Brayde zolaqlı balina Haqqinda Melumat - Vikipedia

Brayde zolaqlı balina Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Brayde zolaqlı balina

Brayda zolaqlı balina[3] (lat. Balaenoptera brydei) — Balinakimilər dəstəsinə Zolaqlı balinalar (Balaenopteridae) fəsiləsinə aid balina növü. Növün adı norveçli gəmi sahibi Yohan Bryodenin şərəfinə adlandırılmışdır[4].

Brayde zolaqlı balina
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Brayde zolaqlı balina
Beynəlxalq elmi adı

Yayılması redaktə

Brayda zolaqlı balinaları digər Zolaqlı balina cinsinə daxil olan balinalardan fərqli olaraq, əsasən tropik qurşaqlar arasında yayılmışdır. Qütblərə miqrasiyası müşahidə edilməmişdir.

Xariçi görünüşü redaktə

Brayda zolaqlı balinalar ölçü baxımından kiçik balinalara daxildilər. Uzunluqları 12–14 metr, çəkiləri isə 16–25 ton arasında dəyişir. Bu canlının üzəri tünd-boz rəng çalarlarında olur. Bel üzgəci digər zolaqlı balinalardakı kimidir. Bu növün digər növlərdən əsas fərqi baş nahiyyəsində üç şiş olmasıdır.

Özünü aparması redaktə

 
Величина полосатика Брайда по сравнению с человеком

Bu balinalar cütlüklər halında əsasən qruplar şəklində yaşayırlar. Yaşadığı suların temperaturu +20° S təşkil edir. Miqrasiyası uzun yolu əhatə etmir. Əsasən qida məqsədi ilə edilir. Balıqlar, xərçəngkimilər və başıayaqlılarla qidalanırlar.

Təhlükə redaktə

1960-cı illərdə Şimal yarımkürəsində bu növün ovlanılmasına başlanılır. Ancaq digər növlərə nisbətdə az ovlanılırdı. Bu səbəbdən bu növ balinalar nəsli kəsilmə təhlükəsi olmayan növ kimi qeydə alınmışdır. Onların hazırda sayları 40–80 min baş olaraq qiymətləndirilir.

Takson redaktə

 
Brayda zolaqlı balina

Növ ilk dəfə 1913-cü ildə qeydə alınır və Balaenoptera brydei olaraq adlandırılır. Lakın sonra 1878-ci ildə qetdə alınan İden zolaqlı balinasının (Balaenoptera edeni) yarımnövü olaraq hesab edilir. Hətta Balaenoptera edeni olaraq adlandırılır. 1993-cü ildə bu canlıların genetik araşdırmaları nəticəsində fərli növ olmaları təstiqlənir. Balaenoptera brydei olaraq adı təstiqlənsədə bəzi mənbələrdə Balaenoptera edeni olaraq göstərilir.

İstinadlar redaktə

  1. Integrated Taxonomic Information System (ing.). 2002.
  2. Olsen Ø. On the External Characters and Biology of Bryde's Whale (Balaenoptera brydei*), a new Rorqual from the Coast of South Africa (ing.). // Proceedings of the Zoological Society of London / Zoological Society of London London: ZSL, 1913. Iss. Part IV. P. 1074. ISSN 0370-2774 doi:10.1111/J.1096-3642.1913.TB02005.X
  3. Соколов В. Е. Пятиязычный словарь названий животных. Млекопитающие. Латинский, русский, английский, немецкий, французский. / под общей редакцией акад. В. Е. Соколова. — М.: Рус. яз., 1984. — С. 120. — 10 000 экз
  4. Bo Beolens, Michael Watkins, and Mike Grayson. The eponym dictionary of mammals. — Baltimore: The Johns Hopkins University Press, 2009. — P. 61. — 574 p. — ISBN 978-0-8018-9304-9.

Ədəbiyyat redaktə

  • R. R. Reeves, B. S. Stewart, P. J. Clapham, J. A. Powell: See Mammals of the World — a complete Guide to Whales, Dolphins, Seals, Sea Lions and Sea Cows. A&C Black, 2002, ISBN 0-7136-6334-0
  • M. Würtz, N. Repetto: Underwater world: Dolphins and Whales. White Star Guides, 2003, ISBN 88-8095-943-3

Saytda 72 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023