Bosniya Haqqinda Melumat - Vikipedia

Bosniya Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Bosniya (bosn. Bosna, serb. Босна, xorv. Bosna) — Bosniya və Herseqovinanın böyük bir hissəsini təşkil edən tarixi vilayəti. Dinar öndağlığı ilə Ortadunay çökəkliyi ilə ayrılır. Bosinyanın sahəsi 41 min km² təşkil edir. Bu isə Bosniya və Herseqovinanın 80 % ərazisini təşkil edir. Ölkənin cənub hissəsində isə Hersoqovina vilayəti qərarlaşır. Bosniya və Hersoqovina vilayətləri arasında sərhəd dəqiq bəlli olmasa belə İvan-Planinə görə götürülür.

Bosniya və Herseqovinanın vilayətləri

Hər iki vilayət orta əsrlərdən bir-biri ilə sıx bağlıdır. Adəti üzrə Bosniya adı bəzən bütün Bosniya və Hersoqovina adına istifadə edilir. Bosniya və Herseqovina adı Osmanlı imperiyası hakimiyyətinin sonlarına aiddir.

Tarixi redaktə

 
Bosniyanın orta əsrlərdə genişlənməsi

Bosniya vilayəti VII əsrdən serb tayfaları ilə məskunlaşılmışdır[1][2]. Sonradan onun ərazisinə Serbiya, Xorvatiyanın bir sıra vilayətləri və müstəqil Bosniya əraziləri daxil idi. Bu tip ilk Bosniya dövlətini Ban kulin təşkil etmişdir. Bu dövlət 1180-ci ildə Bizansın vassal asıllığında idi. Bu dövlət XIV əsrin ortalarında I Tvrtkonun hakimiyyət illərində çiçəklənirdi. 1370-ci ilə qədər o, Bosniya ərazisini genişləndirmişdi. Üstəli Macarıstanla sülh müqaviləsi imzalsmışdı. Bu onun müstəqilliyinə olan təhlülənin aradan qalxmasına imkan vermirdi. 1377-ci ildə o həmdə Serbiyanın kralı idi. 1390-cı ildə İlliriyo və Adriatik dənizi adalarının işğalı ilə həmdə Xorvatiya və Dalmasiyanın kralı olur. Bu zaman Bosniya Balkan regionunun diktə edən dövləti idi. Burada yalnız Macarıstan və Osmanlı dövlətindən geri qalırdı. Tvrtko ustslıqla türk hücumlarından qoruna bilirdi. Onun ölümündən sonra Bosniya öz müstəqilliyini itirmişdir. 1463-cü ildə isə Osmanlı dövlətinin tərkibinə keçmişdir. Bundan sonra isə adi bir vilayətə çevrilmişdir. 1853-cü ildən vilayət Bosniya və Herseqovina adlandırılır.

1878-ci ildə Bosniya və Herseqovina Avstriya tətəfindən işğal edilir. 1908-ci ildə vilsyət ləğv edilmişdig. Frans-Ferdinand Bosniyanın paytaxtı Sarayevoda ölürüldükdən sonra Birinci dünya müharibəsi başlamışdır. Avstriya-Macarıstan dağıldıqdan sonra Bosniya və Herseqovina Yuqoslaviya Krallığına daxil edilmişdir. İkinci Dünya müharibəsi dönəmində 1941 - 1945-ci illərdə Bosniya Müstəqil Xorvatiya dövlətinin tərkibinə daxil edilmişdir. Ancaq burada Yuqoslaviya partizan dəstələri faktiki bölgənin bir hissəsini nəzarətdə saxlayırdı. Müharibədən sonra bölgə vahid Bosniya və Herseqovina Sosialist Respublikasınln tərkibi olaraq Yuqoslavir Federativ Sosialist Respublikaslna daxil edilmişdir.

1992-ci ildə Yuqoslaviya dağıldıqdan sonra Bosniya və Herseqovina müstəqil dövlətə çevrilir. Ancaq burada yaşayan serblərxorvatlar buna qarşı çıxırlar. Bu isə etnik münaqişəyə səbəb olur. Bosniya müharibəsi çoxlu sayda insan itkisinə səbəb olur. Deyton müqaviləsi ilə ölkə Bosniya və Herseqovina Federasiyası və Serb Respublikası olmaqla iki hissəyə bölünmüşdür.

Şəhərləri redaktə

Bosniyanın iri şəhərləri:

İstinadlar redaktə

  1. Раннефеодальные государства на Балканах VI—XII вв. / Литаврин Г.Г.. — Москва: Наука, 1985. — С. 198.
  2. Чиркович Сима. История сербов. — М.: Весь мир, 2009. — С. 18. — ISBN 978-5-7777-0431-3.

Saytda 169 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023