Cəfər Şəfqət
Cəfər Şəfqət (1915-2000) — İranın Pəhləvilər dönəmində xidmət etmiş (1978 — 1979)[1] Azərbaycan əsilli müdafiə naziri, ordu generalı və Pəhləvi hakimiyyətində Şərqi Azərbaycan ostanının sonuncu ostandarı.
Cəfər Şəfqət | |
---|---|
fars. جعفر شفقت | |
1 noyabr 1978 – 11 fevral 1979 | |
Əvvəlki | Qulamrza Əzhəri |
Sonrakı | Əhməd Mədəni |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Təbriz, İran |
Vəfat tarixi | |
Vəfat yeri | Nis, Fransa |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi |
Dini | şiəlik |
Rütbəsi | general |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı redaktə
Cəfər Şəfqət 1915-ci ildə Təbriz şəhərində Azərbaycanlı ailəsində[2] anadan olub.
İlk və orta məktəbləri bitirdikdən sonra dayısı Məhəmməd-Hüseyn Damavandi'nin köməkliyi ilə 1933-cü (hicri 1312-ci) ildə İran Zabitlər Kollecinə daxil olub. Burada o iki illik kursları bitirdindən sonra 1935-ci (hicri 1314-cü) ildə zabit rütbəsi alıb.
Sonra o Şah Qvardiyasında xidmət edib və nəticədə Şah Qqvardiyasında bölük komandiri kimi kapitan rütbəsinə layiq görülüb.
Sonra o 1950-ci ilə qədər həmin Qvardiyada 1-ci Divizion komandiri təyin olunub və ona polkovnik rütbəsi verilib.
O 1950-ci (hicri 1329-cu) ildə hərbi təhsilini davam etdirmək üçün Fransaya göndərilib, orada adətən "Saint-Maixent" adlanan Həqiqi Xidmətdə olan Baş Zabitlər üçün Milli Məktəblə (L'ecole Nationale des Sous-officiers d'active) birgə təşkil edilərək, kiçik və baş zabitlər üçün nəzərdə tutulmuş "Tətbiqi Piyada Qoşun Məktəbi"ndə (L'École d'Application de l'Infanterie (EAI)) təhsil almış və həmin məktəbdən 1953-cü (hicri 1332-ci) ildə məzun olmuşdur.
Bundan sonra onun İrana geri qayıtması Mossadıq dönəminə təsadüf etmiş, sonra o bir daha Fransaya gedərək Ali Cəng Məktəbinin 70-ci məzun qrupunda (École supérieure de guerre as part of the 70th group of graduate) təhsilini davam etdirmişdir.
Hərbi xidməti redaktə
Cəfər Şəfqət Urmu və Təbriz şəhərlərində hərbi hissələrə rəhbərlik edib.
Şapur Bəxtiyarın baş nazirliyi dönəmində Cəfər Şəfqət İranın müdafiə naziri təyin olunub.
Ostandar kimi xidmətləri redaktə
Sonra Cəfər Şəfqət Şərqi Azərbaycan ostanının ostandarı vəzifəsində çalışmışdı.
Cəfər Şəfqət 2000-ci ildə Fransanın Nitsa şəhərində mühacirətdə vəfat edib.
Xarici keçidlər redaktə
- ↑ آخرين تصميمي كه در رزيم پهلوي گرفته شد Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine, Farsnews Agency
- ↑ Darioush Bayandor. "The Shah, the Islamic Revolution, and the United States." (2019), p. 174.