Belovej razılığı Haqqinda Melumat - Vikipedia

Belovej razılığı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Belovej razılığı

Belovej razılığı (rus. Беловежские соглашения) — 8 dekabr 1991 tarixdə Sovet Sosialist Respublikaları İttifaqının ləğv edilməsi barədə RSFSR, BelorusiyaUkrayna tərəfindən imzalanmış saziş. Onlar burada Müstəqil Dövlətlər Birliyinin (MDB) yaranmasını elan etdilər. Hüquqi baxımdan bu müqavilə etibarsız hesab edilməlidir. Çünki SSRİ konstitusiyasının göstərişinə görə İttifaqın beynəlxalq hüququn subyektliyini itirməsinə, yəni ləğv edilməsinə yalnız ümumxalq səsverməsi (referendum) vasitəsilə birbaşa xalq qərar verməli idi (hərçənd ki, bir qədər əvvəl xalq bunu etmişdi. Referendumda sovet vətəndaşlarının 74 faizindən çoxu SSRİ-nin qalmasına səs vermişdi). Lakin B. Yeltsin, L. Kravçuk və S. Şuşkeviç Sovet İttifaqının digər subyektlərinin rəyini nəzərə almadan, bununla belə SSRİ Konstitusiyasının normalarını kobud surətdə pozmaqla səlahiyyətləri olmadıqları halda bu qeyri-hüquqi müqaviləni imzaladılar. Onu da qeyd etmək lazımdır ki, bu müqavilənin əsli "itirilmişdir". Heç bir dövlətin arxivində yoxdur. Ona görə də bu müqavilənin şərtləri haqqında detallı məlumat yoxdur.


Saytda 16 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024