Bijən Pakzad Haqqinda Melumat - Vikipedia

Bijən Pakzad Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Bijən Pakzad (4 aprel 1944, Tehran, İran - 16 aprel 2011, Kaliforniya, ABŞ) — İran əsilli amerikalı dizayner.

Bijən Pakzad
Doğum tarixi
Doğum yeri Tehran, İran
Vəfat tarixi (67 yaşında)
Vəfat yeri Kaliforniya, ABŞ
Vəfat səbəbi insult
Fəaliyyəti dizayner, dəb dizayneri
bijan.com

Həyatı redaktə

Bijən Pakzad 1944-cü ildə Tehranda anadan olub, 1973-cü ildə ABŞ-yə köçüb, Los-Ancelesdə məskunlaşıb. Dizaynerin Malib, Nyu-York, MilanFlorensiyada xüsusi iqamətgahları olub. O, dünyada məşhur olsa da, İrana gəlişi qadağan olunub.[1]

Bijən Pakzad dünyanın ən varlı və məşhur kişilərini – ABŞ-nin sabiq prezidentləri Barak Obama, Corc Buş, Ronald Reyqan, Hollivud ulduzları Arnold Şvartsenegger, Tom Kruz, Entoni Hopkins üçün paltarlar hazırlayıb. Bijən Pakzaddan Rusiya Prezidenti Vladimir Putin, Bruney Sultanı, Böyük Britaniya şahzadəsi Çarlz və "Microsoft" şirkətinin qurucusu Bill Qeyts pencəklər alıblar.[1]

İstinadlar redaktə

Xarici keçidlər redaktə


Saytda 119 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024