Belosaray dili Haqqinda Melumat - Vikipedia

Belosaray dili Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Belosaray dili (ukr. Білосарайська коса) — Ukraynanın Azov dənizi sahillərində yerləşən dil. Taqanroq və Ağsaray körfəzləri ilə əhatələnmişdir[1]. Mariupol şəhərindən 25 km qərbdə yerləşir. Uzunluğu 14 km, eni 10 km təşkil edir. Sahəsi 416 ha-dır. İnzibati cəhətdən Donesk vilayətinin Manquş rayonu ərazisinə daxildir.

Belosaray dili
ukr. Білосарайська коса
Yerləşməsi
46°52′46″ şm. e. 37°19′18″ ş. u.
Ölkə  Ukrayna
Belosaray dili xəritədə
Belosaray dili
Belosaray dili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dil ərazisi də daxil olmaqla 616 ha ərazini əhatə edən landşaft yasaqlığı yaradılmışdır. USSR Nazirlər Sovetinin № 132 25 fevral 1980-ci il qərarı ilə dil dövlət əhəmiyyətli yasaqlıq statusu almışdır[2]. Yasaqlıq Meotida landşaft parkı ərazisinə daxildir.

Dil ərazisində şoranlıqları müşahidə etmək olur. Göl və limanlar qış ayları dolsa da, yay ayları quruyaraq otla örtülü olurlar[3].

Dil ərazisində 217 növ bitki yayılmışdır. Onlardan bir qismi nadir və yoxa çıxan növlərdir. Burada qamış, Týpha, baqəvər, bekmaniya, cıl, Salicornia, şorangə və s. bitkilər bitir.

Belosaray dili bir çox quşların yumurta qoyduğu yerdir. Burada qağayı, yaşılbaş ördək, Charadrii, qaz, durna və s. yumurta qoyur.

Sahil sularında Sander, Gobiidae, Liza haematocheilus, Kambala yaşayır.

Dil ərazisində şirin su mənbəyi yoxdur. Əhali əsasən texniki qrut suyundan yararlanır.

Əhali və turizm redaktə

 
Belosaray mayakı
 
Kənd məbədi

Dil ərazisində eyni adlı kənd, istirahət bazası və mayak vardır. Kiyev knyazlığı dönəmində burada Beloqorod adlı şəhər mövcud olmuşdur (IX—XII əslər.)[4].

XIII əsrdə Qızıl Ordalılar şəhəri tutmuş və Ağsaray olaraq adlandırmışlar. Tatarlar burada GenuyaVenesiyalılarla iqtisadi əlaqələr qurmuşlar. Bir müddət sonra şəhər iqtisadi durğunluq dövrü yaşamışdır. 2005 ildən burada aktiv şəkildə katej tikintisi həyata keçirilir. Dil ərazisində ümumulikdə 80 istirahət mərkəzi vardır ki, buda 20 000 insana xidmət etmək imkanlarına malikdir.

İstinadlar redaktə

  1. "Azov dənizi. Sahil və çimərlik". 2007-08-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-08-24.
  2. "Donesk vilayəti". 2007-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-12-22.
  3. ["Состояние и перспективы развития заповедного дела в Донецкой области (rus.)". 2007-10-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-08-24. Состояние и перспективы развития заповедного дела в Донецкой области (rus.)]
  4. "Belosaray dilinin yaşayış məntəqələri". 2011-08-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-08-24.

Mənbə redaktə


Saytda 125 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024