Buta (film, 2011) Haqqinda Melumat - Vikipedia

Buta (film, 2011) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Buta (film, 2011)

Bu məqalə 2011-ci ildə çəkilmiş Buta filmi haqqındadır. digər mənalar üçün Buta (dəqiqləşdirmə) səhifəsinə baxın.

Buta — rejissor İlqar Nəcəfin filmi.[1]

Buta
Janr dram
uşaq
Rejissor İlqar Nəcəf
Prodüser
Ssenari müəllifləri İlqar Nəcəf
Ramiz Fətəliyev
Baş rollarda Rafiq Əzimov — baba,
Tofiq Əliyev — Buta
Elnur Kərimov
Ləman Nəbiyeva
Operator Georgi Beridze
Bəstəkar Cavanşir Quliyev
Rəssam Əziz Məmmədov
İstehsalçılar Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
"Azərbaycanfilm" kinostudiyası
"Buta Film"
İlk baxış tarixi 11 mart 2011, Bakı şəhəri, "Azərbaycan" kinoteatrı
Filmin növü tammetrajlı bədii film
Müddət 1 saat, 38 dəq.
Ölkələr Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 2011
Rəng rəngli
IMDb ID2089642

Məzmun redaktə

Filmin titrləri: Buta-xalçaların, parçaların, freskaların üzərində naxış. Məlum olmayan zamanlarda yaranıb. Çoxmənalı simvolikaya malikdir. Buta-gül qönçəsi, meyvə toxumu, günəş, su damlası, alov dili-bir sözlə çox şey deməkdir. Onun əsas mənası isə həyatdır.

Erkən yaşlarından valideynlərini itirən Buta (Tofiq Əliyev) (7yaş) ucqar dağ kəndində nənəsi ilə birgə yaşayır. Onun ağıllı düşüncə tərzi və hərəkətləri yaşıdları tərəfindən qısqanclıqla qarşılanır. Buta, həmyaşıdlarının təzyiqlərinə və zorakılığına məruz qalır. Belə ağır günlərin birində, onun köməyinə qoca (70 yaş) (Rafiq Əzimov) gəlir. Bu o qocadır ki, uzun illər öncə kənddə taxıl dəyirmanını işlədirdi. Və kənddə keçirilən covkan oyununun qalibi olardı. O, (qoca) cavanlığda kənddə sevdiyi qızı ona vermədikləri üçün, kəndi tərk edərək getmişdi. Biz filmin sonuna yaxın bilirik ki, qocanın cavanlıqda sevdiyi qız, Butanın hal-hazırda birgə yaşadığı nənəsi (Kimyaxanım Daşdıyeva) olmuşdur. Hansı ki, Buta bundan xəbərsizdir. Qoca kənddən gedəndən sonra, dəyirman xarabalığa çevrilmişdi. O, dolanışıq üçün, kənddən 35–40 km aralıda olan, köhnə sabun fabrikindən duru sabun (maye) alaraq, onu kənddə satıb dolanır. Və dəyirmanı yenidən düzəltmək barəsində düşünmür. Butanın, Qoca ilə tanışlığı, onun həyatını tədricən dəyişməyə başlayır. Qoca Butaya psixoloji dəstək verərək, onu yavaş-yavaş yetimlik və tənhalıq sindromundan çıxarmağa başlayır. Bu aralarda, Buta maraqlı bir vəziyyət ilə qarşılaşır. Belə ki,o (Buta) qonşu kəndin dəyirmanından, eşşəyin belində evlərinə qayıdarkən, torpaq yolla onların kəndinə doğru qalxan qəribə bir avtomobil görür. Və heç vaxt görmədiyi bu maşın, onun böyük marağına səbəb olur. Maşının sürücüsü ilə tanış olandan sonra, məlum olur ki, bu adam böyük şəhərdə nəhəng bir sabun firmasının meneceridir (Elnur Kərimov). Və onu ucqar kəndlərə, firmanın sabun məhsullarını yaymaq üçün göndəriblər. Menecer söhbətin əvvəlində Butaya adi, savadsız kənd uşağı kimi yanaşır. Lakin Buta ilə olan söhbətin bir məqamı onda (Menecer) hədsiz iz buraxır. Və onun qüruruna hörmət edir. Hər fürsətdə, Butanın yanına qaçan Gülyanaq (6yaş) onunla dost olmağa can atır. Lakin onun bu hərəkətini, Buta laqeyd qarşılayır. Və hər dəfə də onu özündən uzaqlaşdırmağa çalışır. Gülyanağı özündən uzaqlaşdırmağının ən böyük səbəbi, Gülyanağın böyük qardaşı (Əzim 8 yaş) ilə kənddə olan soyuq münasibətidir. Əzim kənddə olan həmyaşıdları arasında ən davakar uşağdır. O, (Əzim) uşaqlar arasında tez-tez keçirilən xoruz döyüşünün həmişə qalibi olur. Əlləri arxada və tək ayaq üstə keçirilən xoruz döyüşü, Əzim üçün su içmək kimi bir şey olmuşdur. Hətta o, qonşu kənddən döyüşmək üçün gələn uşaqları da məğlub edirdi. Bütün bunlar onun (Əzim) mütləq hakimiyyətinin göstəricisi ola bilərdi. Lakin, bir nəfər ilə döyüşməmişdi. Butanı hər dəfə döyüşə təhrik etmək istəməsi bir fayda vermirdi. Bacısı Gülyanağın Butanın yanında tez-tez görünməsi isə onu daha da özündən çıxarırdı. Və ara-sıra aralarında baş verən qarşıdurmalar, həlledici döyüşə zəmin yaradırdı. Buta döyüşə laqeyd yanaşırdı. Eyni zamanda, təkliyi onda müəyyən bir qorxu yaradırdı. Ağır günlərin birində, Qocanın ona yaxınlaşması və onunla danışması Butada azacıq ümid yaradır. Qoca Butaya mənəvi kömək olur. Və sanki, Buta daxilən böyüyür.

Festivallar və mükafatlar redaktə

  1. Asiya-Sakit Okean Kino Akademiyası 2011-ci il “Ən yaxşı uşaq filmi” nominasiyasında qalib olub.[2]
  2. Keyptaun (CAR) şəhərində keçirilən “Cape Winelands Film Festival”ın Qran-pri mükafatını qazanıb.[3]
  3. ABŞ-nin “World Fest – Houston International Film Festival”ında “Platinum Remi” mükafatını əldə edib
  4. “Humay” Milli Mükafatının laureatı olub.[4]

Film haqqında redaktə

  • Film "Kodak" kinolentinə çəkilib.
  • Kinorejissor İlqar Nəcəf bu layihə barədə söhbətdə dedi: — Kino şirkətini məhz "Buta" filmini çəkmək üçün yaratdım. 5 illik bir yol keçdik. Uzun, çətin yol oldu, amma indi öz komandama görə qürur hissi keçirirəm. Komandamız 4 ölkənin nümayəndələrindən formalaşmışdı — Azərbaycan, İran, Gürcüstan, Rusiya. — çətin olan əsasən nə idi? — Əlbəttə ki, uşaqlarla iş. Filmin 4 əsas qəhrəmanı uşaqlardır. Sovet vaxtında baş qəhrəmanlar uşaq olanda lentin həcmini standartdan çox ayırırdılar. Mənə elə gəlir bizdə alındı. Xüsusilə baş qəhrəman — gənc aktyor Tofiq Əliyevi demək istərdim. Yeri gəlmişkən, uşaqları son anda təsdiq etdik, bu çox riskli idi. — Komandanı necə seçdiz? — Bizim bir prinsipimiz var — peşəkarlıq. Mən ssenarinin həmmüəllifi Ramiz Fətəliyevə, operator Beridzeyə, bəstəkar Cavanşir Quliyevə dərin minnətdarlığımı bildirirəm. Yeri gəlmişkən, Cavanşir müəllim Kiprdə yaşayır və Bakıya məhz bizim film üçün gəlmişdi. Bir də Rafiq Əzimovun personajını səsləndirən Ramiz Əzizbəylinin xidmətini qeyd etmək istərdim. Filmin səsləndirilməsində onun böyük əziyyyəti oldu. — Niyə şirkətiniz öz vəsaitini belə bir layihəyə yatırdı? — çünki biz nəticəyə əmin idik. Bir də əsas amil bizim üçün post-produksiya idi. Mən montajda özümü öz evimdə hiss etməliydim. Bir də ki, səs. Dolbi formatda işlənilib səs. Bu da bizə vacib idi. Filmi Avropanın ən keyfiyyətli laboratoriyalarından birində — "Salamandra"da aşkarlamışıq. Bütün bunlara görə biz filmin post-produksiya mərhələsini maliyyələşdirdik.(Azpress saytı)
  • 2012-ci ildə film "Oskar" Milli Komitəsi tərəfindən "Ən yaxşı xarici film" nominasiyasına namizəd seçılib.
  • 2013-cü ildə Polşada nümayiş olunmuşdur.[5]

Filmin heyəti redaktə

Qeyd: filmin heyəti titrlərdəki sıraya görə göstərilmişdir.

Filmin üzərində işləyənlər redaktə

Rejissor: İlqar Nəcəf
Ssenari müəllifi: İlqar Nəcəf, Ramiz Fətəliyevin iştirakı ilə
Quruluşçu operator: Georgi Beridze
Quruluşçu rəssam: Əziz Məmmədov
Bəstəkar: Cavanşir Quliyev
Baş prodüser: Xamis Muradov
Prodüser: İlqar Nəcəf
İcraçı prodüser: Azər Quliyev
Quruluşçu rəssam: Əziz Məmmədov
Musiqi redaktoru: Rafiq Əliyev
Redaktorlar: Ramiz Rövşən, Rövşən Əliyev
Rejissor: Loğman Əliyev
Geyim üzrə rəssam: Şahin Həsənli (rəssam)
Qrim rəssamı: Firuzə İsmayılova
Səs rejissoru: Tariyel Həsənzadə
Operator qrupu: Fərşid Əlizadə, Elçin Məmmədli
Montaj rejissoru: Gülşən Səlimova
Montaj: Vüqar Əliyev
Prodüser qrupu: Vidadi Rüstəmov, Tərlan Babayev, Arif Kərimov, Akif Musayev, Natiq Əliyev, Elşən Tarverdiyev
Rejissor qrupu: Vüqar Nağıyev, Əlizamin Əzimov, Vüsalə Məmmədova
Səs operatorları: Cəfərbəyli Ruhulla, Sübhani Kioməs
Rəssam-fotoqraf: Pərviz Quliyev
Dekorçu rəssam: Kamran İbrahimxəlilov
Rəssam assistentləri: Valeh Davudov, Səfurə Manafova
Rekvizit ustası: Turi Lazereva
Əlbəsə ustası: Mehriban Ələkbərova
İşıq ustası: Əliağa İbrahimov
Çəkiliş texnikası ustaları: Vüqar Mustafayev, Aqil Həsənov
Musiqi: Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri
Dirijor: Rauf Abdullayev
Tar: Möhlət Müslümov
Kamança: Fəxrəddin Dadaşov
Balaban: Elşad Cabbarov
Ud: Cavanşir Quliyev
Kompüter qrafikası və dizayn: Asimmetrik VFX Studio (Moskva)
Vizual effektlər üzrə supervayzer: Viktor Lakisov
Vizual effektlər üzrə koordinator: Yuliya Makarçenko
Kompüter qrafikası üzrə supervayzer: Vladimir Yustinov
3D İşıqlandırma: Aleksey Salenkov
Rəqəmsal kompozinq: Dmitriy Şirokov, Anna Yakovleva
Dizayner: Sergey Klyaçkin
Sinxron səslərin yazılması: "Lenfilm" (Sankt-Peterburq)
Küyçülər: Sergey Fiqner, Sergey Prokofyev
Səsin dizaynı və montajı: "Sinemix" (Sankt-Peterburq)
Təkrar səsyazma studiyası: Təkrar səsyazma studiyası "Melnitsa" (Sankt-Peterburq)
Təkrar səsyazma: Maksim Romaseviç

Rollarda redaktə

Qeyd: obrazların adları titrlərdə qeyd edilməmişdir.
Rafiq Əzimov — baba
Tofiq Əliyev — Buta
Elnur Kərimov — kəndə gələn menecer
Ləman Nəbiyeva
Arzu İsayeva
Mirmöhsün Mirzəyev
Bahadur Səfiyev
Kimyaxanım Daşdıyeva — nənə
Süleyman Nəcəfov — kənd sakini
S.Şəmiyev
Q.Həsənov
R.Xıdırov
Ə.Səfiyev
İ.Köçərili
C.Mütəllimov
Z.Dadaşov
H.Ələkbərov
A.Həsənov
R.Rəhimova
Ş.Soltanov
Ə.Rəhimova
R.Quliyev
R.Hacıyeva
İ.İsmayılov
S.Rəhimova
F.Süleymanov
İ.Kərimova
H.Əlizadə
Ş.Rəhimova
Ü.Sadıqov
S.Ağayeva
Ə.Soltanov
M.Musayeva
E.Mehdiyev
A.Babayeva
N.Məmmədov
N.Cəbiyeva
H.Şükürov
Z.Cəbiyev
N.Mütəllimov
M.Mürsəlov
D.Pənahov
X.Səfərov
E.Yolçuyev
T.Səfərova
R.Manafov
R.Pənahova
M.Kamilov
T.Məmmədov
H.Həşimov
M.Şükürov
M.Mikayılov
A.Xıdırova
X.Nəsirov
Ə.Qurbanov
B.Musayeva
V.Rəhimova

Filmi səsləndirənlər redaktə

Qeyd: filmi səsləndirənlər titrlərdə qeyd edilməmişdir.
Ramiz Əzizbəyli — baba (Rafiq Əzimov)
Elnur Hüseynov — kəndə gələn menecer (Elnur Kərimov)

Çəkilişə köməklik edən qurumlar redaktə

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi
Şamaxı Rayon İcra Hakimiyyəti

İstinadlar redaktə

  1. “Buta” Azərbaycanı layiqincə təmsil edir: [Cənubi Afrika Respublikasının Keyptaun şəhərində keçirilən “Cape Winelands” festivalında rejissor İlqar Nəcəfin eyniadlı filmi nümayiş etdirilib] //Azərbaycan.- 2012.- 31 mart.- S. 11.
  2. Günel. “Buta”nın sorağı Avstraliyadan gəldi: [İlqar Nəcəfin quruluşunda hazırlanan “Ən yaxşı uşaq filmi” qalib elan olundu] //525-ci qəzet.- 2011.- 29 noyabr.- S. 7.
  3. “Buta” filmi beynəlxalq festivalda baş mükafata layiq görülüb [rejissor İlqar Nəcəfovun “Buta” filmi Cənubi Afrika Respublikasının Keyptaun şəhərində keçirilmiş festivalda] //Mədəniyyət.- 2012.- 28 mart.- S. 2.
  4. "Azərbaycanın "Buta" filmi "Oskar" mükafatına təqdim olunub". APA.[ölü keçid]
  5. Polşada “Tanınan və tanınmayan Azərbaycan” adlı tədbir keçirilmişdir: [tədbir çərçivəsində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanmış “Buta” filmi nümayiş etdirilmişdir] //Azərbaycan.- 2013.- 17 noyabr.- S.8.

Mənbə redaktə

  • Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. Dövlət Film Fondu. Kino-Bülleten. IV buraxılış. Bakı: Apostroff, 2011.

Xarici keçidlər redaktə


Əvvəlki:
Sahə
Azərbaycandan Xarici dildə ən yaxşı filmə görə Oskar mükafatına göndərilmiş film
2011
Sonrakı:
Çölçü

Saytda 114 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023