Binance Haqqinda Melumat - Vikipedia

Binance Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Binance

Kriptovalyuta birjası

Binance — müxtəlif kriptovalyutaların alqı-satqısını təmin edən kriptovalyuta birjası.

Binance
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi Kriptovalyuta birjası
Təsis tarixi 2017
Baş qərargahın yeri Malta[1]
Rəhbərlik
Təsisçilər
Baş icraçı direktor Çanpen Zao[3]
binance.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2018-ci il yanvar ayından etibarən Binance əməliyyat həcminə görə dünyanın ən böyük kriptovalyuta birjasıdır.

Binance daha əvvəl high frequency tranding proqramı hazırlayan proqamçı Çanqpinq Zao tərəfindən quruldu. Şirkət başlanğıcda Çində yerləşirdi. Amma daha sonra Çinin kriptovalyutaya qoyduğu qanunların artması səbəbi ilə Çindən ayrılaraq Maltaya köçdü.

Tarixi redaktə

CEO Çanpen Zao 2005-ci ildə Şanxayda Fusion Systems-i qurmuşdu; şirkət komissiyaçılar üçün high-frequency trading sistemlərini qururdu. 2013-cü ildə kriptovalyuta pul qabı komandasının üçüncü üzvü olaraq Blockchain.info-ya qatıldı. Həmçinin fiat pulu və digital mülklər arasında spot ticarət platformu olan OKCoin-də bir ildən qısa müddətdə CTO olaraq işlədi.[4]

Şirkət Çində qoruldu. Amma 2017 sentyabr ayında Çin hökumətinin kriptovalyuta ticarətinə qoyduğu qadağadan əvvəl serverlərini və baş ofisini Çindən Yapnoiyaya köçürdü.[5] 2018 mart ayından etibarən şirkət Tayvanda ofislər qurdu.[4]

İlk dəfə 26 iyun — 3 iyul 2017-ci ildə irəli çıxarılan ICO (İlk Pul Təklifi) ilə birlikdə Binance Coin (BNB) birjaya çıxarıldı. İlk çıxışda ümumilikdə 100 milyon BNB birjaya çıxarılmışdır. Binance Coin (BNB) BEP2 əsaslı infrastruktur modeli ilə xidmət verən və Binance şirkətinin hazırladığı yeni nəsil blockchain modelidir.[6]

2018 yanvar ayından etibarən 1,3 milyard dollarlıq birja dəyəri ilə ən böyük kriptovalyuta ticarət platformudur.[7]

2018-ci il mart ayında Binance Yaponiya və Çində qoyulan sərt qaydalara görə Maltada ofis açmaq istədiyini açıqladı.[8] 2018 aprel ayında Binance Bermud hökuməti ilə anlaşma memorandumu (MoU) imzaladı.[9]

2019-cu ilin sentyabr ayında birja, müqavilələrin dəyərinin 125 qatına qədər yüksək leverage imkan verən əbədi fyuçers müqavilələri təklif etməyə başladı.[10] 2019-cu ilin noyabrında Binance Hindistan bitcoin mübadiləsi WazirX-i əldə etdi.[11]

2021-ci ilin mayında bildirildi ki, Binance həm Daxili Gəlir Xidməti, həm də ABŞ Ədliyyə Departamenti tərəfindən çirkli pulların yuyulması və vergi cinayətləri ilə bağlı təhqiqat altındadır.[12][13][14]

2022-ci ilin fevralında Binance Forbes-də 200 milyon dollarlıq pay aldı.[15]

İstinadlar redaktə

  1. https://web.archive.org/web/20190222144031/https://www.maltatoday.com.mt/business/business_news/93170/why_world_leader_crypto_exchange_binance_moved_to_malta#.XTGugOhKhhE
  2. Shen M., Lee J. Crypto’s Most Powerful Woman Speaks Out as Crisis Rocks Binance (ing.). // Bloomberg News New York City: 2023.
  3. https://www.lefigaro.fr/secteur/high-tech/cryptomonnaies-le-patron-de-binance-va-demissionner-apres-un-accord-avec-les-autorites-americaines-20231121.
  4. 1 2 "Arxivlənmiş surət". 2020-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-29.
  5. "Arxivlənmiş surət". 2019-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-29.
  6. "Arxivlənmiş surət". 2021-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-29.
  7. "Arxivlənmiş surət". 2018-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-29.
  8. "Arxivlənmiş surət". 2018-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-29.
  9. https://web.archive.org/web/20190119122124/http://cloudfront.bernews.com/wp-content/uploads/2018/06/MEMORANDUM-OF-UNDERSTANDING-Binance.pdf
  10. "Bitcoin Speculators Gain Upper Hand as Derivative Trading Surges". Bloomberg.com (ingilis). 2019-10-22. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-21.
  11. Kharif, Olga. "Best-Performing Cryptocurrency Powers Controversial Exchange". Bloomberg. 2019-12-07. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-23.
  12. "Crypto Exchange Binance Under IRS and DOJ Investigation". Daily Newsbrief. 2021-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-14.
  13. "Binance Faces Probe by U.S. Money-Laundering and Tax Sleuths". 2021-05-13. 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-13.
  14. "Binance under investigation by Justice Department, IRS - Bloomberg News". Reuters. 2021-05-13. 2022-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-13.
  15. "Crypto exchange Binance to take $200m stake in Forbes". BBC News. 2022-02-10. 2022-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-14.

Saytda 160 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024