Boyaqlar Haqqinda Melumat - Vikipedia

Boyaqlar Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Boyaqlar (azobayaqlar) - kimyəvi tərkib etibarı ilə azoboyaqlar, azobenzolun hidroksilli və ya aminli törəmələridir. Onların ən sadələri oksiazobenzol C6H5—N=N—C6H4OH və aminazobenzol C6H5—N=N—C6H4NH2-dir

Alınması redaktə

Azoboyaq almaq üçün əvvəlcə amini dnazolaşdırır, sonra onu ikinci komponent - amin və ya fenol ilə bitişdirirlər. Duazolaşdırmaq üçün amin duzu ilə turşu qarışığını yaxşı soyutmaqla qarışdıraraq, üzərinə natrium-nitrit əlavə edirlər. Dbazobirləşməni amin və ya fenolla kondensləşdirdikdə azoboyaq alınır. Müxtəlif aminlər, fenollar və onların müxtəlif törəmələrini götürməklə, müxtəlif tərkibli, müxtəlif rəngli boyaqlar almaq olar. azoboyaq alınması reaksiyanın sürəti, həmin reaksiyada iştirak edən diazobirləşmənin və ikinci komponentin quruluşundan asılıdır.

Azobirləşmələr redaktə

Azobirləşmələr intensiv boyadıcı kimi istifadə olunan üzvi maddələrdir. Molekulun strukturundan asılı olaraq, onlar intensiv sarı, çıhrayı, qırmızı, yaşıl və ya göy rəngdə ola bilərlər. Buna görə onlardan boyaqlar kimi istifadə olunur. Müasir sənayedə alınan boyaqların yarısı demək olar ki, azoboyaqlardır.

Rənglərin insan həyatında rolu redaktə

Rənglərin insan həyatında mühüm rolu vardır. Biz parça, ayaqqabı və s. seçərkən rənglərinə xüsusi fikir veririk. Qədimdən insanlar onları əhatə edən aləmlə paltarların rənginin seçilməsində müəyyən ahəng axtarıblar. Bir çox qəbilələr, tayfalar öz bədənlərini müəyyən rəngə boyayırdılar. Bu hal müasir qadınlarada yad deyildir. Təsadüfü deyil ki, çoxları kimyanın əsasını şərabın alınması ilə deyil, məhz boyaqların alınması ilə, qoyulduğunu idda edirlər. Qədim insanlar hələ spirti tanımadıqları halda mağaralarının divarlarını müxtəlif rənglərə boyayırdılar.

Rəng və onun boyaq molekulunun quruluşu ilə əlaqəsi redaktə

Rəng, işığın gözə olan təsirinin nəticəsidir. Hər bir maddənin rəngi onun işıq dalğalarını udması və ya əks etdirməsindən asılıdır. Əgər maddə mürəkkəb günəş işığı dalğalarının hamısını eyni dərəcədə udarsa, onda gözümüz onu ağ rəngdə görür. Əgər maddə müxtəlif uzunluqda olan işıq dalğalarının yalnız bir qismini seçərək udur, qalanını əks etdirirsə, maddə rəngli görünür.Əgər bütün şüaları tam uda bilmirsə maddə boz rəngdə görünəcəkdir.

Mənbə redaktə

  • M.M.Mövsümzadə "Üzvi kimya", Maarif-1966.
  • S.F.Qarayev, U.B.İmaşev, G.M.Talıbov "Üzvi kimya", Bakı-2003.

Saytda 84 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023