Cəfər Cabbarlının ev-muzeyi Haqqinda Melumat - Vikipedia

Cəfər Cabbarlının ev-muzeyi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Cəfər Cabbarlının ev-muzeyi

Cəfər Cabbarlının ev-muzeyiCəfər Cabbarlının vaxtilə yaşayıb-yaratdığı ev indi muzey kimi fəaliyyət göstərir. Muzey ədibin 80 illik yubileyi münasibətilə 1982-ci il martın 20-də açılıb.[1]Yazıçının həyat və yaradıcılığını əks etdirən sənədlər və fotoşəkillər, nadir əlyazmaları, yazıçının sağlığında istifadə etdiyi özünə və ailəsinə aid şəxsi əşyalar, ayrı-ayrı dram əsərlərinə hazırlanmış səhnə maketləri, tamaşalardan afişa və proqramlar, maraqlı rəsm əsərləri, şəxsiyyətlərin dramaturqa bağışladıqları hədiyyələr, C. Cabbarlı irsini tədqiq edən maraqlı elmi əsərlər, mətbuat nümunələri muzeydə qorunub saxlanılır.[2]

Cəfər Cabbarlının ev-muzeyi
Xəritə
Əsası qoyulub 1979
Açılış tarixi 20 mart 1982
Mövzu Azərbaycan ədəbiyyatı
Ölkə
Yerləşir Azərbaycan, Bakı
Ünvan İ.Qutqaşınlı küç., 44
Kolleksiyası 10.000
Direktor Qəmər Seyfəddinqızı
Telefon (+99 412) 438-43-50
40°22′04″ şm. e. 49°49′19″ ş. u.
cabbarli.ev-muzeyi.az

Muzeyin eksponatları redaktə

Mədəniyyət ocağında 10.000-dən çox eksponat qorunub saxlanılır. Eksponatların sərgiləndiyi otaqlarda ədibin həyat və yaradıcılığını əks etdirən sənədlər və fotoşəkillər, sağlığında istifadə etdiyi özünə və ailəsinə məxsus şəxsi əşyaları, ayrı-ayrı dram əsərlərinə hazırlanmış səhnə maketləri nümayiş etdirilir. Həmçinin dramaturqa şəxsiyyətlərin bağışladığı hədiyyələr, C. Cabbarlı irsini tədqiq edən maraqlı elmi əsərlər ekspozisiyanı zənginləşdirir. Muzey tərəfindən ədibin sözlərinə bəstələnmiş mahnılardan ibarət "Azad bir quşdum" diski buraxılıb. Eyni zamanda C. Cabbarlının 100 illik yubileyi ilə əlaqədar "Cəfər Cabbarlı mükafatı" təsis olunmuş və bir çox sənətçilərə təqdim edilmişdir. Hal-hazırda muzeyə Qəmər Seyfəddinqızı rəhbərlik edir.[3],[4],[5]

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. "Beynəlxalq muzeylər günü". icomaz.az. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.002.2021.
  2. "Cəfər Cabbarlının Ev-Muzeyi". kataloq.gomap.az. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.02.2021.
  3. "Cəfər Cabbarlının tərcümələri ilk dəfə toplu halda işıq üzü gördü". 2016-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-24.
  4. "Azərbaycan muzeyləri". museum.az. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.02.2021.
  5. "Cəfər Cabbarlının Ev Muzeyi". cafarcabbarli.weebly.com. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.02.2021.

Xarici keçidlər redaktə


Saytda 180 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024