Buzqov nekropolu Haqqinda Melumat - Vikipedia

Buzqov nekropolu Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Buzqov nekropolu — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov kəndi yaxınlığında tunc dövrünə aid abidə.

Haqqında redaktə

Buzqov nekropolu daş qutu tipli qəbirlərdən ibarətdir. Qəbirlər əsasən şimaldan qərbə, bəziləri isə şimaldan cənuba istiqamətləndirilmişdir. Qəbirlərin yan tərəflərində 2 və ya 3, ayaq və baş tərəflərində isə 1, bəzən 2 iri sal daş vardır. Aşkar olunmuş materiallar boz rəngli gil məmulatından və monoxrom boyalı qablardan ibarətdir. Abidə e.ə. 2-ci minilliyə aiddir.

Mənbə redaktə

  • Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 5-ci cild: Brüssel – Çimli-podzol torpaqlar (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2014. səh. 139. ISBN 978-9952-441-10-9.

Saytda 125 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024