Birlik Kuboku Haqqinda Melumat - Vikipedia

Birlik Kuboku Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Birlik KubokuMüstəqil Dövlətlər BirliyiBaltik ölkələrin futbol üzrə çempion klubları ilə keçirilən turnir. Hər il yanvar ayında Rusiyada təşkil olunur. Keçmiş SSRİ ölkələri çempionlarının iştirakı ilə "Birlik kuboku" yarışı 1993-cü ildən başlayaraq 2011-ci ilə kimi keçirilib. Sonradan klublar tərəfindən yarışa maraq azaldığından turnir gənclərdən ibarət milli komandaların iştirakı ilə keçirilib.[1] 23 iyul 2016-cı ildə Rusiya Futbol Federasiyası prezidenti Vitali Mutko turnirin daha keçirilməyəcəyini elan edib, lakin bununla belə turnirin Azərbaycanda yenidən bərpa edilməsini müzakirə edirlər.[2][3]

Açılış ili 1993
Bağlanış ili 2016
Son çempion Rusiya U-21
Veb səhifəsi www.com-cup.com

Tarixi redaktə

İlk dəfə 1993-cü ildə Moskvada təşkil olunmuşdur.

2009-cu ilin sentyabr ayında Sankt-Peterburqda "Birlik Kuboku"nun keçirilməsi haqqında birlik üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qərarının layihəsinin tamamlanması üzrə İşçi Qrupun iclasında turnirin adı dəyişdirilərək "MDB və Baltikyanı ölkələr birliyinin çempionlar kuboku" Beynəlxalq açıq futbol turniri olmuşdur.[4]

Yarışa daha çox sponsorların cəlb olunmasına, həmçinin mükafat fondunun formalaşmasına imkan yaratmaq məqsədi ilə 2009-cu ilin noyabr ayından turnirin himayədarı dəyişərək turnirə MDB Başçılarının Şurası olmuşdur. O vaxta qədər isə "Birlik kuboku" ilə bağlı bütün məsələlər - həm nəzarət, həm də təşkilatçılıq Rusiya Futbol İttifaqına məxsus olub.[5]

Təmsil olunan ölkələr redaktə

Qeyd 1. Gürcüstan 2008-ci ilin avqustunda Rusiya tərəfindən ərazisinin bir hissəsinin işğal olunmasına etiraz edərək 2009-cu ildən etibarən bu yarışda iştirak etmir.
Qeyd 2. 2007 və 2008-ci illərdə Serbiya, 2009, 2010 və 2011-ci illərdə Finlandiya çempionu turnirdə iştirak edib.

Ölkələrə görə uğurlar redaktə

Yer Ölkə Qalib Finalçı Qaliblər Finalçılar
1 Rusiya  Rusiya 8 4 Spartak Moskva (6), Lokomotiv Moskva (1), Rubin Kazan (1) Spartak Moskva (3), Alaniya Vladiqafqaz (1)
2 Ukrayna  Ukrayna 4 1 Dinamo Kiyev (4) Dinamo Kiyev (1)
3 Azərbaycan  Azərbaycan 3 1 Neftçi Bakı (1), Xəzər-Lənkəran (1), İnter Bakı (1) Neftçi Bakı (1)
4 Moldova  Moldova 2 1 Şerif Tiraspol (2) Zimbru Kişinyov (1)
5 Özbəkistan  Özbəkistan 1 2 Paxtakor Daşkənd (1) Paxtakor Daşkənd (1), Neftçi Fərqanə (1)
6 Gürcüstan  Gürcüstan 1 1 Dinamo Tbilisi (1) Dinamo Tbilisi (1)
7 Latviya  Latviya 0 4 Skonto (3), Ventspils (1)
8-9 Qazaxıstan  Qazaxıstan 0 2 Aktobe (2)
Belarus  Belarus 0 2 Belarus (1), Şaxtyor Soliqorsk (1)
10 Litva  Litva 0 1 Kaunas (1)

Finallar redaktə

Klublar redaktə

 
Birlik Kubokunun kuboku "Neftçi PFK"nin muzeyində.
İl I yer Hesab II yer
1993 Rusiya  Spartak Moskva 8:0 Belarus  Belarus
1994 Rusiya  Spartak Moskva 7:0 Özbəkistan  Neftçi Fərqanə
1995 Rusiya  Spartak Moskva 5:1 Gürcüstan  Dinamo Tbilisi
1996 Ukrayna  Dinamo Kiyev 1:0 Rusiya  Alaniya Vladiqafqaz
1997 Ukrayna  Dinamo Kiyev 3:2 Rusiya  Spartak Moskva
1998 Ukrayna  Dinamo Kiyev 1:0 Rusiya  Spartak Moskva
1999 Rusiya  Spartak Moskva 2:1 Ukrayna  Dinamo Kiyev
2000 Rusiya  Spartak Moskva 3:0 Moldova  Zimbru Kişinyov
2001 Rusiya  Spartak Moskva 2:1 ə.v. Latviya  Skonto
2002 Ukrayna  Dinamo Kiyev 4:3 Rusiya  Spartak Moskva
2003 Moldova  Şerif Tiraspol 2:1 Latviya  Skonto
2004 Gürcüstan  Dinamo Kiyev 3:1 Latviya  Skonto
2005 Rusiya  Lokomotiv Moskva 2:1 Azərbaycan  Neftçi Bakı
2006 Azərbaycan  Neftçi Bakı 4:2 Litva  Kaunas
2007 Özbəkistan  Paxtakor Daşkənd 0:0 p. 9:8 Latviya  Ventspils
2008 Azərbaycan  Xəzər-Lənkəran 4:3 Özbəkistan  Paxtakor Daşkənd
2009 Moldova  Şerif Tiraspol 1:1 p. 5:4 Qazaxıstan  Aktobe
2010 Rusiya  Rubin Kazan 5:2 Qazaxıstan  Aktobe
2011 Azərbaycan  İnter Bakı 0:0 p. 6:5 Belarus  Şaxtyor Soliqorsk

Millilər redaktə

İl I yer Hesab II yer
2012 Rusiya  Rusiya (U-21) 2:0 Belarus  Belarus (U-21)
2013 Rusiya  Rusiya (U-21) 4:2 Ukrayna  Ukrayna (U-21)
2014 Ukrayna  Ukrayna (U-21) 4:0 Rusiya  Rusiya (U-21)
2015 Cənubi Afrika Respublikası  CAR (U-20) 2:1 Finlandiya  Finlandiya (U-21)
2016 Rusiya  Rusiya (U-21) 4:2 Moldova  Moldova (U-21)

Bombardirlər redaktə

Yer futbolçu komandası qol
1 Rusiya  Vladimir Besçastnıx Rusiya  Spartak Moskva 20
2 Rusiya  Yeqor Titov Rusiya  Spartak Moskva 18
3-4 Rusiya  Valeri Keçinov Özbəkistan  Paxtakor Daşkənd
Rusiya  Spartak Moskva
17
3-4 Latviya  Mixail Mixolap Latviya  Skonto 17
5-6 Gürcüstan  Mixail Kavelaşvili Gürcüstan  Dinamo Tbilisi
Rusiya  Spartak Vladiqafqaz
14
5-6 Braziliya  Luis Robson Rusiya  Spartak Moskva 14
7 Rusiya  Andrey Tixonov Rusiya  Spartak Moskva 13
8-9 Ukrayna  Valentin Belkeviç Belarus  Dinamo Minsk
Ukrayna  Dinamo Kiyev
12
8-9 Ukrayna  Andrey Şevçenko Ukrayna  Dinamo Kiyev 12
10-12 Gürcüstan  Qela İnalişvili Gürcüstan  Dinamo Tbilisi 11
10-12 Rusiya  Anatoli Kanişev Rusiya  Spartak Vladiqafqaz
Rusiya  Spartak Moskva
11
10-12 Latviya  Mixail Zemlinski Latviya  Skonto 11

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. “Birlik Kuboku” Azərbaycanda keçirilə bilər Arxivləşdirilib 2023-07-03 at the Wayback Machine. qafqazinfo.az, 27.01.2017  (az.)
  2. "Мутко объявил о закрытии Кубка Содружества". 2016-09-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-11-09.
  3. "Футбольный Кубок Содружества могут возродить в Азербайджане". 2017-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-09.
  4. ""Birlik Kuboku"nun adı dəyişdirildi". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-09-10.
  5. "Birlik kuboku" üçün yeni sponsor[ölü keçid]. apasport.az  (az.)

Xarici keçidlər redaktə


Saytda 88 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024