Bernar Kaye Haqqinda Melumat - Vikipedia

Bernar Kaye Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Bernar Kaye (fr. Bernard Cahier; 20 İyun 1927, Marsel, Fransa – 10 İyul 2008, Evian-le-Ben, Fransa) — Fransız Formula-1 fotojurnalisti.

Bernar Kaye
Bernard Cahier
Doğum tarixi
Doğum yeri Marsel, Fransa
Vəfat tarixi (81 yaşında)
Vəfat yeri Evian-le-Ben, Fransa
Uşağı Pol-Anri Kaye
Milliyyəti fransız
Təhsili
Fəaliyyəti fotoqraf, mühəndis, avtomobil pilotu
f1-photo.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bioqrafiya redaktə

Bernar Kaye 1927-ci ildə Marseldə hərbçi ailəsində anadan olmuşdur. 17 yaşında İkinci Dünya Müharibəsində Bretan uğrunda döyüşlərdə iştirak etmişdir. Daha sonra o, general Filipp Leklerkin 2-ci zirehli tank diviziyasında Qərbi Fransa və Cənubi Almaniyanın azad edilməsində iştirak etmiş, bundan sonra daha bir il Kamerunda fransız koloniyasında olmuşdur. Müharibədən sonra Kaye Kaliforniya Los-Anceles Universitetində təhsilini davam etdirir. Burada o, gələcək həyat yoldaşı olacaq Coan Aldayk ilə tanış olur. Həmçinin, Kaye ABŞ-də Avropa maşınlarının ən böyük salonlarından biri olan Roger Barlow's International Motors-da işə başlayır. Burada o, F1-in gələcək ulduzları Fil HillRiçi Ginterlə tanış olur. Bernar, həmçinin, Barlounun verdiyi MG-də yarışlarda da iştirak edir. Bununla yanaşı, Bernar avtoidman barədə də yazmaq qərarına gəlir.

 
1967-ci ildə Tarqa Florioda istifadə olunmuş Porsche 911 S avtomobili

1952-ci ildə Kaye Parisə gəlir. Bernar Kaye 1952-ci ilin payızında F1-də fotoqraflıq karyerasına başlayır, onun ilk lentə aldığı yarışı Montsada keçirilən İtaliya Qran-prisi olur. Bundan sonra Bernara L'Action Automobile üçün F1 haqqında yazmaq tapşırılır. Kaye Fil HillDen Herninin Formula-1-ə gəlişinin səbəbkarı olmuşdur. Daha sonra Kaye Goodyear-in ictimaiyyətlə əlaqələr üzrə konsultantı olur. Bununla bərabər Bernar yarışlarda iştirak etməyi davam etdirir. Bunlar arasında Mille Miglia, 12 saat SebrinqTarga Florio yarışları yer almışdır. Kaye 1967-ci ildə keçirilmiş GT sinfi üzrə Targa Florio yarışında Porsche 911 fransız dağ xizəkçisi Jan-Klod Killi ilə birlikdə qalib gəlir.[1]

1966-cı Bernar Con Frankenhaymerin Qran-pri filminin çəkilişlərində məsləhətçilərindən biri olmuşdur. Bernar bu filmdə həyat yoldaşı və qızı ilə birlikdə rolda olmuşdur. Kaye 1968-ci ildə IRPA-nın (Beynəlxalq yarış mətbuatı assosiasiyası - (ing. International Racing Press Association)) əsasını qoymuşdur. Kaye 1985-ci ilədək IRPA-nın prezidenti olmuşdur. Bu postda Kaye jurnalistlərin aktiv müdafiəçisi olmuşdur, bəzən bu BalestrEkklstounla konfliktlərin yaranmasına gətirib çıxarmışdır.[2]

1980-ci illərin əvvəllərində Goodyear-la müqavilənin uzadılmaması və iş şəraitinin pisləşməsi nəticəsində Bernar Kaye Formula-1-dən uzaqlaşır. Bundan sonra, o, estafeti oğlu Pol-Anri Kayeyə ötürür.

Filmoqrafiya redaktə

İl Ad Rol
1966 Qran-pri Bernar Kaye (özü)

Biblioqrafiya redaktə

  • Pilotes légendaires de la Formule 1, Xavier Chimits və Pol-Anri Kaye ilə, Editions Tana, 2 oktyabr 2006
  • Mes meilleurs souvenirs, Xavier Chimits-lə, Editions Drivers, 11 yanvar 2007
  • F-Stops, pit stops, laughter & tears, Autosports Marketing Associates Ltd, 2007
  • Grand Prix Racers (Portraits of Speed) Motorbooks International, May 2008

İstinadlar redaktə

  1. "Targa Florio 1967 racingsportscars.com-da". 2021-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-14.
  2. "Bernar Kaye haqqında vk.com-da". 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-14.

Xarici keçidlər redaktə


Saytda 86 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023