Braziliyada LGBT insanlar Haqqinda Melumat - Vikipedia

Braziliyada LGBT insanlar Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Braziliyada LGBT insanlar

Braziliyadakı LGBT insanlar Braziliya əhalisinin təxminən 8.35%-ni və ya təxminən 20.000.000 nəfəri təşkil edir.[1]

São Pauloda göy qurşağı şarları.

Demoqrafik redaktə

Demoqrafik tədqiqat redaktə

2009-cu ildə São Paulo Universiteti tərəfindən aparılan sorğuda 10,4%-lik Braziliyalı kişilərin 7,8%-nin homoseksual, 2,6%-nin isə biseksual olduğu məlum oldu. 6,3%-likqadınlar arasında isə lezbiyanlar əhalinin 4,9%-ni, biseksual qadınlar isə 1,4%-ni təşkil edir.[2]

LGBT əhalisinin cins tərkibi aşağıdakı kimidir: 64% kişi və 36% qadın. Tədqiq olunan əhalinin elan edilmiş cinsi oriyentasiyasının tərkibi aşağıdakı kimi bölüşdürülür: 54%-i gey, 28%-i lezbiyan, 17%-i biseksual, 1%-i yuxarıda göstərilənlərin heç birinə uyğun gəlmədiyini bildirib. LGBT əhalisinin təhsili aşağıdakı kimi qeyd edilir: 57% ali təhsil (universitet və ya kollec) bitirmiş, 40% orta məktəb (orta təhsil) bitirmişdir. LGBT əhalinin mənzil şəraitinin tərkibi aşağıdakı kimidir: 52%-i valideynləri və ya qohumları ilə, 22%-i partnyorları ilə, 20%-i tək yaşayır, 6%-i isə dostları ilə yaşayır.[3]

2010-cu ildə Braziliya Səhiyyə Nazirliyi tərəfindən aparılan sorğu, Braziliyanın gey əhalisinin heteroseksual əhalidən daha çox gəlir qazandığını göstərmişdir. Homoseksuallar: A və B sinifləri, 26,9%, C sinfi, 49,9%, D və E sinifləri, 23,2%. Heteroseksuallar: A və B sinifləri, 18,2%, C sinfi, 47,8%, D və E sinifləri 34% idi.[4]

 
Porto Aleqridə LGBT-lər.

2007-ci ildə Insearch tərəfindən aparılan sorğu, Braziliya qeylərinin heteroseksuallara nisbətən asudə vaxtla bağlı əşyalara 40% daha çox pul xərclədiyini aşkar etdi. 84%-i son 12 ay ərzində dörd dəfə Braziliyaya, 36%-i isə son üç ildə xaricə gedib. Braziliyalı qeylər də daha çox oxuyur, 88%-i qəzet, 94%-i jurnal oxuyur. 73%-inin orta hesabla ayda üç dəfə kinoya getmək vərdişi var, 46%-i ayda bir dəfə teatra gedir və 57%-i ildə səkkiz kitab alır. Bu isə ölkə üzrə orta göstəricini üstələyir.[5]

Braziliya LGBT-lərinin təqribən 80%-i böyük şəhərlərdə yaşayır, 20%-i isə daxili vətəndaşlardır.[6] Braziliyanın qeylərin dostu kimi tanınan böyük şəhərlərində qey-barlar və pablar, qey gecə klubları, qey hamamları və qey restoranları kimi bir sıra gey yönümlü müəssisələr var. San Paulonun ən məşhur gey kəndi Frei Caneca küçəsi, Rioda isə Farme de Amoedo küçəsidir.[7]

Şəhər üzrə redaktə

Sıra Şəhər Şəhər əhasilinin ümumi faizi GLB

Əhali

sıra
1 Rio de Janeiro 14.30% 1
2 Fortaleza 9,35% 2
3 Manaus 8,35% 3
4 San Paulo 8,20% 4
5 Salvador 8,05% 5
6 Braziliya 7,95% 6
7 Belo Horizonte 6,85% 7
8 Kuritiba 6,55% 8
9 Porto Aleqre 5,95% 9
10 Cuiaba 5,65% 10

Eynicinsli cütlüklər redaktə

 
Braziliyada lezbiyan cütlük.

2010 IBGE Siyahıyaalmasına görə Braziliya bölgələri üzrə eyni evdə eyni cinsli münasibətlər : [8]

Sıra Region Eynicinsli cütlüklər Eynicinsli

Cütlüklər

sıra
1 Cənub-şərq 32,202 1
2 Şimal-şərq 12,196 2
3 Cənub 8000 3
4 Mərkəzi-Qərb 4,141 4
5 Şimal 3,429 5

Adambaşına düşən ÜDM redaktə

2010 IBGE Siyahıyaalmasına əsasən, eynicinsli cütlüklərin adambaşına düşən ÜDM-i (illik) əks cinsli cütlüklərdən daha çox olub: [9]

Adambaşına düşən ÜDM (illik) Qarşı cinsli cütlüklər Eynicinsli Cütlər
< R$3,270 (çox pis) 9,2% 3,4%
R$3,270 < R$6,540 (kasıb) 18,72% 15,6%
R$6,540 < R$13,080 (nisbətən kasıb) 10,56% 25,14%
R$13,080 < R$32,700 (aşağı orta sinif) 10,56% 20,5%
R$32,700 < 65,400 R$ (orta sinif) 3,41% 9,55%
R$65,400 < R$130,800 (yuxarı orta sinif) 1,05% 3,77%
> 130,800 R$ (varlı) 0,34% 1,4%

İstinadlar redaktə

  1. "20 millions of Brazilians - LGBT people". 2013-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-04.
  2. "Percentages of LGBT Brazil". Mundo Mais (Portuguese). 2009. 2022-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-02.
  3. LGBT Census - Brazil Arxivləşdirilib 2010-09-29 at the Wayback Machine
  4. "Brazilian homosexuals have more money than heterosexuals". 2015-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-04.
  5. "Gays at the top of the pyramid". 2012-02-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-04.
  6. "LGBT people and the cities". 2017-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-04.
  7. LGBT areas in Brazil Arxivləşdirilib 2011-07-06 at the Wayback Machine
  8. "60,000 same-sex relationships in Brazil - 2010 IBGE Census". 2018-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-04.
  9. "Same-sex relationshipscouples in Brazil - 2010 IBGE Census". 2019-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-04.

Saytda 124 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024