Bremen Haqqinda Melumat - Vikipedia

Bremen Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz


Bremen(alm. Bremen[ˈbʁeːmən])—Bremen əyalətinin paytaxtı.

Bremen
Bremen
Bayraq[d] Gerb
Bayraq[d] Gerb
53°04′33″ şm. e. 8°48′26″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 317,88 km² (31 dekabr 2017)[1]
Mərkəzin hündürlüyü 11 ± 1 m, 6 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 569.396 nəf. (31 dekabr 2022)[2][3]
Rəqəmsal identifikatorlar
Telefon kodu +49 421
Poçt indeksi 28195[4], 28197[4], 28199[4], 28201[4], 28203[4], 28205[4], 28207[4], 28209[4], 28211[4], 28213[4], 28215[4], 28217[4], 28219[4], 28237[4], 28239[4], 28259[4], 28277[4], 28279[4], 28307[4], 28309[4], 28325[4], 28327[4], 28329[4], 28355[4], 28357[4], 28359[4], 28717[4], 28719[4], 28755[4], 28757[4], 28759[4], 28777[4], 28779[4]
Nəqliyyat kodu HB
Digər
bremen.de
Xəritəni göstər/gizlə
Bremen xəritədə
Bremen
Bremen
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi redaktə

Bavariya, HamburqSaksoniya ilə birlikdə Bremen də artıq 1945-ci ilə qədər mövcud olan siyasi subyektlərdən biri idi; San-Marinodan sonra bu dünyada ikinci ən qədim şəhər respublikadır. Bremen əyaləti Bremen şəhərindən (543 000 əhali) və Veser (d) çayından 65 kilometr aşağıda yerləşən Bremerhaven (d) (125 000 əhali) şəhərindən ibarətdir. Bu iki şəhər arasından ərazi Aşağı Saksoniya əyalətinin payına düşür.

İlk dəfə 1200 il əvvəl, daha doğrusu 782-ci ildə milad tarixi ilə 787-ci ildə adı çəkilən və İmperator I Fridrix Barbarossa tərəfindən azad şəhər hüququ alan Bremen 1358-ci ildə Hanseatik liqaya qatıldı. 1404-cü ildə Rolandın heykəlini ucaltmaqla və 1405-ci ildə Şəhər Dəhlizini tikməklə şəhər özünün sağlam təyinata ehtiyacını nümayiş etdirdi. 1646-cı ildə Bremen müstəqil imperiya şəhəri statusunu aldı; 1806-cı ildən bəri Bremen özünü Müstəqil Hanseatik Şəhəri adlandırır. Bremenhaven 1827-ci ildə yaradıldı və 1851-ci ildə şəhər statusuna qaldırıldı. Əyalət parlamenti ənənəvi "Bremise Bürgerşaft" adını daşıyır; əyalət hakimiyyəti "Senat" adlanır və Senatın Rəhbəri əyalətin hakimiyyət rəhbəridir. Hər il Fevral ayının ikinci Cümə günü Almaniyanın məşhur ictimai xadimləri Bremenin dənizkənarı ictimaiyyəti tərəfindən Şəhər Dəhləzində keçirilən tarixi "Şaffermaltsayt" iməcliyinə dəvət olunur.

Əhali redaktə

Xarici Ölkə Rezidentləri[5]
Ölkə Əhali (2016)
Türkiyə  Türkiyə 20,325
Suriya  Suriya 11,787
Polşa  Polşa 7,602
Bolqarıstan  Bolqarıstan 5,835
Əfqanıstan  Əfqanıstan 2,872
Rusiya  Rusiya 2,858
Rumıniya  Rumıniya 2,459
İtaliya  İtaliya 2,221
İran  İran 1,996
İspaniya  İspaniya 1,780

Limanlar və yüksək texnologiya redaktə

Limanlar və gəmiçilik, beynəlxalq ticarət əlaqələri və inkişaf etmiş sənaye tərəfindən istehsal edilən yüksək keyfiyyətli məhsullar Bremenin iqtisadi həyatının əsasını təşkil edir. Bremerhavendəki anbar terminalı Avropada ən böyük beynəlxalq əlaqəli anbar gəmidaşıma vasitəsidir. Hər il təqribən 10 000-ə yaxın gəmi Bremen limanlarını bütün dünyanın 1000-ə qədər limanı ilə birləşdirir. Bir milyondan nəzərə çarpacaq dərəcədə çox illik daşınma həcminə malik Bremenhaven Avropanın ən mühüm avtomobil nəqliyyatı nöqtəsidir. Müstəqil Hanseatik Şəhərin tərsanələri gəmiqayırmada keyfiyyətə iddialıdırlar.

Bremen həm də Alman qidasının, dəbdəbəli ərzaqlarının və içki sənayesinin mərkəzlərindən biridir: Kofe, şokolad, un, süd məhsulları, ədviyyat, balıq məhsulları və pivə ən məşhur məhsullardır. Raketlər, peyklər və hava gəmiləri üçün əsas komponentlər Bremendə - kosmik sənaye tıxacında inkişaf etdirilib və tikilib. Elektrik və elektronika sənayesi, o cümlədən yüksək texnologiya sənayesi də ölkə iqtisadiyyatında qabaqcıl rol oynayır. Bremenin yüksək texnologiya sahəsindəki təcrübəsinin rəmzi Birləşmiş Kainat Texnologiyası və mikrocazibə Mərkəzinin 148 metrlik hündürlüyə malik qülləsidir. Burada eksperimentlər çəkisizlik şəraitində aparıla bilər. 300 ildən artıq yaşı olan Bremen Təminat Mübadiləsi və məhsul mübadilələri bütün şimal-qərbi Almaniyanın ticarətini idarə edir.

Dəniz tədqiqatı və incəsənət redaktə

Bremen Universitetinin təqribən 18 000 tələbəsi var; onun ilkin əhəmiyyətli sahələri mühəndislik və təbiət elmləridir. Bremen Birləşmiş Şüa Texnologiyası İnstitutu (BİAS) və Gəmiçilik İqtisadiyyatı və Məntiq İnstitutu əsas tədqiqat sahəsində liderlərdir. Tropik Dəniz Ekologiyası Mərkəzi və Dəniz Mikrobiologiyası Maks Plank İnstitutu dəniz tədqiqatının müasir fikirlərini inkişaf etdirir. Bremen həmçinin Alfred Vegener Qütb və Dəniz tədqiqatı İnstitutunun məskənidir. Diizayn, incəsənət və musiqi üzrə təmərküzləşən Bremen İncəsənət və Musiqi Akademiyası da həmçinin məşhurdur. 1997-ci ilin əvvəlləri, bərpa edilmiş "Qloke" - qeyri-adi akkustikaya malik konsert zalının yenidən açılması ilə yadda qalıb.

Bremenin mənzərələri redaktə

Bremenin mənzərələri hər il milyonlarla ziyarətçini cəlb edir: Bazar Kvadratı, o cümlədən İntibah Şəhər Dəhlizi, Rolandın heykəli və Qothik St. Peter Kilsəsi, məşhur "Bötçerştrasse" və Şnoor Kvartalı. Bremen Açıq Bazarı 960 ildir ki, Bürgervaydedə keçirilir və Almaniyada ən böyük yarmarkalardan biri sayılır.

İncəsənət Qalereyası, Yeni Veserburq Muzeyi, Gerhard Marks Evi və Paula Beker Moderzon Evi mühüm incəsənət işlərini təqdim edir. Bremerhavendəki Alman Dənizkənarı Muzeyi dənizçiliyin bütün dövrlərinə aid heyrətamiz kolleksiyaları, o cümlədən muzeyin öz limanında olan çoxlu sayda tarixi gəmiləri ilə fəxr edir. Teatr am Qoetheplatz, hər il keçirilən Bremen Musiqi Proyekti musiqi və teatra ev sahibliyi edirlər.

Coğrafiya redaktə

İqtisadiyyat redaktə

Ətraf mühit redaktə

Rayonları redaktə

Memarlıqı redaktə

Mədəniyyəti redaktə

Təhsil redaktə

İdman redaktə

Nəqliyyatı redaktə

Tanınmış sakinləri redaktə

Qalereya redaktə

İstinadlar redaktə

  1. Alle politisch selbständigen Gemeinden mit ausgewählten Merkmalen am 31.12.2018 (4. Quartal). Federal Statistical Office.
  2. http://www.statistik-bremen.de/bremendat/abfrage_resultat.cfm?tabelle=12411-01-01&titelname=Bremen%20Infosystem&netscape=ja. Statistisches Landesamt Bremen.
  3. Alle politisch selbständigen Gemeinden mit ausgewählten Merkmalen am 31.12.2022 (alm.). DESTATIS, 2023.
  4. 4,00 4,01 4,02 4,03 4,04 4,05 4,06 4,07 4,08 4,09 4,10 4,11 4,12 4,13 4,14 4,15 4,16 4,17 4,18 4,19 4,20 4,21 4,22 4,23 4,24 4,25 4,26 4,27 4,28 4,29 4,30 4,31 4,32 https://www.dastelefonbuch.de/Postleitzahlen/Bremen.
  5. "Statistisches Jahrbuch 2016" (PDF). Statistisches Landesamt Bremen. 2022-01-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-04.

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə


Saytda 59 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023