Böyükxanım Əliyeva (həkim) Haqqinda Melumat - Vikipedia

Böyükxanım Əliyeva (həkim) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Böyükxanım Əliyeva (həkim)

Sosialist Əməyi Qəhrəmanı

Böyükxanım Abdulla qızı Əliyeva (18 iyun 1923, Əmircan, Bakı qəzası22 oktyabr 1997, Ərçivan, Astara rayonu) — Azərbaycanlı Sovet həkimi, Sosialist Əməyi Qəhrəmanı (1978).

Böyükxanım Əliyeva
Doğum tarixi 18 iyun 1923(1923-06-18)
Doğum yeri
Vəfat tarixi 22 oktyabr 1997(1997-10-22) (74 yaşında)
Vəfat yeri
Fəaliyyəti siyasətçi, həkim
Mükafatları Sosialist Əməyi Qəhrəmanı
"Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni
Azərbaycan SSR əməkdar həkimi

Həyatı və fəaliyyəti redaktə

Böyükxanım Əliyeva 1923-cü il iyunun 18-də Bakı şəhərinin Əmircan qəsəbəsində anadan olub. Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutunu bitirib. Əmək fəaliyyətinə 1944-cü ildə Astara rayonunun Mötalayataq kəndində tibb məntəqəsinin müdiri vəzifəsində başlayıb. 1946-cı ildən Ərçivan kəndində poliklinika müdiri, 1950-ci ildən isə təqaüdə çıxana qədər Ərçivan kənd ərazi xəstəxanasının baş həkimi işləyib.

SSRİ Ali Soveti Rəyasət Heyətinin 23 oktyabr 1978-ci il tarixli qərarı ilə milli səhiyyə xidmətlərinin inkişafında böyük xidmətlərinə görə Əliyeva Böyükxanım Abdulla qızı Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və çəkic" qızıl medalıLenin ordeni ilə təltif edilmişdir.

2001-ci ildə Astara rayonunun Ərçivan kəndində vəfat edib.

Mükafatları redaktə

Mənbə redaktə

  • Депутаты Верховного Совета СССР. Десятый созыв.. — Москва: Известия СДТ СССР, 1979.
  • АЛИЕВА Бёюкханум Абдулла кызы // Ученые-медики — Герои Социалистического Труда. — Москва: Медицина, 1988.

Saytda 111 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024