Bern tramvayı Haqqinda Melumat - Vikipedia

Bern tramvayı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Bern tramvayı — Bern şəhərinin ictimai nəqliyyat növlərindən biridir. Tramvay şəbəkəsi üç marşrutdan ibarətdir və Riffelalp tramvayı istisna olmaqla İsveçrənin ən kiçik nəqliyyat sistemi sayılır. Bern şəhərinin tramvay və digər ictimai nəqliyyat növləri Barnomobil təşkilatının dəstəyi ilə fəaliyyət göstərir.

Bern tramvayı
Strassenbahn Bern
Ölkə  İsveçrə
Şəhər Bern, Vorb
İstismara verilmə 1 oktyabr 1890 (pnevmatik tramvay), 1902 (elektrik)
İstiqamətlər

4 şəhər marşrutu və 1 şəhərarası

Saytı

Bernmobil, Regionalverkehr Bern-Solothurn

Tramvay sxemi

Xəttlər redaktə

Hal-hazırda Bern tramvayın ümumi uzunluğu 33,449 km-ə bərabər 5 xətti mövcuddur:[1]

Xətt Marşrut Stansiyalar Xəttlərin uzunluğu Sürət (vaxtla) Növü
3 Bern DYSVayssenbül 07 02,067 km 9 / 8 dəqiqə Radial xətt
6 Fişermetteli – Vorb Dorf 24 13,067 km Diametrik xətt
7 Bümplits – Ostring 23 08,109 km Diametrik xətt
8 Fontanlar Vestsayd DYS – Saali 27 10,383 km Diametrik xətt
9 VabernVankdorf DYS (dəmir yol stansiyası) 21 05,958 km Diametrik xətt

Tarix redaktə

 
Kremsi-yaşıl rəngə boyanmış köhnə tramvaylar Sitqlogge Saat qülləsinin fonunda

Bern tramvayı 1 oktyabr 1890-cı ildə açılmışdır. Əvvəlcə pnevmatik tramvaylar istifadə olunurdu (yəni sıxılmış hava ilə çalışan tramvaylar). 1894-cü ildən şəhərdə həmçinin buxarlı tramvay fəaliyyət göstərməyə başlamışdır. 1902-ci ildən etibarən, Bernin bütün tramvay şəbəkəsi elektrifikasiya olunmuşdur[2].

Bern erkən dövrdən aşağı əsaslı tramvayların istismarına başlamışdı. Aşağı döşəməli tramvayların ilk seriyası (Be4 / 8, № 731–742 tipli) 1990-cı ildə fəaliyyətə başlamışdır. İkinci seriya artıq Combino tramvayları idi. 1990-cı ilin iyun ayının 22-dən iyulun 9-a qədər, tramvayların hərəkəti bütün şəbəkə üzrə təcrübəli sürücülər tərəfidən həyata keçirilmişdir[3]. Sınaq işləri uğurlu hesab edildiyindən, 2000-ci ilin noyabr ayında Şəhər Şurası Combino şirkətinin istehsal etdiyi tramvayların alınması barədə qətnamə qəbul etmişdi. Aprel ayında sifarişlər həmçinin Siemens-ə verilmişdi. Combino-nun ilk tramvayları Bern şəhərinə 2002-ci ildə gətirilmişdi. Bu tramvayın istismarı Miladdan iki gün əvvəl, 3 nömrəli marşrutla başladı. Lakin tezliklə aydın oldu ki, 3 nömrəli marşrutla hərəkət edən yeni tramvay köhnə Kirxenfeldbrükke körpüsü üçün çox ağırdı və buna görə də 2003-cü ilin fevral ayından yeni tramvay artıq 9 nömrəli marşruta keçməyə məcbur olmuşdu. Köhnə körpünün möhkəmləndirmə işləri başa çatdıqdan sonra, Combino tramvayı 1 aprel 2003-cü ildə 3 nömrəli marşruta geri qayıtdı[4].. Tramvay şirkətinin nümayəndələri tramvayın körpü üzərindən keçən zaman, sərnişinlərdən öz çəkisi haqda məlumat vermələrini xhiş edirdi. Nümayəndələr hesablama zamanı bu məlumatların dəqiqləşdirilməsi üçün lazım olduğunu bildirdilər. Amma əslində bu bildirişlər sadəcə olaraq 1 aprel zarafatı idi[5].

2000-ci ildə şəhər nəqliyyat şirkəti Bernmobil adlandırılmışdır. Eyni zamanda rebrendinq işləri icra olunmuşdu. Şəhər tramvay, avtobus və trolleybusların kremsi-yaşıl rəngi qırmızı ilə əvəz olunmuşdu. Be 4/8 № 731 seriyalı tramvay yeni rənglə boyanan ilk nəqliyyat vasitələrdən biri idi[6]. Həmçinin layihə çərçivəsində 9 nömrəli marşrut təxminən 3 kilometr məsafəyə (Guisanplatsdan Vankdorf DYS-a kimi) uzadılmışdı[7].

Tramvayların gələcəyi redaktə

2000-ci ildən Bern tramvay şəbəkəsi qərb istiqamətinə doğru genişləndirilməyə başlanmışdı. Həyata keçirilən layihə "Bern West" adlanır. Layihəyə Bümplits və Fontanlar istiqamətində iki tramvay xəttinin tikintisi ilə start verilmişdi. Son vaxtlara qədər bu sahələr trolleybuslar tərəfindən sakinlərə xidmət göstərdiyi üçün xəttlərin bir çoxu məşğul idi. 2002-ci ildə, pik saatlarda trolleybuslar arasındakı interval sadəcə 90 saniyə təşkil edirdi[8].

Bern West layihəsi 2003-cü ilin noyabr ayında şəhərdə keçirilən referendumda əhali tərəfindən təsdiq edilmişdir. Amma yeni tramvaylara müxalif yanaşanlar, referendumun kantonal səviyyədə keçirilməsinə nail oldular və burada "əleyhinə" səslərin minimal olmasına baxmayaraq, layihənin bütün əldə etdiyi nəticələr ləğv olundu[9].

Şəhər rəsmiləri müxtəlif ictimai qruplarla danışıqlar aparmış və vətəndaşların istəklərinə uyğun olaraq layihədə dəyişikliklər etmişdi. Bern West layihəsinin yeni versiyası 2006-cı ilin noyabr ayında referendumun nəticələrinə əsasən təsdiq edilmişdi. Tikinti işlərinin başlanılması 2008-ci ilin yazına təyin edilmişdi, yeni marşrutlar isə 2010-cu ildə istismara başlamışdı. Yeni nəqliyyat vasitələrinin rahat xidmətini təmin etmək məqsədilə Bernmobil "Combino" şirkətindən 21 yeni tramvay sifariş etmişdi[7].

Bern tramvaylarının siyahısı redaktə

Müasir redaktə

Növü Sayı Seriyası İnşa edilmə tarixi İstehalçı
  Be 4/10
Tram 2000
RBS-yə məxsusdur
09 RBS 81–89 1987–1988 as Be 4/8,
Stadler tərəfindən 2010-cu ilə kimi müqavilə müddəti uzadılmışdı
SWP / SIG / ABB
  Be 4/8 12 731–742 1989–1990 Vevey / ABB / Duewag
  Be 4/6
Combino Advanced
07 753–759 2002–2004 Siemens
  Be 6/8
Combino Advanced
08 751, 752,
760–765
2002–2004 as Be 4/6,
müqavilə müddəti 2009-cu ilə kimi uzadılmışdı
Siemens
  Be 6/8
Combino Classic
21 651–671 2009–2010 Siemens

Muzey redaktə

Bern Tramvay Muzeyi "Vayssenbül" adlı tarixi depoda yerləşir[10]. 2007-ci ildən etibarən muzey ziyarətçilər üçün qapalıdır, lakin ildə bir neçə dəfə köhnə tramvaylarda retro səyahətlər düzənlənir.

Şəhərlərarası tramvay redaktə

 
Bern şəhərlərarası tramvay vaqonu Vorb stansiyasında.

Şəhərdən başqa, Bern (və ətrafına) şəhərlərarası tramvay fəaliyyət göstərir. Şəhərlərarası tramvay xətti rəqəmlə yox, sadə literlə (marşrut G) bildirir. Bernmobil şəhər nəqliyyatı şirkətinin nəzdində fəaliyyət göstərən şəhər tramvayından fərqli olaraq, şəhərlərarası tramvay Regionalverkehr Bern-Solothurn tərəfindən sakinlərə xidmət göstərir.

Şəhərlərarası xətt Bern şəhərindən başlayır (Sitqloggenin yaxınlığında) və daha sonra Vorb şəhərinə gedir. Bu xəttin uzunluğu — təxminən on kilometrdir. Kiçik bir sahədə (Sitqlogge dayanacağından Egghöltsli-yə kimi) şəhərlərarası tramvay şəhər tramvayı kimi eyni relslərdən istifadə edir. Müvafiq olaraq, uzun məsafə qətt edən tramvay dəmir yolunun eyni enindən istifadə edir.

Şəhərlərarası G marşrutunun altı dayanacağı var. Vorb tramvay stansiyasında Bernə aparan yollar, şəhərin şimal hissəsindən keçən dəmir yolu xətti ilə birləşdirilir[7].

İstinadlar redaktə

  1. Geschäftsbericht 2010 Arxivləşdirilib 2015-06-03 at the Wayback Machine (PDF; 2,0 MB) auf der Internetseite von Bernmobil Arxivləşdirilib 2001-04-01 at the Wayback Machine, abgerufen am 2. Dezember 2012.
  2. Tarixçələr İngilis Vikipediya siyahısından götürülmüşdü. Həmçinin bax en:List of town tramway systems#Books.
  3. Trams 2000. B. A. Schenk, M. R. Van den Toorn. издательство De Alk (Нидерланды), ISBN 90-6013-596-2, стр 156
  4. Trams 2004. B. A. Schenk, M. R. Van den Toorn. издательство De Alk (Нидерланды), ISBN 90-6013-436-2, стр 149–150
  5. Trams 2004. B. A. Schenk, M. R. Van den Toorn. издательство De Alk (Нидерланды), ISBN 90-6013-436-2, стр 150
  6. Trams 2002. B. A. Schenk, M. R. Van den Toorn. издательство De Alk (Нидерланды), ISBN 90-6013-419-2, стр 157
  7. 7,0 7,1 7,2 Op de rails, Нидерланды, номер за февраль 2008, стр 66. ISSN 0030–3321
  8. Trams 2003. B. A. Schenk, M. R. Van den Toorn. издательство De Alk (Нидерланды), ISBN 90-6013-428-1, стр 152
  9. Trams 2005. B. A. Schenk, M. R. Van den Toorn. издательство De Alk (Нидерланды), ISBN 90–6013-446-X, стр 147
  10. Trams 2005. B. A. Schenk, M. R. Van den Toorn. издательство De Alk (Нидерланды), ISBN 90–6013-446-X, стр 148

Xarici keçidlər redaktə


Saytda 273 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024