Cümə məscidi (Ağstafa) Haqqinda Melumat - Vikipedia

Cümə məscidi (Ağstafa) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Cümə məscidi (Ağstafa)

İmam Əli adına Ağstafa Cümə məscidiAğstafa şəhərində (mərkəzində) yerləşən bu məscid 1996-cı ildən inşa olunub. Həyətyanı sahəsi 6500 kv. metr, daxili sahəsi 17x17 metrdir. Əli ibn Əbu Talib məscidinin binası, eləcədə qoşa minarələri mişar daşı ilə inşa edilmişdir. Məscid düzbucaqlı formada olub, döşəmədən tavana qədər hündürlüyü 5 metr, yerdən günbəzədək hündürlüyü isə 9 metrdir. Məsciddə qadınlar şöbəsi ikinci mərtəbədə yerləşmişdir. Onun sahəsi 34 kv.metrdir. İbadət zalında 10 tağvari formada pəncərə qoyulmuşdur.[1]

İslam
İmam Əli adına Cümə məscidi
Məscidin görünüşü
Məscidin görünüşü
Din
Başçısı Cəmaləddin Ələkbərov
Statusu Qafqaz Müsəlmanları İdarəsi
Yerləşməsi
Ölkə Azərbaycan Azərbaycan
Şəhər Ağstafa
Memarlıq
İnşa tarixi 1996
Tikdirəni Yerli əhalinin təşəbbüsü ilə
Üslubu Şirvan-Abşeron memarlığı
Binası 1 künbəz və 2 minarə
Bərpası 2014
Vəziyyəti İşlək
Saytı
QMİ

Mehrabın hündürlüyü 2,5 metrdir. Məscidin iç divarları ağ rəngdə işlənmişdir. Əsas ibadət zalının qarşısında - sağ və sol tərəflərdə yardımcı otaqlar yerləşmişdir. Günbəz fasad tərəfdən ağ dəmir təbəqə ilə işlənmişdir. Minarələri (hündürlüyü 17 metr) səkkizguşəli olub, üstü ağ dəmir təbəqə ilə örtülmüşdür. Günbəz və qoşa minarələrin üstündə aypara qoyulmuşdur.[1]

Məscid yerli şəhər sakinlərinin təşəbbüsü ilə tikilmişdir. Məscidin layihəsinin müəllifi şəhərin baş memarı Sənan Mustafayev Abış oğludur.[1]

İstinadlar redaktə

  1. 1 2 3 "Ağstafa İmam Əli ibn Əbu Talib adına Cümə məscidi". 2017-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-29.

Xarici keçidlər redaktə


Saytda 121 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024