Bob Akri Haqqinda Melumat - Vikipedia

Bob Akri Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Robert R. "Bob" Akri (1 oktyabr 1918, Çikaqo, İllinoys25 iyul 2013[1])[2] — amerikalı caz pianoçusu.

Bob Akri
Ümumi məlumatlar
Doğum tarixi 1 oktyabr 1918(1918-10-01)
Doğum yeri
Vəfat tarixi 25 iyul 2013(2013-07-25)[1] (94 yaşında)
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi, pianoçu, cazmen
Janr caz
Musiqi aləti piano
bobacri.com

Həyatı redaktə

1 oktyabr 1918-ci ildə ABŞ-nin Çikaqo ştatında anadan olmuşdur. Bob Akri təhsilini Çikaqonun "Austin High" məktəbində almışdır. Austin High məktəbində olarkən, "Dare Qarrovay Radio Şousundakı NBC orkestrində" karyerasına başladı. Rudolf QanzFred Euyinq ilə birlikdə oxuyurdu. O həmçinin Dr.Karel CirakBill Russo ilə birlikdə kompozisiyanı öyrəndi. Karyerası ərzində də o, ABCNBC Radio orkestrində, eləcə də "Mister Kellinin Çikaqo gecə klubunun orkestrı"nda da ifa edirdi. O musiqi üzrə bakalavr təhsili alıb. Bob Akri 70 yaşında ikən "Rusevelt" universitetindən ilk dəfə musiqi dərəcəsi qazanmışdır. O öz karyerasının sonlarında Kontinental Plaza Hotelinin "Kantina Room"dakı qrupuna rəhbərlik etmişdir. Məşhur cazz pianoçusu Bob Akri 25 iyul 2012-ci ildə (94 yaşında) ABŞ-də vəfat etmişdir.

Akri 2001 və 2004-cü illərdə 2 instrumental musiqi albomunu buraxdı. 2004-cü ildə özünün albomunda çıxan "Sleep Away" , Windows 7 üçün nümunə bir musiqi olaraq seçildi.

Diskoqrafiya redaktə

2001; Timeless- Musiqisi Bob Akrinindir.
2004; Sleep Away- (Corci Mraz, Ed Siqpen, Lyu Solof , Frank Uess və Dayen Delin)

İstinadlar redaktə

  1. 1 2 https://www.dignitymemorial.com/obituaries/wilmette-il/robert-acri-5614094.
  2. "Robert R. Acri's Obituary on Chicago Tribune". Chicago Tribune. July 28, 2013. December 13, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 27, 2018.

Xarici Keçidlər redaktə


Saytda 170 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024