Burak Özçivit Haqqinda Melumat - Vikipedia

Burak Özçivit Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Burak Özçivit (24 dekabr 1984, İstanbul) — Türk aktyor və keçmiş model.

Burak Özçivit
Doğum tarixi (39 yaş)
Doğum yeri Sarıyer, İstanbul, Türkiyə[1]
Vətəndaşlığı
Həyat yoldaşı Fəxriyyə Evcən[2]
Fəaliyyəti Aktyor, Model[3]
Fəaliyyət illəri 2006-indiyədək
Təhsili Mərmərə Universiteti
Boyu 184 sm[3]
Çəkisi 76 kq[3]
Mükafatları Türkiyənin ən yaxşı modeli (2003, 2005)[3]
IMDb ID2704629
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Əslən Qaziantepli olan aktyor, 2001-ci ildə Kazım İşmen liseyindən məzun olub.

Mərmərə Universitetin gözəl peşələr fakültəsi fotoqrafçılıq ixtisasında oxuyub. 2003-cü ildə "Türkiyənin ən yaxşı modeli" müsabiqəsinə qatılmış və "gələcəyi vəd edən model" seçilmişdir.

Yarışmadan sonra Uğurkan Erez agentliyi ilə işə başlamışdır. Daha sonra modelliyi buraxmış, Uğurkan Erezin agentliyində çalışmışdır.

Daha sonra 2005-ci ildə müsabiqəyə yenidən qatılmış və "Türkiyənin ən yaxşı modeli" seçilmişdir. Bundan sonra "Dünyanın ən yaxşı modeli" müsabiqəsində ikinci yerə çıxmışdır. Fərrux Saraç, Abbat, Tween və Network kimi markaların xarici sərgi nümayişlərində vəzifə almışdır.

2006-cı ildə "Mənfi 18" adlı serialında gənc komissar Muradı canlandırmışdır. 2007-ci ilin noyabrında kinoteatrlarda nümayiş etdirilən "Müsəllət" adlı kino filmində rol almışdır. 2008-ci ildə Kanal D-də göstərilən və rejissoru Kartal Tibet olan "Zorakı ər" adlı serialda rol almışdır. Daha sonra Star Tv-də göstərilən "Xəyanət" serialında rol almışdır.

2008-ci ilin yaz aylarında isə "Ata ocağı" adlı serialda Güvən adlı xarakteri canlandırmışdır. Daha sonra "Qeybətçi qız" adlı xarici serialdan dən ilhamlanılan "Küçük Sırlar" adlı serialda Çetini canlandırmışdır. 2011-ci ildə Muhteşem Yüzyıl serialında Malkoçoğlu xarakterini canlandırdı. 2013 - 2014 illəri arasında Prodüseri Timur Savcı, rejissoru Çağan Irmak olan və Rəşad Nuri Güntekin'in eyni adlı əsərindən üçüncü dəfə uyğunlaşdırılan "Çalıquşu" serialının baş rollarında Fəxriyyə Evcən, Burak Özçivit və Begüm Kütük rol aldılar. 23 yanvar 2015-ci il tarixində viziona girən "Aşk Sana Benzer" adlı kino filmində Burak Özçivit baş rolda olmaqla, Fəxriyyə Evcən, Səlim Bayraktar, Yavuz Bingöl ilə birlikdə rol aldı. 15 yanvar 2016-cı il tarixində viziona girən və illər sonra qarşılaşan iki qardaşın hekayəsinin izah edildiyi "Qardaşım Mənim" adlı sinema filmində Murad BozAslı Ənvər ilə birlikdə baş rolda olmuşdur. 2015-ci ilin oktyabr ayında Star TV-də göstərilməyə başlayan, rejissorluğunu Hilal Saral'ın etdiyi baş rollarında Burak Özçivit və Nəslihan Atagül-ün rol aldığı "Kara Sevda" adlı serialda Zerrin Tekindor, Melisa Aslı Pamuk, Kaan Urgancıoğlu, Burak Sergen, Kürşat Alnıaçık da rol almışdır.[4]

Şəxsi həyatı redaktə

2015-ci ildə Fahriyye evcen ilə münasibətləri başladı.[5] 29 İyun 2017 tarixində, Səid Həlim Paşa Yalısında keçirilən mərasimlə evləndi.[6]

Karyera redaktə

Filmlər
Şəkil İl Adı Rolu
  2007 Musallat Suad
  2013 Zarafa Həsən
  2015 Eşq sənə bənzər Balıqçı Əli
  2016 Qardaşım mənim Haqan
  2017 Qardaşım mənim 2 Haqan
Seriallar
İl Adı Rolu
2006 Mənfi 18 Murat
2007 Zorakı ər Ömər Özpolat
2008 : 2009 Ata ocağı Güvən
2010 Xəyanət Emir
2010 : 2011 Kiçik Sirlər Çetin Ateşoğlu
  2011-ci il : 2013 Möhtəşəm Əsr Malkoçoğlu Bali Bey
  2013 : 2014 Çalıquşu Kamran
  2015 : 2017 Qara Sevda Kamal Soydere
50px 2019- Quruluş:Osman Osman Bəy
Reklam Filmləri
İl Məhsul
2010 Hobby For Men
2012-2016 Clear Men
2013-2014 Pepsi

Mükafatlar və nominasiyaları redaktə

İl Mükafatlandırma Mərasimi Kateqoriya Layihə Nəticə
2012 GQ Men Of The Year Mükafatı Laureatları İlin Oyunçusu Möhtəşəm Əsr Qazandı
2013 Qalatasaray Universiteti 2012-in Ən-ləri Mükafatları Ən Yaxşı Serial Kişi Oyunçu Qazandı
2014 12. İlin Ulduzları Mükafatları
Ən Bəyənilən Kişi Serial Aktyoru Çalıquşu Qazandı
13.Magazinci.com İnternet-KİV - (ən Yaxşı)
Ən Yaxşı Kişi Serial Aktyoru Qazandı
4. Elle Style Mükafatları
Ellə Style İlin Kişi Aktyoru Qazandı
Körfəz Universiteti 2014-cü ilin Ən-ləri Mükafatları Ən Yaxşı Aktyor Qazandı
2016 14. İlin Ulduzları Mükafatlarır Ən Bəyənilən Kişi Film Aktyoru Eşq sənə bənzər Qazandı
4.bilkent Televiziya Mükafatları Ən Yaxşı Dramatik Aktyor Qara Sevda Qazandı
23.BTİ-nin EMOS Uğur Mükafatları İlin Ən Uğurlu Kişi Film Aktyoru Eşq sənə bənzər Qazandı
16.Magazinci.com İnternet-KİV - (ən Yaxşı) İlin Tv Çıxışı Qara Sevda Qazandı
2.Türkiyə Gənclər Mükafatı Ən Yaxşı Kişi Aktyor Eşq sənə bənzər Namizəd
Egey Universiteti 

5.medya Mükafatları

Ən Yaxşı Kişi Serial Aktyoru Qara Sevda Namizəd
10.GSU ən Mükafatları Ən Yaxşı Serial/Kino Aktyoru Eşq sənə bənzər Namizəd
43.Qızıl Kəpənək Mükafatları Ən Yaxşı Aktyor Qara Sevda Namizəd
Ən Yaxşı Cüt (Nihan & Kamal) Namizəd

İstinadlar redaktə

  1. "Burak Özçivit, Fahriye Evcen'e taşındı". 9 avqust 2017. 2017-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyun 2018.
  2. Aytən Sadıqzadə. "Burak Özçivit və Fahriye Evcen evləndi – FOTO". Oxu.Az (az.). 30 iyun 2017. 18 iyun 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2018.
  3. 3,0 3,1 3,2 3,3 "Burak Özçivit". Metbuat.az (az.). 19 iyun 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2018.
  4. "Tanınmış simalar Burak Özçivit Aktyor". 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-03.
  5. "Fahriye Evcen ve Burak Özçivit galaya el ele geldi". 2017-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-03.
  6. "Fahriye Evcen ve Burak Özçivit'ten romantik paylaşım". 2021-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-03.

Xarici keçidlər redaktə


Saytda 141 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024