Borsunlu kurqanları Haqqinda Melumat - Vikipedia

Borsunlu kurqanları Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Borsunlu kurqanları

Borsunlu kurqanlarıTərtər rayonu, Borsunlu kəndi ətrafında, İncəçayın orta axarlarına yaxın yerləşmiş arxeoloji abidə.

Borsunlu kurqanları
Borsunlu kurqanından aşkar edilmiş gil qab, Gəncə Dövlət Tarix-Diyarşünaslıq Muzeyi
Borsunlu kurqanından aşkar edilmiş gil qab, Gəncə Dövlət Tarix-Diyarşünaslıq Muzeyi
Ölkə  Azərbaycan
Şəhər Tərtər
Yerləşir Borsunlu
KateqoriyaArxeoloji abidə
ƏhəmiyyətiDünya əhəmiyyətli

Ümumi məlumat redaktə

Borsunlu nekropolundakı kurqanlarının bir qrupu H.F.Cəfərov tərəfindən tədqiq edilmişdir. H.F.Cəfərov ayrı-ayrı qruplar halında cəmləşən kurqanları beş tipə bölünmüşdür. Kurqanların bəzisi kromlexlərlə əhatələnmişdir. Alim müəyyən etmişdir ki, kurqanların altında yerləşən qəbir kameraları dördkünc formaya malik olub gəc məhlulu ilə bərkidilən daş lövhələrdən inşa olunub. Bəzi qəbir kameralarının giriş yolu vardır. Borsunlu kurqanları üçün inqumasiya, kremasiya, həmçinin kollektiv dəfnlər xarakterikdir.[1]

Borsunlu nekropolunda tədqiq olunan 1 №-li kurqanın qəbir kamerası dairəvi, 30 №-li kurqanın qəbir kamerası isə dördkünc formalıdır. Qəbirlərdən insan skeletinə aid qalıqlar, qara cilalı gil qablar və digər maddi-mədəniyyət qalıqları aşkar olunmuşdur.[2]

İstinadlar redaktə

  1. Baxşəliyev, Vəli. Azərbaycan arxeologiyası, I cild. Bakı: Azərbaycan Мilli Elmlər Akademiyasının Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti. 2006. 83.
  2. Baxşəliyev, Vəli. Azərbaycan arxeologiyası, I cild. Bakı: Azərbaycan Мilli Elmlər Akademiyasının Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti. 2006. 148.

Saytda 228 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024