Bozar Haqqinda Melumat - Vikipedia

Bozar Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Bozar[1] (fr. beaux-arts – “təsviri sənət”) – XIX əsrin ortalarında meydana çıxan və milli orta əsrlərə heyranlığının əksinə olan tarixi memarlıq üslubudur (neo-Gotik, neo-Bizans, rus stili); İtalyan İntibahı və Fransız Barokko ənənələrini davam etdirirdi. Klassik Bozar üslubu, klassik və neoklasik arxitekturaya güclü inamla inkişaf etmişdir[2].

Stilin doğuşu redaktə

Üsluba adını verən Paris Gözəl Sənətlər Məktəbinin yetirmələri olmuşdurlar. Fransız İnqilabı dövründə ilk Fransız memarlıq məktəbi olan Académie royale d'architectsure (1671-1793) kral ilə əlaqələrinin olmasına görə bağlanmış və 1803-cü ildə Napoleon Bonapart onun yerində hal-hazırda mövcud olan Təsviri Sənətlər Məktəbini yaratmışdır.

Bu prestijli təhsil müəssisəsində gələcək memarlara (çoxu xarici ölkələrdən gəlmişdi) müştərinin zövqünə görə fərqli tarixi üslubları yenidən yaratmaları öyrənilmişdir. Tələbələrə otaqları binaya nüfuz edən oxlar boyunca simmetrik bir formada düzəltmək, həmçinin otaqların yerləşdirilməsi və bəzədilməsinin qonaqda necə təsir bağışlayacağını nəzərə almaq öyrədilmişdir.

İstinadlar redaktə

  1. А. Н. Шукурова. "Бозар". Большая российская энциклопедия - электронная версия. Министерство культуры Российской Федерации. 2018-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-11.
  2. Уилкинсон Филип. Архитектура: 50 идей, о которых нужно знать. Phantom Press. 2014. səh. 208. ISBN 5864716669.

Saytda 140 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024