Bizans memarlığı Haqqinda Melumat - Vikipedia

Bizans memarlığı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Bizans memarlığı

Bizans memarlığıBizans İmperiyasının mövcud olduğu dövrdə yaranmış və inkişaf etmiş memarlıq sənəti. Bizans memarlığının ən mükəmməl nümunələrinə imperiyanın mərkəzi olan Konstantinopol şəhərində və Qərbi Avropada yaradılmışdır. Bu memarlıq sənəti Orta əsrlərİntibah dövrü memarlıq məktəblərinə təsir göstərmiş, 1453-cü ildə Konstantinopol şəhərinin fəth olunmasından sonra isə Osmanlı memarlığının təsirlərinə məruz qalmışdır. Bizans memarlığının nümunələri əsasən kilsəkafedrallarda yaradılmışdır. Konstantinopol Ortodoks Kilsəsinə mənsub kilsələrin divarlarında Bizans memarlığının nadir nümunələri mövcuddur. Bizans memarlığı Qədim Roma memarlıq məktəbənini davamı hesab olunur. Roma İmperiyasının imperatoru I Konstantin eramızın 330-cu ilində imperiyanın mərkəzini Romadan Bizantinə (Konstantinopol şəhərinin ilkin adı) köçürməsindən sonra gələcəkdə Bizans memarlıq məktəbi adlandırılacaq yeni bir memarlıq sənətinin əsası qoyulmuşdur.

Siciliyanın Norman Krallarının Palatine şapeli. Bizans memarlıq üsulu ilə inşa edilmiş və mozaikaları Bizans sənətçiləri tərəfindən düzəldilmişdir.

Ümumi baxış redaktə

Erkən Bizans memarlığı, Qədim Roma memarlığının davamıdır. Memarlıq üslublarındakı dəyişikliklər texnoloji inkişaflar ilə siyasət və hökmranlıq sahəsindəki inkişaflar nəticəsində Yaxın Şərqin müəyyən təsiri ilə doldurulmuş və kilsə memarlığında kvadrat-xaç tipli bir plandan istifadə edilərək müstəqil bir üslub nəhayət meydana gəlmişdir.

Erkən dövr Bizans memarlığı redaktə

 
Sant’Apollinare Nuovo bazilikası

Erkən dövr Bizans memarlığının ilkin nümunələri imperator I Yustinianın hakimiyyəti zamanı yaradılmışdır. Həmin memarlıq nümunələri Sofiya şəhərində yerləşən Ayasofiya kilsəsiniRavennaİstanbul kimi şəhərlərdə tikilən kilsələri misal göstərmək olar. Qərb memarlığının əsas inkişaf hadisələrindən biri kimi I Yustinianın memarlara kilsələrin inşaatı zamanı kəmərlərdən istifadə edilməklə darivəi qübbələrin tikilməsi təşəbüsünü verməsini göstərmək olar.

Ravennada uzunlamasına Sant'Apollinare Nuovo bazilikası və on ətraflı, mərkəzi strukturlu San Vitale Kilsəsi mövcuddur. İstanbuldakı Yustinian abidələri günbəzli Ayasofya və Ayas Eirene kilsələridir, lakin daha qədim və kiçik Müqəddəs Sergios və Bacchosun (Balaca Ayasofya) kilsələri həm uzunlamasına bazilikanı, həm də mərkəzi bina elementlərini daşıdıqları üçün bir model sayıla bilərlər.

Kilsələr xaricində Böyük Saray xarabalıqları, yenilikçi Konstantinopolun müdafiə Divarları (192 qülləli) və Bazilika sisterni (yüzlərlə klassik sütunun təkrar istifadəsi) yer alır. Ravennadakı Ostqot sarayının bir divar şəklində erkən dövr Bizans sarayı görülə bilər.

Selanikin hamisi müqəddəs Hacı Demetriosa həsr olunmuş məbəd, Sinay dağındakı Müqəddəs Yekaterina Monastırı, indiki Gürcüstandakı Cvari monastırı və Vaqarşabatın üç erməni kilsəsi, əsas VII əsrdən sonrakı dövrdə Yustinian zamanını izləyən Bizans əyalətlərindəki memarlıq inkişafı mənasında görkəmli nümunələrdir.

430 metr uzunluğunda "Sangarios Körpüsü" və 17 metrlik dirəkli tək qövslü "Karamağa Körpüsü" digər mühüm mühəndislik nümunələridir.

 
İstanbulda olan VI əsrə aid Aya İrini Kilsəsi, erkən dövr Bizans memarlığının mükəmməl nümunəsidir.

Orta dövr Bizans memarlığı redaktə

Bizans tarixinin orta dövründə çox iddialı memarlıq layihələri görülmür. İkonoklazma illərindən Salonikdəki Ayasofya kilsəsi yadigar qalmışdır. Digər bir əsas bina İznikdəki 1920-ci illərdə dağıdılmış və hal-hazırda yalnız şəkilləri qalmış bir kilsədir.

Ənənəvi olaraq Bizans sənətinin mahiyyəti kimi qəbul edilən Makedoniya sülaləsi arxitekturada qalıcı bir miras qoymamışdır. I Basil dövründə tikilmiş və hər ikisi də günümüzə çatmamış Farosun (müdafiə divarlarındakı mayak) yanında olan Theotokos kilsəsi və Nea Ekklisia kilsəsi, kvadrat xaç tipli məbədlərin nümunəsi kimi xidmət edirdi. Bu dövrə aid digər əsərlər Cənubi İtaliyadakı IX əsrə məxsus Cattolica di Stilo və təxminən 1000-ci ilə məxsus Yunanıstan dakı Hacı Lukas kilsəsi, IX Konstantinin Xiosdakı Nea Moni və təxminən 1050-ci ilə məxsus Afina yaxınlığında yerləşən Dafni Monastırı olaraq sıralana bilər.

 
XI əsrə məxsus Yunanıstanda yerləşən Hacı Lukas kilsəsi, Makedon sülaləsi dövrünün memarlıq nümunəsidir.

Qapalı xaç tipi, Makedoniya sülaləsi dövründə Yunan missionerləri tərəfindən xristian edilən Slavyan ölkələrində də üstünlük təşkil edir. Bu günkü Şimali Makedoniyadakı Oxrid Ayasofya Kilsəsi və bugünkü Ukraynadakı Kiyev Ayasofya Kafedralı, bir çox yan günbəzləri ilə yüksəklik qazanmış və dövrün modasına şahid olan nümunələrdir.

Komnenos və Palaiologos dövrləri redaktə

İstanbulKiçik Asiyada, Komnenos dövrünün memarlıq əsərlərindən Almalı Kilsəsi, Kappadokiya qaya kilsələri, İstanbulda Pantokrator MonastırıTheotokos Kyriotissa Kilsəsi xaricində, demək olar ki, yerdə qalanlarının hamısı yoxa çıxmışdır.

Bizans irsi redaktə

Əsasən Bizans memarlığı qərbdə RomaneskGotik memarlığını yaratmışdır. Şərqdə ilk İslam memarlığına böyük təsir göstərmişdir. Əməvilər dövründə (661–750) Bizans sənəti erkən İslam memarlığına təsir göstərmiş, eyni zamanda Bizans bədii irsi isə xüsusilə SuriyaFələstində yeni İslam sənətinin əsas mənbəyi olmuşdur. 691-ci il tarixli Qüdsdəki Qübbətüs-SəhraŞamdakı 709–715-ci illərdəki Əməvilər məscidi kimi Suriyada və Fələstində, fərqli erkən İslam əsərlərində əhəmiyyətli Bizans təsirləri görülə bilər. Qübbətüs-Səhra plan və qismən bəzək baxımından Bizans sənətinə açıq bir istinad verir. Əməvilər məscidinin planı, VIVII əsrlərdəki normal xristian bazilikalarına bənzəyir, lakin xristian bazilikalarından fərqli olaraq məscid uzunlamasına deyil, eninə dəyişdirilərək genişləndirilmişdir. Bu dəyişiklik camaata daha rahat ibadət etməyə xidmət edirdi. Məscidin orijinal mehrabı qiblə divarının ortasında deyil, demək olar ki, şərq hissəsinin ortasında yerləşir. Bu xüsusiyyət, memarın xristianların yarım günbəz təsirindən qaçmaq üçün mehrabı eninə divarın ortasına qoymaması ilə izah olunur. İslam və Mavr arxitekturasını müəyyənləşdirən, çini işləmələr, həndəsi formalar, çoxsaylı tağlar, günbəzlər və rəngli kərpiclər və daş işləmələri bəzi formalarında Bizans memarlığından təsirlənmişdir. Bolqarıstan, Rusiya, Rumıniya, Serbiya, Gürcüstan, Ukrayna və digər Pravoslav ölkələrində Bizans memarlığının təsiri daha uzun müddət davam etmişdir və nəticədə bu ölkələrdə sonunda özlərinin yerli memarlıq məktəbinin yaranmasına səbəb olmuşdur.

XIX əsrin Qotik intibahında kiçik bir dövrə malik olan Neo Bizans memarlığı, Londondakı Westminster Kafedralı və təxminən 1850 ilə 1880 arasında Bristolda Məğrib memarlığının və Bizans tərzinin elementlərini birləşdirən sənaye binalarında geniş istifadə olunan "Bristol Bizansı" kimi daşlar ilə nəticələnmişdir.

Həmçinin bax redaktə

İstinadlar redaktə

Xarici keçidlər redaktə


Saytda 61 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023