşenkonu qazandığı qələbə münasibətilə təbrik etdi, ona uğurlar arzuladı.
  • Özbəkistan  Özbəkistan Prezidenti Şavkat Mirziyayev avqustun 10-da Lukaşenkonu qazandığı qələbə münasibətilə təbrik etdi, ona uğurlar arzuladı.
  • Qırğızıstan  Qırğızıstan Prezidenti Sooronbəy Jenbəyov avqustun 10-da Lukaşenkonu qazandığı qələbə münasibətilə təbrik etdi, ona uğurlar arzuladı.
  • Ekvador  Ekvador Prezidenti Lenin Moreno avqustun 10-da Lukaşenkonu qazandığı qələbə münasibətilə təbrik etdi, ona uğurlar arzuladı.
  • Türkiyə  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 10-da Lukaşenkonu qazandığı qələbə münasibətilə təbrik etdi, ona uğurlar arzuladı.
  • Venesuela  Venesuela Prezidenti Nikolas Maduro avqustun 11-də Lukaşenkonu qazandığı qələbə münasibətilə təbrik etdi, ona uğurlar arzuladı.
  • Ermənistan  Ermənistan Prezidenti Armen Sarqisyan avqustun 11-da Lukaşenkonu qazandığı qələbə münasibətilə təbrik etdi, ona uğurlar arzuladı.

Mövcud rejimə qarşı olanlar redaktə

  • Estoniya  Estoniya Prezident Kersti Kalyulayd avqustun 13-də Lukaşenkonunu zorakılığın yanında olmamağa, böhranı sülhlə həll etməyə çağırıb.
  • Latviya  Latviya Prezident Eqils Levits avqustun 13-də Lukaşenkonunu zorakılığın yanında olmamağa, böhranı sülhlə həll etməyə çağırıb.
  • Litva  Litva Prezident Qitanas Nauseda avqustun 13-də Lukaşenkonunu zorakılığın yanında olmamağa, böhranı sülhlə həll etməyə çağırıb.
  • Polşa  Polşa Prezident Andrej Duda avqustun 13-də Lukaşenkonunu zorakılığın yanında olmamağa, böhranı sülhlə həll etməyə çağırıb.

İstinadlar redaktə

  1. Shotter, James. "Violent crackdown fails to silence Belarus protesters" (ingilis). Financial Times. 2020-12-02. 2020-12-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-12-05. (#invalid_param_val)

Saytda 59 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024