Brno Haqqinda Melumat - Vikipedia

Brno Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Brno (çex dili: Brno, almanca: Brünn) — Çex Respublikasının ikinci böyük şəhəri. SvitavaSvratka çaylarının birləşdiyi yerdə yerləşir. Cənubi Moraviya diyarının inzibati mərkəzi, keçmiş Böyük Moraviya dövlətinin paytaxtı olub.

Şəhər
Brno
Brno
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
49°11′43″ şm. e. 16°36′30″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1243
İlk məlumat 1091[1]
Sahəsi
  • 230,182739 km²[3]
Mərkəzin hündürlüyü 237 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 396.101 nəf. (1 yanvar 2023)[4]
Rəqəmsal identifikatorlar
Poçt indeksi 602 00–664 81[5]
Nəqliyyat kodu B
Digər
brno.cz
Xəritəni göstər/gizlə
Brno xəritədə
Brno
Brno
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarix redaktə

Brno şəhərinin adı ilk dəfə XI əsrdə rast gəlinir. Şəhərin adının yaranması ilə başğlı bir neçə mülahizə vardır. Birincisinə görə "Brno" sözü - "brniti" - müdafiə, ikinci mənbəyə görə - "təpə", üçüncü mənbəyə görə isə - bu dəyişdirilmiş kelt sözüdür ("Eburodunon" sözündən). 1243-cü ildə Brno azad şəhər statusunu aldı, XIII əsrdə isə Morav krallığının mərkəzi oldu. 1454-cü ildə kral Ladislav Poqrobek şəhərdə yaşayan bütün yəhudiləri qovur. Habsburqlar sülaləsinin Çexiyada hökmdarlığı zamanı, Brno bütün Moraviyanın mədəniyyət mərkəzi hesab edilirdi. Otuz illik müharibə zamanı şəhər iki dəfə İsveç ordusu tərəfindən işğal edilir. 1777-ci ildə Brno yepiskopluq mərkəzinə çevrilir. 1918-ci ildə Çexoslovakiyanın tərkibinə daxil olur, İkinci dünya müharibəsi zamanı güclü dağıntıya məruz qalır (əsasən ingilis-amerikan aviasiyası tərəfindən). Beneş dekretlərindən sonra, şəhərdə yaşayan bir çox almanlar deportasiya olunurlar.

 
Almanların Çexiyadan deportasiyası

Əhalisi redaktə

18692009-cu illərdə Brnonun əhali sayı:

İl 1869 1880 1890 1900 1910 1921 1930
Əhali 104 977 120 122 145 782 176 645 216 709 237 659 283 972
İl 1950 1961 1970 1980 1991 2001[6] 2009
Əhali 299 099 324 173 344 218 371 463 388 296 376 172 405 405

Nəqliyyat redaktə

Şəhərdə Turjanı aeroportu (çex. Tuřany) fəaliyyət göstərir. Brno ölkənin əsas avtomagistralların kəsişmə mərkəzidir, yol Praqadan Bratislavaya qədər gedir.

Görməli yerləri redaktə

Brnoda bir çox mədəniyyət və memarlıq abidələri vardır. Şəhərin mərkəzi sayılan "Stare mesto"-da qotik Pyotr və Pavel kilsəsi (XIII-XX ə.), müqəddəs Yakub, Tomaş və Yan kilsələri (hamısı XIII-XVII əsrlər), Köhnə və Yeni ratuşa binaları və s. yerləşir

 
Brno mədəniyyət muzeyi

Qardaşlaşmış şəhərlər redaktə

Brnonun qardaş şəhərləri:

Brno şəhərinin şərəfinə asteroidlərdən biri (290) Bruna adlandırılıb.

İstinadlar redaktə


Saytda 44 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024