Cüzeppe Tornatore Haqqinda Melumat - Vikipedia

Cüzeppe Tornatore Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Cüzeppe Tornatore

Cüzeppe Tornatore (it. Giuseppe Tornatore; 27 may 1956[1][2][…], Bageriya, Siciliya) — İtaliya kinorejissoru və ssenaristi.

Cüzeppe Tornatore
it. Giuseppe Tornatore
Doğum tarixi (67 yaş)
Doğum yeri Bageriya, Siciliya, İtaliya İtaliya
Vətəndaşlığı İtaliya İtaliya
Fəaliyyəti Rejissor, ssenarist, prodüser.
Fəaliyyət illəri 1984—indiyədək
IMDb ID0868153
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Cüzeppe Tornatore 27 may 1956-cı ildə Siciliyada Palermo yaxınlığındakı Bageriya kommunasında anadan olmuşdur. Hələ 16 yaşı olarkən aktyor ifası və teatrla maraqlanmağa başlayır. Luici Pirandello və Eduardo de Fillipponun əsərlərinə verilən quruluşa rəhbərlik etməyə başlayır. O, kinoda debütünü sənədli filmlə etmişdi. Bu, "Siciliyanın etnik azlığı" ("Le minoranze etniche in Sicilia") filmi idi. İşin uğurlu alınması nəticəsində bu film Salernoda keçirilən festivalda mükafat qazandı. Cüzeppe Tornatorenin ilk tammetrajlı filmi "Kammorist" idi və bu ekran əsəri 1986-cı ildə ekranlara çıxmışdı. Buna qədər Tornatore italyan televiziyasında işləyir, sənədli filmlər və verilişlər çəkirdi. "Kammorist" filmi tamaşaçılar və kino tənqidçiləri tərəfindən yüksək səviyyədə qəbul olundu. Eləcə də bu film ən yaxşı rejissor işinə görə İtaliya kinojurnalistlərinin Milli sindikatının "Gümüş lent" mükafatına layiq görülmüşdür. 1988-ci ildə onun "Yeni kinoteatr "Paradiso"" filmi ekranlara çıxır. Ekranlara çıxdığı gündən bu film böyük sensasiya səbəb olur və bir çox mükafatlar qazanır. Bu film hətta Xarici dildə ən yaxşı filmə görə nüfuzlu "Oskar" mükafatına da layiq görülür. Bu film Tornatoreyə dünya şöhrəti qazandırır.

Cüzeppe Tornatorenin filmlərində Bill Nann, Jak Perren, Jerar Depardye, Roman Polanski, Sercio Kastellitto, Tim Rot, Filipp Nuare, Monika Belluççi, Kseniya Rappoport, Cüzeppe Sulfaro, Françesko Şanna və digər tanınmış italyan aktyorları çəkilmişlər.

Dini baxışlarına görə Tornatore ateistdir[3].

Filmoqrafiya redaktə

Rejissor fəaliyyəti redaktə

  1. Kammorist (film, 1986) / Il Camorrista
  2. Yeni kinoteatr "Paradiso" (film, 1988) / Nuovo Cinema Paradiso
  3. Hər kəsin bütün işləri qaydasındadır (film, 1990) / Stanno tutti bene
  4. Xüsusilə bazar günləri (film, 1991) / La domenica specialmente
  5. Adi rəsmiyyət (film, 1994) / Una pura formalità
  6. Ulduz fabriki (film, 1995) / L'uomo delle stelle
  7. 1900-ün əfsanəsi (film, 1998) / La leggenda del pianista sull’oceano
  8. Malena (film, 2000) / Malèna
  9. Naməlum qadın (film, 2006) / La Sconosciuta
  10. Baariya (film, 2009) / Baarìa
  11. Ən yaxşı təklif (film, 2013) / The Best Offer
  12. Yazışma (film, 2016) / La Corrispondenza

Ssenarist fəaliyyəti redaktə

  1. Palermoda yüz gün (film, 1984) / Cento giorni a Palermo
  2. Kammorist (film, 1986) / Il Camorrista (Cüzeppe Marazzo ilə)
  3. Yeni kinoteatr "Paradiso" (film, 1988) / Nuovo Cinema Paradiso
  4. Hər kəsin bütün işləri qaydasındadır (film, 1990) / Stanno tutti bene (Massimo de Rita və Tonino Querra ilə)
  5. Adi rəsmiyyət (film, 1994) / Una pura formalità
  6. 1900-ün əfsanəsi (film, 1998) / La leggenda del pianista sull’oceano
  7. Malena (film, 2000) / Malèna
  8. Naməlum qadın (film, 2006) / La Sconosciuta
  9. Baariya (film, 2009) / Baarìa
  10. Ən yaxşı təklif (film, 2013) / The Best Offer
  11. Yazışma (film, 2016) / La Corrispondenza

İstinadlar redaktə

  1. Giuseppe Tornatore // filmportal.de. 2005.
  2. Giuseppe Tornatore // Brockhauz Ensiklopediyası (alm.). / Hrsg.: Bibliographisches Institut & F. A. Brockhaus, Wissen Media Verlag
  3. "Intervie to Trovacinema". 2020-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-13.

Saytda 139 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023