Binə (yaşayış məskəni) Haqqinda Melumat - Vikipedia

Binə (yaşayış məskəni) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Binə (yaşayış məskəni)

Binə — müvəqqəti yaşayış məskənlərinin ilkin tipi olaraq bu və ya digər kəndin salınmasında başlanğıc mərhələ rolunu oynayan yer.

Ümumi məlumat redaktə

Toplanılan etnoqrafik materiallardan aydın olur ki, binə XIX əsrdə Azərbaycanın dağlıq bolgələrindəki kəndlərin əksəriyyətində movcud olmuşdur. Əsasən maldarlıqla məşğul olan əhali tərəfindən kəndin yaxınlığında salınan təsərrufat tikililəri (yataq, tovlə, pəyə, xalxal, at damı və s.) binə adlanırdı.

Binədə ailələrin sayı artdıqca tədricən təsərrufat tikililəri və ya yaşayış evləridə inşa edilirdi. Təsərrufat tikililəri və ya yaşayış evlərinin sayı artdıqca binə daimi yaşayış məntəqəsinə cevrilir və həmin yer ya orada ilk məskən salmış adamın adı ilə, ya da maldarlıq təsərrufatının ustun sahələrindən birinin adı ilə adlandırılırdı. (Qasımbinəsi, Məmməduşağı binəsi, Baxış binəsi, Malbinəsi, Qoyunbinəsi və s.)

Mənbə redaktə

Xarici keçidlər redaktə

Həmçinin bax redaktə


Saytda 168 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024