Birinci Azərbaycan Antarktida ekspedisiyası Haqqinda Melumat - Vikipedia

Birinci Azərbaycan Antarktida ekspedisiyası Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Birinci Azərbaycan Antarktida ekspedisiyası

Birinci Azərbaycan Antarktida ekspedisiyası[1] - 24 dekabr 2008-ci il tarixində Azərbaycan Ekologiya və Təbii Ehtiyatlar Naziri, Hava və Ekstremal İdman Növləri Federasiyasının Prezidenti Hüseynqulu Bağırovun başçılıq etdiyi ilk Azərbaycan-Antarktida ekspedisiyası Bakıdan yola düşmüşdür. Havanın əlverişsiz olmasına baxmayaraq ekspedisiya üzvləri 2009-cu ilin 26 yanvar tarixində Cənub qütbünə çatmağa müvəffəq olmuşdur. Ekspedisiya üzvlərinin verdiyi məlumata görə Azərbaycan bayrağı ilk dəfə Antarktida ərazisində 12 yanvar 2009-cu ildə Vinson dağına sancılması ilə dalğalanmışdır. Cənub qütbünə isə ayın iyirmi altısı sancılır.

Ekspedisiya təkcə elmi deyil, həm də idman, siyasi və rəmzi əhəmiyyət daşımışdır. Bununla belə ekspedisiyaçılar qrupu orta temperaturu təxminən - 35-40 °C olan şəraitdə 500-dən artıq müşahidə-ölçmə işləri aparmışdır. Ekspedisiya qarşıya qoyulan hədəflərə tam çatmışdır.

Maraqlı fakt redaktə

Cənub qütbünün yaxınlığındakı Amerikanın “Amundsen-Scott” bazasına dəvət olunan ekspedisiya üzvlərinə orada məlum olub ki, Azərbaycan ekspedisiyası islam, türk və MDB ölkələrindən Cənub qütbünə piyada, xizək və buzda yerimək üçün qırmaqlı çəkmədən istifadə etməklə çatan ilk qrupdur[1].

İstinadlar redaktə

  1. 1 2 "Birinci Azərbaycan Antarktida ekspedisiyası". 2016-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-17.

Saytda 176 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024